Azərbaycan-Özbəkistan münasibətləri: tarixi bağlılıq daha da möhkəmlənir

 

Azərbaycan və özbək xalqları arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, ortaq tarixi, dini mədəniyyəti bölüşən, eyni kökə malik olan Azərbaycan özbək xalqları arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri elmi mübadilə mövcud olub.

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı onminlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi digər sahələrində fəal iştirak edir.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlətlərarası münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən, Strateji tərəfdaşlığın dərinləşdirilməsi hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən, Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə dəstəyinin daha bir göstəricisidir. Səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə yeni tikilmiş bir sıra obyektlərin açılışları yeni layihələrlə tanışlıq səmimi qardaşlıq münasibətlərinin təcəssümüdür. Azərbaycanın Özbəkistan, eləcə digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin xalqlarımızın, həm bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

 

 

Mahirə HÜSEYNOVA

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 1 sentyabr.- S.6.