Ziyalılıq kütləvi ola bilməz

ŞAİR-PUBLİSİST, DOSTUM ƏLİ RZA XƏLƏFLİYƏ ƏDƏBİ MƏKTUB

 

Əzizim Əli Rza! Bu il oktyabrın 1-də sənin mübarək 70 yaşın tamam olur. Bu, adi 70 deyil, millətə, milli ədəbiyyat mədəniyyətə təmənnasız xidmət tarixidir.

Təxminən 40 il bundan əvvəl demişəm yazmışam: sənin "Kredo"n XIX əsr rus ictimai-ədəbi fikri tarixində böyük rol oynamış Nekrasovun "Sovremennik"i kimi millətin ədəbiyyat qəzeti nüfuzunu qazandı. Bu barədə hələ çox yazılacaq.

Sənin "Həsrət körpüsü" şeirlər poemalar kitabının müzakirəsində demişdim ki, o gün olsun, sənin bu kitabın "məhəbbət körpüsü"nə çevrilsin.

Demək istəyirəm ki, ədəbi dostluğumuzun 30 ili həsrət müstəvisində keçib. Müzəffər Ali Baş Komandanın iradəsi mahir diplomatik gedişləri, şəhidlərimizin canı, qazilərimizin qanı sayəsində, qəhraman Azərbaycan Ordusu xalqımızın gücünə arxalanaraq, sənin Cəbrayılının mənfur ermənilərdən alanda mən səni təbrik etdim Zal kişinin ruhu çiçək açdı, həsrətə son qoyuldu.

Sən irili-xırdalı müxtəlif formatlı, müxtəlif məzmunlu 55 kitabın müəllifisən. Ədəbi-tənqidi, fəlsəfi-publisistik məqalələrin isə sayı-hesabı yoxdur. Sən qibtə doğuracaq qədər istedadlı, ondan daha artıq zəhməkeş adamsan. Sən qeyri-adi zəhmətkeşliyin ilə bugünkü gələcək nəsillərə nümunəsən.

Əzizim Əli Rza Zal oğlu, Allah səni bu millətə hədiyyə edib. Sən "Zal ağacı"nı (Yusif Nəğməkar) qələmə çevirib fikir tarlasını şumlamısan, tər töküb can əkmisən, Azərbaycanın həm coğrafi atlası, həm mənəvi atlası sənin imzan ilə zənginləşib.

Sən hər şeydən əvvəl şairsən, təbiət səni şair yaradıb "Ocağın işığı" (2001), "İçərişəhər; daşlar, insanlar" (2001), "Həsrət körpüsü" (2003), "Araz ağrısı" (2009), "Damcılı" (2011), "Bu dünyanın Mehmanısan" (2011), "Azadlığın qanı" (2011), "Bir bayatı çağırdım" (2013), "Həsrətdən üzü bəri" (2015), "Üzü Qarabağa" (2016), "Dağlarda duman qaldı" (2022) "Türkiyənin zəzələ ağrıları" (2023) kimi şeir poemalardan ibarət kitabların bunun əyani sübutudur. Sən həm ( daha çox!) şair qəlbli peşəkar publisistsən. Buna əmin olmaq üçün sadəcə  "Kedo" qəzetini, sənin oxucular arasında dərin rəğbət qazanmış kitablarını - "Karvan körpüdən keçir" (1997), "Baş daşının yazıları" (1998), "Yurdun övladları" (2000), "Sözə doğru" (2003), "Dünyanın söz üzü" (2007), "Meyar" (2008), "Arzulara dəyən güllə" (2008), "Dünyamız, varlığımız" (2009), "Dünya yaza qaldı" (2009), "Yaddaşa aparan yollar" (Məktub-roman, 2009), "Həyat dastanı" (2012), "Göy üzündə səs" (2018), "Dağdan dənizə doğru" (2018), "Böyük portretin işığı" (iki cilddə), oxumaq kifayətdir. Əli Rza Xələfli həm yazıçı, həm fəlsəfi publisistik esselər müəllifidir. Onun "Əbədi həyat arzusu" (2014) esse-monoqrafiyası adından da göründüyü kimi, yeni janrdır. Sənin "Od" romanın xüsusi maraqla oxunur. "Qiyamətdən bir gün əvvəl" (2017) povesti, "Söz qan" (2016) povest xronikan müasir ədəbi prosesin dəyərli faktlarıdır. Essevari publisist kitab məqalələrini ayrıca qeyd etmək istəyirəm.

Hörmətli Əli Rza müəllim, əziz dost, sənə deyirəm qoy hamı eşitsin:  "Ziyalılıq kütləvi ola bilməz. O, çox nadir hadisədir, milli sərvətdir, onu qorumaq lazımdır. Bu hər şeydən əvvəl o deməkdir ki, sən qəlbini satmamısan!"

Sənin şəxsiyyətində yaradıcılığında qiymətli hesab etdiyim bir neçə vacib cəhəti qeyd etmək istəyirəm.

Sən kökə bağlı adamsan, böyük filosof Nitsşe demişkən "keçmişə ehtiram, bu günə qiymət, gələcəyə ümid səni nüfuzlu edir".

Türkün gücü onun silahından çox, mənəviyyatındadır. Türk mənəviyyatının əsasında "Vətən əxlaqı" (Z.Göyalp) ailə kultuna dayanır. Ailəsi möhkəm olmayan millətin dövlətçiliyi möhkəm ola bilməz. sən həm vətənpərvər, həm ailəcanlısan.

Sən saf əxlaqlı adamsan, indiki zəmanədə belə olmaq, namusla yaşamaq çox çətin, demək olar ki, qəhrəmanlıqdır.

 

Dost olmağı, dostluğu qorumağı bacarırsan, bu, çox qiymətli xüsusiyyət, şəxsiyyət olmağın əsas şərtidir.

Gözəlliyi duyur qiymətləndirməyi bacarırsan, bakılılar demişkən: "Qədeş, sən kişi adamsan".

Bir türk - müsəlman olaraq, sən dilə dinə hörmət edirsən, bu isə böyük məziyyət, ziyalılığın vətəndaşlığın əsas şərtidir.

"Bütöv Azərbaycan" artıq ideal deyil, tarixi həqiqətdir. Bu, Xudafərin həqiqətidir - sənin uğrunda çalışdığın həqiqətdir.

Dərin hörmətlə,

heç vaxt köhnəlməyən köhnə dostun:

 

Nizaməddin ŞƏMSİZADƏ

525-ci qəzet.- 2023.- 5 sentyabr.- S.14.