"Xalq qəzeti"nin yeni siması

 

 

Ölkənin aparıcı mətbu orqanlarından olan "Xalq qəzeti" bir neçə aydır oxucuların görüşünə öz yeni siması, maraqlı yazıları fərqli tərtibatı ilə gəlir. Bildiyimə görə, istər paytaxtda, istərsə regionlarda qəzetin hər yeni nömrəsi oxucular tərəfindən maraqla qarşılanır. Əlbəttə ki, bu, son vaxtlar kollektivin əldə etdiyi uğurlardan xəbər verir.

Həyatının 30 ildən çox hissəsini çap mediasına sərf etmiş jurnalist kimi deyə bilərəm ki, bu gün  "Xalq qəzeti" istər operativlik baxımından, istərsə janr mövzu rəngarəngliyinə görə müasir dövrün tələblərinə tam cavab verir.

Məlum olduğu kimi, olduqca ağır məsuliyyətli sahələrdən olan çap media internet əsrində oxucuların rəğbətini qazanmaq üçün elektron mətbuatla ayaqlaşmalı, həmçinin cəmiyyət, oxucu qarşısında öhdəliyini dövlətçilik prinsiplərinə uyğun təşviqat işlərini daha mükəmməl yerinə yetirməlidir. Qeyd edim ki, bu çətin missiyanı qəzetin yaradıcı heyəti ustalıqla yerinə yetirir.

İlk növbədə, vurğulamaq lazımdır ki, "Xalq qəzeti" bu gün oxucularına tam yeni simada, yeni formatda, köhnə steriotiplərdən uzaq bir "qiyafədə" təqdim olunur. Ölkənin ictimai-siyasi, iqtisadi  mənzərəsi, Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, sosial problemlər, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, təbii ki, qəzetin diqqətdə saxladığı əsas mövzulardandır. Bununla belə, müasir Azərbaycan oxucusunu narahat edən hər bir incə məsələyə peşəkar yanaşma, müxtəlif təhlili yazılar jurnalist araşdırmaları qəzeti daha oxunaqlı edir. Seçilən mövzuların qısa konkretliyi, oxucunu yormamaqla  auditoriyanı ələ ala bilmək məharəti, daim aktual mövzuların axtarışında olmaqla, səhifələrə yeni nəfəs gətirmək, əlbəttə ki, böyük səy ustalığın nəticəsində mümkündür. Əgər oxucu bu yenilikləri qəbul edirsə, deməli, qəzetə böyük maraq var, bu isə o deməkdir ki, yaşadığımız dövrdə baş verən müxtəlif ictimai-siyasi hadisələrin axımına baş vurmaq, onları diqqətlə izləmək, vaxtında oxucuya çatdırmaq, zəngin media bazarının nəbzini tutmaq ımümkün olmuşdur.

Fərqli tərtibatı da xüsusi qeyd etməliyəm. Çünki qəzeti oxucuya sevdirən əsas şərtlərdən biri aktual mövzularla yanaşı, onun müasir üslubda tərtibatı özünəməxsus təqdimatıdır. Bu cür fərdi fərqli tərtibatları dünyanın aparıcı ölkələrinin nəşrlərində görmüşük çox xoşdur ki, "Xalq qəzeti" bu yeniliklərdən kənarda qalmır, onları tətbiq edir bu cür yanaşma onu digərlərindən ayırır.

Dövlətimizin əsas təbliğat maşını olan çap elektron media, düşünürəm ki, azad mətbuatın inkişaf etdiyi bir dövrdə daha dinamik, daha operatv vasitəyə çevrilməlidir. Bu baxımdan KİV-lər öz fəaliyyətlərinə dövrün tələblərinə uyğun yenidən baxmalı, köhnə standartlardan uzaqlaşmalı, oxucunun istəyinə zövqünə uyğunlaşmalıdırlar. Zəngin media bazarında rəqabətə tab gətirmək üçün alın təri ilə çalışmaq yeni layihələrə imza atmaq vacibdir.

Fikrimcə, "Xalq qəzeti" kollektivinin potensialı çox böyükdür qarşıda duran istənilən  vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. Fərəhlə qeyd edək  ki,  məmləkətimizdə baş verənləri, xalqın müstəqil dövlətimizin haqq səsini dünyaya çatdıra biləcək azsaylı  media qurumları arasında artıq "Xalq qəzeti"nin xüsusi yeri çəkisi görünür bu nüfuz  inamla artırmaqdadır.

Qəzetin baş redaktoru Əflatun Amaşova peşəkarlar heyətinə  çoxsaylı yaradıcılıq uğurları arzulayıram. Zəngin təcrübənizlə daha böyük uğurlar qazanacağınıza inanıram.

 

Maarif RZAYEV

Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqrar mütəxəssis" qəzetinin baş redaktoru

525-ci qəzet.- 2023.- 6 sentyabr.- S.8.