Elçin dramaturgiyası: müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı kontekstində

 

Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında dramaturgiya da uğurla inkişaf edib. Bu inkişafda rol oynayan sənətkarlar əvvəlki ənənələrin davam inkişaf etdirilməsinə vəsilə olublar. Xüsusilə Azərbaycan milli dramaturgiyasının nəhəng ustadları olan Cəlil Məmmədquluzadə Hüseyn Cavidin yaradıcılıq ənənələri bu dövrdə davam etdirilib. Daha çox nasir kimi tanınmasına baxmayaraq, 60-cılar nəslinin görkəmli nümayəndələrindən biri olan Elçinin müstəqillik dövründə yazdığı çoxsaylı dram əsərləri yeni dövrün dramaturgiyasının inkişafına güc qatıb. Akademik İsa Həbibbəylinin yazdığı kimi, "yeni dövr Azərbaycan ədəbiyyatında ictimai fikrin inkişafında Elçinin özünəməxsus sanballı yeri, rolu, mövqeyi vardır". Ümumiyyətlə, yeni dövr onun problemləri Elçin yaradıcılığında əhatəli qabarıq şəkildə təsvir təqdim olunub.

Elçinin çoxsaylı dram əsərləri arasında trilogiya səciyyəsi daşıyan "Ah, Paris, Paris", "Mənim sevimli dəlim", "Diaqnoz D" ("Mənim ərim dəlidir") əsərləri xüsusilə əhəmiyyəli mövqeyə malikdir. Bu əsərlər yeni dövrdə - 90-cı illərin ictimai-siyasi, iqtisadi mənəvi böhran dövründə ictimai şüur, stereotip mənəviyyatda yaşanan problemləri işıqlandırmaqla bərabər, Cəlil Məmmədquluzadənin absurd teatr ənənələrini inkişaf etdirmiş, həmçinin bu ənənələrə zənginlik qataraq onun kamala çatmasında mühüm rol oynayıb. Böyük Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin realist dramaturgiya ənənələrinə, xüsusilə tənqidi realist yaradıcılıq üslubu tələblərinə, absurd teatr sahəsindəki nailiyyətlərinə söykənərək müstəqillik dövründə Azərbaycan dramaturgiyasının inkişaf tempinə uğur qatır, bu ənənələri inkişaf etdirməklə bərabər, kamala çatdırır zənginləşdirir.

Elçinin bəhs olunan əsərlərinin hər biri aktual mövzu-problem xüsusiyyətlərindən başqa, maraqlı xarakterlərlə yaddaqalandır. Bu cəhətdən bu əsərlərin hər biri 90-cı illərin ilk dövrlərində yaşanan ictimai mənəvi-psixoloji  böhranı, tərəddüd təbəddülatları əks etdirmək baxımından xüsusi ədəbi çəkiyə malikdir. Bu əsərlər arasında triologiyanın birinci həlqəsinə daxil olan "Ah, Paris, Paris" əsəri çox böyük maraq doğurur. Klassik dramaturgiyamızın böyük ədəbi nəhəngi Cəlil Məmmədquluzadənin 1920-ci illərin ziddiyyətli dönəminin məhsulu olan "Dəli yığıncağı", "Ər" əsərlərinin ruhunu, ənənələrini özündə uğurla yaşadan inkişaf etdirən Elçin bu əsərlərində məhz yeni dövrün məsələlərinə yer verib. Xatırladaq ki, 1988-ci ildən başlanan xalq hərəkatı SSRİ-nin süqutuna zəmin hazırlamış, ictimai təfəkkürdə müstəqillik, suverenlik ideyaları kök salmış, habelə Azərbaycan ərazilərinin bir hissəsi işğal altına alınmış, 1990-cı ildə 20 Yanvar faciəsi baş vermişdi. Milliləşmə müstəqilləşmə hərəkatının nəticəsi olaraq 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Muxtar Respublikanın rəsmi olaraq SSRİ-nin tərkibindən çıxdığı dövlət müstəqilliyi elan edilmiş, 1992-ci ildə Azərbaycanın dövlət müstəqilliyi qazanılmışdı. Bu dönəmdə ictimai şüurda özünü əks etdirən bir sıra təzadlı mühüm problemlər məhz Elçinin dramaturgiya yaradıcılığında böyük uğurla əks etdirilib. Elçinin nailiyyətlərindən biri bu idi ki, məhz belə bir zamanda hələ ədəbiyyatımızda ictimai mühit proseslərə təhlilçi mövqeyin nümayiş etdirilə bilmədiyi bir zamanda o, məhz dram sənəti kimi ictimai şüura fəal təsir edən, təhlilçilik ictimai dərk tələb edən bir sahədə məhz bu dövrün problemlərini əhatə edə bilmişdi. Absurd teatr anlayışının səciyyəsinə uyğun olaraq Elçinin adıgedən trilogiyasının birinci həlqəsinə daxil olan "Ah, Paris, Paris" əsərində konkret şəxsiyyətlər göstərilməsə , mücərrəd olsa, absurd xarakterlər vasitəsilə dövrlə bağlı ictimai-mənəvi təəssürat panorama yaradılmışdı. Absurd teatr yaradıcılıq üsuluna uyğun davranan Elçin ənənəvi süjet əlaqələrini aşaraq bir-birilə bağlantısı olmadan, hadisələrin məntiqsiz reallığını ortaya qoyur. Əslində bu üsul özü ictimai-tarixi şəraiti, onun anlaşılmazlığı hadisələrin ağılalmazlığını təqdim etmək üçün əhəmiyyətlidir. Yazıçının yaradıcılığı barədə təhlil apararkən akademik İsa Həbbibəyli yazır: "Xalq yazıçısı Elçin başlıca xidməti ədəbiyyatı ideoloji buxovlardan xilas edib, onu həyata, insanlara, mənəviyyata yaxınlaşdırmasından, daha doğrusu, ədəbi fikrin real həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmasından ibarətdir". Bu baxımdan yaradıcılığı ilə Azərbaycan dünya dramaturgiyasını zənginləşdirən Elçinin əsərləri arasında "Ah, Paris, Paris" dram əsərinin özünəməxsus yeri var. Müasiri olduğu ictimai mətləbləri bu əsərində bədiiləşdirən Elçin sanballı əsər ciddi problemlər ortaya qoymuşdur. Yaşanan dövrün ictimai problemlərinin öyrənilməsi dərki baxımından bu əsərin əhəmiyyəti böyükdür. Müəllif özü əsəri yazması ilə bağlı reallığı bu cür izah edir: "1990-cı ilin Yanvar hadisələrindən sonra heç yaza bilmirdim... Başladım oxuduğum kitabları bir oxumağa. O kitabların içində Molyerin komediyaları da vardı birdən-birə özüm gözləmədən Molyeri Azərbaycan dilinə tərcümə eləməyə başladım... "Azərbaycan səhnəsi Molyer" mövzusunu işlədim, sonra Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, N.Vəzirovu təzədən mütaliə etdim. bütün bunlardan sonra özüm üçün gözlənilməz bir hadisə baş verdi: oturub komediya yazmağa başladım: "Ah, Paris, Paris..!"

Əsər haqqında sənətşünaslıq doktoru, professsor Məryəm Əlizadə yazır: "Elçinin "Ah, Paris, Paris!" komediyası klassik komediya janrında yazılan müasir səhnə əsəridir: komediyanın ali məqsədi, ifşa pafosu, başlıca problemi, konflikt-münaqişəsi s. məhz dolğun, canlı, çoxqatlı komik xarakterlər sistemliyində həll olunur. Xarakterlərin sistemliliyini müəllif süni olaraq qurmayıb: hər dövrün sistemliliyini həyat özü yaradır". Ümumiyyətə, Elçin yaradıcılığı maraqlı xarakterlərlə zəngindir. Onu bu cəhətdən maraqlı xarakterlər ustası kimi səciyyələndirmək olar. Həm maraqlı, aktual mövzu, həm maraq doğuran xarakterlər onun yaradıcılığı sənətkarlığı üçün səciyyəvidir.

Elçinin 1996-cı ildə qələmə aldığı trilogiyanın ikinci həlqəsinə daxil olan "Mənim sevimli dəlim" əsəri müstəqillik dövrü Azərbaycan dramaturgiyasının ən yaxşı əsərlərindəndir. Bu əsərin bir özünəməxsusluğu da ondadır ki, onu "xarakterlər dramaturgiyası" adlandırmaq çətindir. Çünki burada iki qütbdə - iki məkanda ayrı-ayrı personajların timsalında fərqli mənəvi-psixoloji xüsusiyyətlər, fərqli patoloji əksikliklər, düşüncələr öz əksini tapır. Məryəm Əlizadə bu əsər barədə yazır: "Mənim sevimli dəlim" komediyasının fabulası qovalamaca olduğundan elə başlandığı andan müəllifə çağdaş "dəlilər qalareyasını" əngəlsiz təsvir etməyə geniş imkanlar yaradır. Dəlixanadann bir dəli qaçır, amma bu, adi dəlilərdən deyil - Professorun sevimli dəlisidir, çünki onun üzərində apardığı "elmi " çox dəyərli nəticələrə gətirib çıxaracaqdı".

Müasir dövrdə absurd teatrın inkişafında Elçinin trilogiyasının üçüncü həlqəsinə daxil olan, 1998-ci ildə yazılmış "Mənim ərim dəlidir" əsəri mühüm rol oynamış pyeslərdən biri kimi maraq doğurur. "Mənim ərim dəlidir" komediyası ictimai əhəmiyyətinə görə dramaturqun dəlilik anlayışını ehtiva edən əvvəlki pyeslərinin yekunu təsiri bağışlayır. Akademik İsa Həbibbəylinin yazdığı kimi, Elçinin bu əsəri "sanki yeni dövrün "dəli yığıncağı"ndan ibarətdir".

Əsərə "Ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər" kimi epiqrafın seçilməsi kifayət qədər istiqamət verir ki, əvvəlki əsərlərdən fərqli olaraq bu əsərdə çəxsi məqsədlərlə dəlilik donuna girmə yaxud özünü dəliliyə qoymanın ictimai-mənəvi, patoloji səciyyəsindən bəhs ediləcəyini öncədən düşünmək mümkün olsun. Trilogiyanın üçüncü həlqəsinə daxil olan "Mənim ərim dəlidir" əsərində  vəziyyət bir az fərqlidir, daha doğrusu, bu əsərdə əvvəlkilərlə üst-üstə düşən cəhətlər olsa da, fərqli məna məzmun kəsb edən xüsusiyyətlər daha çoxdur. Burada da fərdi xarakterlərin ciddi təsvirindən bəhs etmək o qədər yetərli deyil. Absurd teatrın səciyyəsinə uyğun olaraq burada da  mübhəmlik, ümumilik, mücərrədlik aparıcı yer tutur. Ona görə burada konkret fərdlər onların xarakteri, səciyyəsi məsələsi aparıcı əhəmiyyət kəsb etmir. Bu əsərdə ictimai mühitin obrazı yaradıldığını, ictimai mühitə aid xarakterin əks edildiyini tam qətiyyətlə deyə bilərik. Lakin əlbəttə ki, bu xarakter keyfiyyətləri ayrı-ayrı fərdi keyfiyyətlərin hesabına ərsəyə gəlir, ümumi olana qoşularaq ümumi-ictimai mahiyyət kəsb edir.

 

(Ardı var)

Ramiz Qasımov

Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin əməkdaşı

525-ci qəzet.- 2023.- 5 sentyabr.- S.13.