Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubiley tədbiri keçirilib

 

 

Bu günlərdə Beynəlxalq Muğam MərkəzindəKönüllülərKitabxana İctimai Birliyi Cabir Novruz Mədəniyyət Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin inkişafında, ictimai fikir tarixində, elmi-pedaqoji sahədə özünəməxsus yeri olan tanınmış qələm sahibi, publisist, aparıcı, qiraətçi, alim, pedaqoq, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin anadan olmasının 60, yaradıcılığının 40 illiyinə həsr olunmuşKönlümün İlham pərisiadlı ədəbi-bədii, musiqili tədbir keçirilib.

Öncə Vətən müharibəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında canlarını qurban vermiş Vətən oğullarının- Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Sonra monitorda Q.Əsgərzadənin həyat yaradıcılığını əks etdirən video-çarx nümayiş etdirildi.

Qonaqları salamlayan Q.Əsgərzadə ürək sözlərini belə ifadə etdi: “60 yaşdan geriyə baxanda təhlil edəndə görürəm ki, 40 il böyük yaradıcılıq yolu keçmişəm. Bu müxtəlif sahələri əhatə edir. Həm rabitə sahəsində, həm elmi-pedaqoji sahədə, həm mətbuat, televiziya radio sahəsində, eləcə ictimai-siyasi humanitar sahədə çalışmışam. Bu sahələrdə xalqıma, dövlətimə kiçik olsa töhfələr bəxş etməyə çalışmışam. Neçə illərdir, şair, yazıçılar, ayrı-ayrı sənət adamları, elm incəsənət xadimləri haqqında müxtəlif səpkili verilişlər hazırlayır, tədbirlər keçirirəm. Bu, mənə deməyə əsas verir ki, mədəniyyətimizin hamisi, əsl söz xiridarı Respublika Prezidenti cənab İlham Əliyev 1-ci Vitse-prezident Mehriban xanım Əliyeva daim ədiblərin, sənətkarların, qələm əhlinin yubileylərinin keçirilməsi üçün müxtəlif tədbirlər silsiləsi həyata keçirir.

Hesab edirəm ki, bu gün mənə həsr olunmuş, təntənəli şəkildə Beynəlxalq Muğam Mərkəzində rəsmilərin geniş ictimaiyyətin eləcə sənətsevənlərin iştirakı ilə keçirilən yubiley tədbiri mənə həmin tədbirlər silsiləsinə daxildir.

Mən azad şəkildə, sülh şəraitində keşirilən bu yubiley tədbirinə görə cənab Prezidentə 1-ci Vitse-prezidentə dərin təşəkkürümü bildirirəm.

Tədbirə dəvət olunan Azərbaycanın sayılıb seçilən ziyalıları-tanınmış elm incəsənət xadimləri ürək dolusu çıxışlarında Yubilyarı təbrik etməklə yanaşı, ona yaradıcılıq yollarında bitib-tükənməyən uğurlar arzuladılar.

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair, əməkdar müəllim, “Şöhrət ordenli”, Prezident təqaüdçüsü Ofelya Babayeva Qafar Əsgərzadənin mətbuat televiziya sahəsindəki fəaliyyətindən, ədəbi dilin təbliğindəki xidmətlərindən, eləcə Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətindən bəhs edərək Yubilyara xoş arzularını bildirdi.

Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini əməkdar artist Rafiq Həşimov yubilyarı televiziya radiodakı fəaliyyətindən geniş bəhs edərək yüksək qiymətləndirdi. Sonra Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru, “Tərəqqimedalçısı Rövşən Məmmədovun səmimi təbriklərini xoş arzularını çatdırdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Ümumi Pedaqogika kafedrasının müdiri, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov Q.Əsgərzadənin elmi-pedaqoji fəaliyyətindən, şəxsiyyət kimi söz açdı. Sonra ADPU-nın rektoru, tarıx elmləri doktoru, professor, “Şöhrətordenli Cəfər Cəfərovun adından Təbrik ünvanını Yubilyara təqdim etdi.

Cabir NovruzMədəniyyət Fondunun Prezidenti, Yasamal rayon Ağsaqqallar Şurasının sədri, professor Cavanşir Qurbanovun adından isə zəfərimizin simvolu olanDəmir YumruqYubilyara Fondun Vitse-prezidenti Gültəkin Novruzova tərəfindən hədiyyə olaraq təqdim olundu.

Aktyor Toğrul Rza Müşfiqin ifasında B.VahabzadəninYaşımdan gileyliyəmadlı şeir tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.

Monitorda SSRİ Xalq artisti, Dövlət Mükafatı laureantı, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev”ordenli Zeynəb Xanlarovanın Yubilyar haqqında fikirləri nümayiş etdirildi.

Daha sonra monitor vasitəsilə Q.Əsgərzadənin müəllifi olduğuMüşfiq Dilbər”, “Nuri Paşa ilə Cəfər Cabbarlının görüşüadlı səhnəciklər göstərildi.

Tədbir boyunca əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına “Dan Ulduzuinsturmental ansamblının müşaiyəti ilə sevilən incəsənət ustalarının xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Zakir Əliyev, müğənnilər- Nadir Qafarzadə, Rövşən Əziz, Vüsal Hacıyev, Nicat Cəfərzadə, Gülzar Fərəcova, Ayşən Mehdiyeva, Sədəf Budaqova, Sərxan Bünyadzadə, Elşən Cəfərzadə, Rasim Səfərın ifa etdikləri bəstəkar mahnıları tədbirə xüsusi rəng qatdı, rövnəqləndirdi.

Tədbiri idarə edən tanınmış televiziya aparıcısı Azər Süleymanlı peşəkarlıq nümayiş etdirərək onu daha baxımlı, daha maraqlı etdi.

Sonda Qafar Əsgərzadəni sevənlər Yubilyarla xatirə üçün foto-şəkillər çəkdirdilər.

 

Azadə Əsgərzadə

525-ci qəzet.- 2023.- 12 oktyabr.- S.13.