Professor Aida İmanquliyeva haqqında sərgi məlumat bazası hazırlanıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84 illiyi ilə əlaqədar alimin həyat elmi fəaliyyətindən bəhs edən virtual kitab sərgisini yenilənmiş elektron məlumat bazasını oxuculara virtual rejimdə təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron bazada şərqşünas alim Aida İmanquliyevanın həyat elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri, onun haqqına dövrü mətbuatda çıxan məqalələr sair məlumatlar öz əksini tapıb. Elektron resursda Vasim Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida İmanquliyeva haqqında səsləndirdikləri dəyərli fikirlər yer alıb.

Ömrünü ərəb Şərq tədqiqatlarına həsr etmiş azərbaycanlı alim Aida İmanquliyeva haqqında hazırlanmış elektron məlumat bazasında Aida xanımın təbiət, gözəllik, məhəbbət, gündəlik insan qayğıları haqqında fikirləri, eyni zamanda, görkəmli şəxsiyyətə məxsus foto videoxatirələr öz əksini tapıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan, özündə çoxlu sayda kitab dövrü mətbuat nümunələrini cəmləyən virtual kitab sərgisində Aida xanımın elmi fəaliyyəti, neçə-neçə kitabların, tərcümələrin müəllifi, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olması, Azərbaycan şərqşünaslığını bir çox yaxın uzaq ölkələrdə elmi konfrans simpoziumlarda ən yüksək səviyyədə təmsil etməsi kimi faktlar yer alıb. Virtual kitab sərgisində ərəb dünyası ədəbiyyatı, Şərq-Qərb mədəniyyətlərinin kəsişməsi multikulturalizm mövzusunda qələmə alınmış "Dünya deyilən sənmişsən", "Cübran Xəlil Cübran" "Aida İmanquliyeva ərəb ədəbiyyatının tədqiqi problemləri", "Şərq-Qərb-ortaq mənəvi dəyərlər" kimi kitabların biblioqrafik təsviri annotasiyası yer alıb.

Hazırlanmış material kitabxananın rəsmi saytında sosial şəbəkələrdə yerləşdirilib.

 

525-ci qəzet.- 2023.- 11 oktyabr.- S.9.