Erkən nikah onun ağır fəsadları: müasir cəmiyyətdə aktual problem

 

Azərbaycanda erkən nikah dedikdə yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olması nəzərdə tutulur. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşən son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanan nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilən həddə olmalıdır. Azərbaycanda nikah bağlamaq üçün aşağı yaş həddi kişilər qadınlar üçün 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən nikah yaşına çatmayan şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var. Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir sanksiyalaşdırılıb. Yetkinlik yaşına çatmayan şəxsi məcbur etmək 4 ilə qədər azadlıqdan məhrum etmə yaxud da ki, 3 min manatdan 4 minə qədər cərimə cəzasının təyin olunması ilə nəticələnə bilər. Cinayət tərkibi mövcuddur, amma bu izdivaca razılıq verdiyinə görə, buna şərait yaratdığına görə təəssüf ki, valideyn hər hansı bir məsuliyyət daşımır.

Araşdırmalar göstərir ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması digər səbəblərdən baş verir.

Bir müddət öncə Dövlət Statistika Komitəsi Azərbaycanın iqtisadi rayonları inzibati ərazi vahidləri üzrə nikahları rəsmi qeydə alınan 17 yaşda bəy gəlinlərin sayını açıqlayıb. Məlumata görə, ötən il üzrə şəxslərin bu yaşda rəsmi nikaha daxil olması halı ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb. Belə ki, Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş rayonunda 11 nəfər, Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.

Gəncə şəhəri Tovuz rayonunun hər birində 9 nəfərin, Qobustan rayonunda 8 nəfərin, Quba rayonunda 7 nəfərin, Abşeron, Ağdam, Bərdə, Şabran, Zərdab Şəkinin hər birində 6 nəfərin, eləcə Goranboy, Göygöl, Ağstafa, Saatlı Hacıqabul rayonlarının isə hər birində 5 nəfərin 17 yaşda rəsmi nikahı qeydə alınıb.

Bundan əlavə, Füzuli, Tərtər, Lənkəran, Masallı, Yardımlı rayonlarının Mingəçevir şəhərinin hər birində 4 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.

İsmayıllı, Siyəzən Kəlbəcər rayonları üzrə 3 nəfər, Şamaxı, Daşkəsən, Xocavənd, Şuşa, Gədəbəy, Xaçmaz, Laçın rayonları Şirvan şəhəri üzrə 2 nəfərin bu yaşda rəsmi nikahı qeydə alınıb. Sumqayıt şəhəri, Qazax, Kürdəmir, Ucar, Beyləqan, İmişli, Balakən, Oğuz, Zaqatala, Cəbrayıl, Qubadlı, Neftçala Biləsuvar rayonlarının hər birində isə 17 yaşda rəsmi nikaha cəmi 1 nəfər daxil olub. Bu rəqəm Bakıda 13, Naxçıvan Muxtar Respublikasında isə 5 olub.

Erkən nikah - uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımçıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, erkən nikah məsələsi ilə bağlı ardıcıl maarifləndirmə işi aparılır, həmçinin, qanunla bununla bağlı cinayət məsuliyyəti var. Lakin cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Unutmaq olmaz ki, burada iştirakçılar da var. Məsələn, araşdıranda məlum olur ki, erkən nikahların əksəriyyəti dini nikahla baş tutub. Belə olan halda dindarlar prosesdə iştirak edir cəzasız qalır - baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə fətva verib ki, rəsmi nikah sənədi olmasa, dini nikah bağlamaq olmaz. Lakin göründüyü budur ki, bu işi hələ davam edənlər var. Digər tərəfdən, əlbəttə ki, erkən nikaha valideynlər razılıq verir. Lakin onlar da bu məsələdə məsuliyyətdən kənarda qalırlar. Əgər məsələyə kompleks yanaşılmasa, həll olunmamış qalacaq: "Erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır. Valideynləri övladlarını erkən nikaha məcbur etməkdənsə, onlara təhsil verməyə çağırırıq. Maarifləndirmə işləri aparılır. Amma təəssüf ki, hələ erkən nikah halları mövcuddur".

Mehriban Zeynalovanın dediyinə görə, bəzən erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir. Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib: "18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir. Çox az sayda olur ki, 16-17 yaşda yeniyetmələr bir-birini sevib, qoşulub qaçırlar. Beləliklə, əgər 16-17 yaşda oğlan evlənirsə, deməli, valideynin iradəsi ilə evlənir, burada məcburi nikaha cəlb etdiyi üçün valideynə cəza verilməlidir".

Mehriban Zeynalova bildirib ki, məcburi nikah təkcə 16-17 yaşda deyil, 20-22 yaşda da olur. Gənclər bəzən valideynlərinin iradəsinə zidd gedə, eləcə qanuni yola əl ata bilmirlər: "Cəmiyyətimizdə övladın valideyndən şikayət etməsi böyük qınaqla qarşılanır. Bu da qanunun həyata keçirilməsinə maneçilik törədir. Beləliklə, belə bir halla rastlaşan gənc valideynindən şikayət edəndə cəmiyyət tərəfindən yalnız o qınanılır, qınaq obyektinə çevrilir. Çox az halda kimsə gəncin tərəfində olur. Bu da qanunun icrasına mənfi təsir edir".

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə əsasən, bütün dünyada olduğu kimi, ölkəmizdə erkən nikah məsələsi onun cəmiyyətdə yaratdığı fəsadlar dövrümüzün mühüm aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurması onların təhsilinə, bir fərd kimi inkişafına maneə yaratmaqla yanaşı, psixoloji durumlarına da mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova qeyd edib ki, hələ ölkədə qızların təhsildən yayındırılaraq erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Valideynlər anlamalıdır ki, erkən nikah hələ tam formalaşmamış bir gənc qızın sağlamlığına, psixologiyasına gələcək həyatına vurulan zərbədir. Gənc qızlar erkən nikaha daxil olarkən, ən azından ailəsinin, özünün, eləcə dünyaya gətirəcəyi körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücdə olmur: "Qızların erkən yaşda nikaha məcbur edilməsi cəmiyyətlər üçün dərin kök salmış stereotiplərin hələ qalmasının bariz nümunəsidir. İki əsrdən çoxdur ki, erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır. Dövrümüzün tanınmış ziyalıları, maarifçiləri, hüquq müdafiəçiləri bu qanunsuz insanlığa zidd addımın qarşısının alınması üçün mübarizə aparır. Ancaq yenə erkən nikahlar baş verir. Yenə valideynlər qız övladlarını təhsildən yayındırıb, erkən yaşda ailə qurmağa məcbur edirlər".

Hicran Hüseynova vurğulayıb ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir: "Ancaq əfsus ki, bu gün təhsildən yayınan erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

Millət vəkili Fazil Mustafa hesab edir ki, qızların erkən nikaha məcbur edilməsinə görə valideyn hüquqi məsuliyyət daşımalıdır: "Təəssüf ki, bu gün bəzi ailələr 15-16 yaşı tamam olmuş uşağı təhsildən uzaqlaşdırıb ərə verir. Qız uşaqlarının təhsildən yayındırılaraq erkən nikaha məcbur edilməsi yolverilməz haldır. Sözügedən məsələ ilə bağlı qanunvericilikdə sərtləşdirilmələrə ehtiyac var. Valideynlər bilsə ki, övladlarını erkən nikaha məcbur etdiklərinə görə qanun qarşısında cavab verməli olacaqlar, o zaman bu addımı atmağa cəhd göstərməzlər. Cəzalar sərtləşdirilsə, erkən nikahların qarşısı alınar. Sadalanan problemləri mütləq həll etmək lazımdır. Belə olmasa, bu, nikahda zorakılığın daha da genişlənməsinə səbəb olacaq".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 1 sentyabr.- S.14.