Xalq şairi Ramiz Rövşən gənclərlə görüşüb

 

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış ədəbiyyat nümayəndələrinin gənclərlə silsilə görüşlərinə başlanılıb.

Silsilə görüşlərin ilki oktyabrın 17-də Xalq şairi Ramiz Rövşənlə təşkil olunub. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev açaraq tədbir iştirakçılarını salamlayıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ramiz Rövşənin gənclərlə görüşünü çox əhəmiyyətli addım adlandıran A.Əliyev görüş üçün Xalq şairinə təşəkkürünü bildirib.

Tədbirin moderatoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xalq şairi Ramiz Rövşənlə görüşü gənclər üçün qənimət görüş adlandırıb.

Azərbaycan tarixinin ən əlamətdar günləri ərəfəsində gənclərlə təşkil olunan görüşü çox vacib hesab etdiyini vurğulayan Xalq şairi Ramiz Rövşən ədəbiyyat,  vətənpərvərlik, sənət və sair mövzularda fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıb, bir neçə şeirini səsləndirib.

 

ŞAHANƏ

525-ci qəzet.- 2023.- 19 oktyabr.- S.9.