Etnomusiqişünaslıqda Fəttah Xalıqzadə dəst-xətti

Musiqi sahəsində ciddi tədqiqat işləri aparan, etnomusiqişünaslıq ilə bağlı ardıcıl, səmərəli fəaliyyət göstərən Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə zəngin dəyərli elmi irsə malik olan mütəxəssisdir. O, geniş erudisiyaya, mükəmməl biliyə, musiqinin müxtəlif problemləri sahəsində dərin elmi düşüncəyə malik alimdir. Elmi fəaliyyətinin əhatə dairəsi çoxşaxəlidir. Musiqi yaradıcılığının qədim qatlarından başlamış, musiqi qorqudşünaslığı, aşıq sənəti, musiqi türkologiyası, müqayisəli sənətşünaslıq, terminologiya xüsusilə üzeyirşünaslıq kimi istiqamətlərdə bir çox problemlərin araşdırılması onun elmi işlərinin əsasını təşkil edir. Bütün bunlarla yanaşı, Azərbaycanda etnomusiqişünaslığın inkişafında Fəttah Xalıqzadənin xüsusi rolu var. O, mənalı ömür yolunun çox hissəsini böyük əzm sədaqətlə milli musiqişünaslıq - etnomusiqişünaslıq elmimizin inkişafına sərf edib.

Azərbaycanda etnomusiqişünaslığın formalaşması dünya musiqisinin inkişafı axarında başlanıb. Etnomusiqişünaslığın rəsmi sənədlərlə tədqiqatlarla təsdiqlənən inkişaf prosesinin tarixi zəmini XIX əsrlə bağlıdır. Məlumdur ki, etnomusiqişünaslıq bir elm sahəsi kimi ənənəvi musiqinin öyrənilməsi ilə əlaqədardır. Xalq yaradıcılığının tədqiqi "folklorşünaslıq" anlayışını əhatə edərək tədricən müasir musiqişünaslığın əsas qanadlarından birinə çevrilib.

XIX əsrdə XX əsrin əvvəllərində dünya musiqisi çevrəsində elmi fikrin inkişafı texniki tərəqqi sayəsində Azərbaycan musiqisində meydana gəlmiş yeniliklər etnomusiqişünaslığın inkişafı üçün tarixi zəmin yaradıb. Azərbaycanda dahi bəstəkar musiqişünas alim Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş etnomusiqişünaslıq elminin inkişafı artıq 100 ildən artıq bir dövrü əhatə edir. Bu illər ərzində bu elm sahəsinin tədqiqat sahələri, dünya miqyaslı alimlərin milli musiqi elminin nümayəndələrinin diqqət mərkəzində olan problemlər öz əksini tapıb. Müasirləri olmuş musiqi xadimlərinin, məsləkdaşlarının, tələbələrinin, yetişən musiqiçi nəsillərinin etnomusiqişünaslıq sahəsində fəaliyyəti bu yolun mərhələlərini təşkil edir. Bu salnamədə böyük bəstəkarlarımızın musiqişünaslarımızın adlarını görürük. Bu adlar içərisində Fəttah Xalıqzadənin özünəməxsus xidmətləri var. O, həm respublikamızda, həm onun hüdudlarından uzaqlarda kifayət qədər tanınmış dəyərli mütəxəssislərimizdən biridir. Azərbaycanda etnomusiqişünaslıq elminin tədqiqi sahəsində mühüm nailiyyətlər əldə etmiş alimin həm elmi yaradıcılığında, həm ictimai fəaliyyətində milli musiqi sənətinin tədqiqi təbliği qarşılıqlı əlaqədə öz əksini tapıb. Bu elmin araşdırılmayan mövzu sahələrini F.Xalıqzadə qərbin etnomusiqişünaslıq fikrində dolaşan, lakin hələ çox yayılmamış yeni perspektivlərində görərək tədqiq edib. Onu etnomusiqişünaslığa bağlayan ilk mühüm amil Azərbaycan bəstəkarlıq sənətində milli köklərin araşdırılmasından başlamışdısa, sonradan yiyələndiyi metodlar bu başqa məsələlərə, deyək ki, tarixi müasir mövzulara da eyni mövqelərdən yanaşmağı şərtləndirib.

Məlum olduğu kimi, musiqi folklorunun öyrənilməsində elmi-tədqiqat ekspedisiyalarının böyük rolu var. Ənənəvi musiqi nümunələrinin toplanması nota yazılması XX əsrin əvvəllərində sənət aləminə qədəm qoyan Üzeyir Hacıbəylinin Müslüm Maqomayevin fəaliyyətində öz əksini tapmışdı. Bu sahədə növbəti böyük addım 1932-ci ildə atılıb. O dövrdə Üzeyir Hacıbəylinin göstərişinə əsasən, Bülbülün rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasının nəzdində elmi-tədqiqat musiqi kabinəsi (ETMK) fəaliyyətə başlayıb. Kabinənin qarşısında duran vəzifə xalq musiqi-poetik yaradıcılıq nümunələrinin sənədləşdirilməsi kataloqlaşdıılması ilə yanaşı, toplanması, yazılması nota salınmasından ibarət olub. ETMK-nın işlədiyi ilk illərdən əsas diqqət Azərbaycanın müxtəlif rayonlarında musiqi folklorunun toplanılması yazılması işinə yönəlib. Bu məqsədlə Qarabağ zonası, Lənkəran, Astara, Masallı, Şəki-Zaqatala, Gəncə, Tovuz, Qazax, Xaçmaz, Quba, Qusar, Borçalı sair rayonlara ekspedisiyalar təşkil edilib.

Elmi-tədqiqat musiqi kabinəsi 1940-cı illərin əvvəllərində fəaliyyətini dayandırsa da, 1960-cı illərdən başlayaraq Azərbaycan musiqi folkloruna maraq daha da artıb bunun nəticəsində xalq musiqi yaradıcılığının müxtəlif janrlarını əhatə edən bir sıra məcmuələr nəşr olunub. İndi bu sahədə böyük işlər görülür. Azərbaycan müstəqillik qazandıqdan sonra xalq musiqi nümunələrinin toplanılması, nəşri öyrənilməsinə diqqət qayğı daha da artıb, dövlət səviyyəsində mühüm əhəmiyyətli işlər görülməyə başlanıb. Eləcə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Milli Konservatoriyası bu sahədə səmərəli işlər aparır. Folklor toplama işini müasir dövrümüzdə yaşadan, davam etdirən, qüvvəsi daxilində genişləndirməyə səy göstərən musiqişünaslarımız arasında F.Xalıqzadə xüsusi yer tutur. O, aspiranturanı bitirdikdən sonra Bakıya qayıdan F.Xalıqzadə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) çalışmağa başlamış, 1983-1989-cu illər ərzində xalq musiqi kabinetinin müdiri kimi fəaliyyət göstərmişdi. Bu dövrdən başlayaraq tələbələrin folklor ekspedisiyalarının təşkilində yaxından iştirak edib, bir sıra folklorşünasların təcrübəsini öyrənib bütün bunlar F.Xalıqzadənin bacarıqlı etnomusiqişünas kimi yetişməsində bu sahədə aparıcı mütəxəssisə çevrilməsində böyük rol oynayıb.

Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən görkəmli etnomusiqişünas alimin bu illər ərzində olduğu folklor ekspedisiyalarının coğrafiyası çox genişdir. O, demək olar ki, Azərbaycanın əksər rayonlarında olub, müxtəlif folklor nümunlərini toplayaraq onları tətdiq təhlil edib. Xüsusən Balakən Qax bölgələrinə səfərləri zamanı topladığı materiallar iştirak etdiyi bir sıra layihələrdə elmi nəşrlərdə çap olunmuş məqalələrdə öz əksini tapıb. Qeyd edək ki, F.Xalıqzadə yüzdən artıq elmi məqalənin müəllifidir. Onların əksəriyyəti milli musiqinin, folklor musiqisinin, bir sözlə, etnomusiqişünaslıq sahəsində olan tədqiqatlardır.

Alim digər xalqların etnomusiqişünas alimləri də yaradıcılıq əlaqələri saxlayıb və indibu əlaqələri davam etdirir. Macarıstandan gəlmiş musiqiçi, riyaziyyatçı və dilçi alim,  etnomusiqişünastürkoloq, doktor Yanoş Şipoşla görüşüonunla birgə Azərbaycanın rayonlarına folklor ekspedisiyası F.Xalıqzadənin yaradıcılıq axtarışları üçün yeni mərhələ oldu desək, yanılmarıq. O, Y.Şipoşun Azərbaycan ekspedisiyasında - Şamaxı, Quba, Zaqatala, Bakıda keçirilmiş toplama işlərində macar alimini müşayiət etdi, onun müvəffəqiyyətli araşdırmalarına yardımçı oldu. Yanoş Şipoşun orijinalda "Azeri folk songs. On the fountain head of music" adlanan kitabı Budapeştdə ingilis dilində nəşr olunduqdan dərhal sonra kitab Azərbaycan dilinə tərcümə edildi. F.Xalıqzadə kitabin antologiyasinda verilmiş 300-dən artıq mahnı mətnlərinin redaktoru kimi iştirak etdi.

F.Xalıqzadə mütəmadi olaraq respublikamızda və onun hüdudlarından kənarda keçirilən elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış edir. O, Rusiya, Qazaxıstan, İran, Türkiyə, Macarıstan, Avstriya, İngiltərə və digər ölkələrdə bir musiqişünas kimi məzmunlu məruzələri ilə Azərbaycanı ləyaqətlə təmsil edib. Onun əsərləri rus, ingilis, türk dillərindəki elmi məcmuələrdə nəşr olunub. Bu məcmuələrdən birinə məşhur ingilis mütəxəssisi Karole Pegg ətraflı rəy yazıb ki, bunun özü də F.Xalıqzadəyə bir alim kimi göstərilən diqqətdən xəbər verir. Xarici həmkarları Fəttah müəllimin əsərlərinə tez-tez istinad edirlər. Beləliklə, onun milli etnomusiqişünaslıq məktəbininn inkişafındakı xidmətləri, sanballı tədqiqat işləri, çap olunmuş elmi əsərləri, yetişdirdiyi mütəxəssislərin yüksək səviyyəsi tədqiqatçı-alimin şifahi ənənəli Azərbaycan xalqprofessional musiqisinin bilicisi və tədqiqatçısı kimi dəyərləndirməyə əsas verir.

F.Xalıqzadə görkəmli musiqişünas olmaqla bərabər, həm də dəyərli şəxsiyyətdir, gözəl pedaqoqdur. Uzun illərdir ki, Azərbaycan Milli Konservatoriyasında çalışan etnomusiqişünas alim zəngin bilik və təcrübəsini konservatoriyamızda elmi-tədris işinin təşkilinə sərf edir, müasir dünyanın elmi nailiyyətlərindən daim bəhrələnir və bütövlükdə özünün böyük elmi potensialını Azərbaycan musiqi mədəniyyətinin ən aktual problemlərinə yönəldir. Etnomusiqişünaslığa aid bir çox fənlər üzrə dərs verən Fəttah müəllim Milli Konservatoriyada xarici ölkə mütəxəssisləri və tələbələrinə də öz köməyini əsirgəmir. O, işlədiyi kollektivdə professor-müəllim heyətinin və tələbə kontingentinin, ümumiyyətlə isə respublikamızda bütün musiqi ictimaiyyətinin böyük hörmətini qazanıb.

Bu günlərdə 70 yaşını qeyd edən alim yaradıcılığının kamillik dövrünü yaşayır və yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq Azərbaycanda etnomusiqişünaslq elminin tərəqqisi naminə yorulmadan çalışır. Əminəm ki, bu zəngin yaradıcılığa hələ neçə-neçə yeni səhifələr əlavə olunacaq. 70 illik yubileyiniz mübarək olsun, Fəttah müəllim!      

Jalə QULAMOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, "Etnomusiqişünaslıq" kafedrasının müdiri

525-ci qəzet .- 2023.- 30 noyabr, ¹ 217.- S.12.