Müasir Vyanaya və
Avstriyanın zəngin tarixinə səyahət
Telman
Orucov
(Əvvəli
ötən şənbə sayımızda)
Qanuni imperiyanın yarım əsrlik
tarixi
Edmund
Börk özünün "Fransadakı inqilaba zidd
olanlar" əsərində əvvəlcədən göstərirdi
ki, fransız inqilabçıları keçmişin Kartezian
(nəzəri mənbəyi filosof Rene Dekartın ideyalarına
məxsus olan və XVII-XVIII əsrlərdə mövcud
olmuş fəlsəfədəki və təbiətşünaslıqdakı
istiqamət belə adlanırdı) ratsionalizmini rədd etdi və
mərkəzi milli uniforma geyinilməsini təkid etdi, bu isə
özünün radikal bir çağırış
olduğunu sübut etdi. İnqilabçı
Fransa Avstriya monarxiyası üçün daha böyük təhlükə
idi. Bu dövlət sülalə işinin
ürəyində idi, çox sayda etnik qrupların
yaşadığı ərazilərə hökmranlıq
edirdi. Modern milli dövlət isə
populyar suverenliyə malik idi. İnqilabi
Fransa Monarxiya üçün təkcə digər rəqib
bir dövlət deyildi, həm də Avstriyanın ideoloji cəhətdən
qisasçısı idi. Fransızlar
azadlıq sevgisini ideallaşdırmışdılar. Ona görə də fransız
inqilabçıları Avstriya imperiyasına nifrət edirdilər.
Fransız inqilabı təhlükəsi Avstriyanın
yuxarıdan həyata keçirmək istədiyi islahatlara bəslənən
ümidlərə də effektiv qaydada son qoydu. Fransanın
inqilabçı travma vuran təcrübəsi və Napoleon
müharibələri Avstriya hakimiyyətinin müasirliyə əsaslanan
cəhdlərini də zəruri olaraq yoxa çıxardı.
Bir neçə dekada ərzində millətçilik,
liberalizm və proqres erası olan bu dövrdə dəyərlər
Fransız inqilabını təcəssüm etdirməklə,
bütünlüklə yüksək milli sülaləyə
haqq qazandırmağın əsasına qeyri-adekvat idi.
Lakin onun "qanuniliyi" də ola bilərdi.
Əvvəlki
dövrlərdə Fransa inqilabının Avstriyaya təsiri
nisbətən kiçik idi, Parisdə 1789-cu ildə baş
verənlərdən sonra Leopoldun öz islahatlarını
davam etdirməsinin qarşısını alan
hansısa bir əlamət kimi görünmürdü. II Frants onu əvəz edəndə, çox sayda belə
fikirlər var idi ki, o, yumşaq islahatları, xüsusən
aqrar siyasətdə davam etdirəcəkdir. Lakin Frants tezliklə mühafizəkar qaydada olan bir
kurs götürdü. Fransız
inqilabından müstəsna təhlükə
özünü Prussiyaya və Rusiyaya qarşı siyasətdə,
həm də onun öz Fransa müttəfiqini itirməsində
göstərdi. II Leopold Prussiyaya qoşuldu
və Rusiya ilə ittifaqa girdi. Bu ona gətirib
çıxardı ki, fransızlar 1792-ci ilin aprelində
Avstriyaya qarşı müharibə elan etdi. Prussiyanı və Rusiyanı isə heç də
Avstriya deyil, yalnız Polşa ərazisindən daha çox
torpaq qoparmaq marağı düşündürürdü.
Fransa ilə döyüş kampaniyası ani olaraq bədbəxtlik
gətirib çıxardı. Fransız qüvvələri
müttəfiqlər ordusuna 1792-ci ilin 20 dekabrında qalib gəldi.
Bir gün sonra fransız Milli Konventi öz
ölkəsindəki monarxiyanı ləğv etdi. İnqilabi qüvvələr hücumçu
döyüşlər aparmaqla, Belçikanı və həm
də Reynin bütün sol sahilini işğal etdi.
1793-cü ilin 21 yanvarında XVI Lui edam
edildi. Robespyer ölüm hökmünün ədalətli
olduğunu əsaslandırmaq üçün demişdi:
"Kral ölməlidir ki, Fransa yaşasın". Kralın edam edilməsilə Fransada terror
başlandı. Rusiya və Prussiya bu vaxt
Polşanın ikinci parçalanmasını həyata
keçirdilər. Lakin birinci
parçalanmadan fərqli olaraq bu dəfə Avstriya bu işdə
iştirak etmədi, hətta ona müxalif çıxdı.
Çünki Fransa təhlükəsindən
çox qorxurdu.
1793-cü ildə Avstriya Fransaya qarşı Avropanın
çox sayda olan dövlətlərinin Birinci
Koalisiyasını yaratdı, lakin buna Prussiya və Rusiya daxil
olmamışdı. Payızda Fransanın avstriyalı kraliçası,
Mariya Terezanın qızı, sonrakı iki kralın
bacısı Mariya Antuanettanın edam edilməsi,
Avstriyada rejimi idarə edən elitanı qorxutdu.
Ümumiyyətlə, Avstriya kraliçasının
qızı olmasına, Fransa kralının arvadı
olmasına baxmayaraq, Mariya Antuanettanın "xoşbəxtliyini"
zəhər qatılmış bir kokteyli içməyə bənzətmək
olardı. O,
1770-ci ildə Fransa dofini XVI Luiyə ərə getmişdi və
dörd il sonra əri kral olmuşdu. Lakin
yeddi il ərzində ərlə arvad bir
yerdə yatsalar da, intim yaxınlıq halı
olmamışdı. Lui öz ər vəzifəsini
icra etmək istəyəndə dəhşətli
ağrıdan qorxub, buna cəsarət etmirdi. Bu vəziyyət kraliça ananı və həmregent
olan şahzadə II İosifi ciddi narahat edirdi. Parisdə də Mariya Antuanettanın digər məşuqlara
malik olması barədə şayiələr gəzirdi.
Nəhayət, 1777-ci ildə İosif Parisə gəlib, bu vəziyyət
davam edərsə, bacısını boşatdıracaqları
hədəsini etdi və Luinin uşaq əmələ gətirən
orqanında cərrahiyyə əməliyyatı keçirilməsini
tələb etdi. Lui razılaşdı. Yazıçı Tomas Mannın yazdığına
görə, əməliyyat Luinin sadəcə sünnət
edilməsindən ibarət idi. Tədbir yaxşı nəticə
verdi və Lui yataqda arvadı
qarşısındakı vəzifəsini çox uzun fasilədən
sonra birinci dəfə uğurla yerinə yetirə bildi. Lakin parislilər "avstriyalı qıza" nifrət
bəsləyir, onu gözdən salmaq üçün hər
bir vasitəyə əl atırdılar. Onsuz
da Mariya Antuanetta özünün pak əxlaqı ilə
öyünə bilməzdi, lakin onun hətta şəhvət
düşkünü olması barədə
açıq-saçıq karikaturlar paytaxtda geniş
yayılmışdı. Ərə getdikdən 23 il, əri ilə həqiqi yaxınlıqdan 16
il sonra 37 yaşlı kraliça nazik boynunu gilyotina
bıçağının zərbəsinə etibar etməli
oldu.
İnqilabi Terror kral və kraliçanı fiziki cəhətdən
məhv etmək vəzifəsini də axıradək yerinə
yetirdi, sonra isə Jorj Danton kimi öz inqilab mübarizlərini
hədəf seçdi. 1794-cü ilin yayında bu dəhşətli tədbirin
baş təşəbbüsçüsü Maksimilian
Robespyerin özünün edam edilməsi
ilə isə Terrora son qoyuldu.
Fransızların hərbi uğuru isə daha həyəcan
doğuran idi.
1794-cü ildə fransızlar Holland Birləşmiş
Əyalətlərini işğal etdilər. Prussiya, Rusiya və Avstriya 1795-ci ildə
Polşanın üçüncü parçalanmasını
həyata keçirdi.
Habsburqun mövqeyi getdikcə tənəzzülə
uğrayırdı. Habsburq Müqəddəs Roma imperiyası
üzərində də nəzarətini itirirdi.
1803-cü ildə Elektorların (imperotoru seçmək
hüququ olan yeddi kurfyurstun) Kollegiyasında protestantlar
çoxluğa nail oldular. Lunevill sülhü isə
Avstriya üçün açıq alçalma demək idi.
1804-cü ilin mayında Napoleon Bonapart özünü
imperator elan etdi. Ənənəvi Avropa
monarxiyalarının duayeni olan Habsburqlar üçün bu,
ciddi çağırış idi. Müqəddəs
Roma imperiyasının özü də kiçildi və onun
sağ qalması artıq sual altında idi. 1804-cü ildə vəziyyət II Frantsın
özünü I Frants adlandıraraq, Avstriyanın ilk
imperatoru elan edilməsinə aparıb çıxardı.
Yeni titul imperiyanın yaranması
üçün əlavə bir əsasa çevrildi. Bu, bütün torpaqların Avstriya tərəfindən
Habsburq Evi vasitəsilə idarə edilməsini təsbit
edirdi. Bəyannaməyə görə, ona
Avstriya dövləti deyil, artıq Avstriya dövlətləri
deyilirdi.
Yeni imperiya öz tacına malik idi, buna hələ II
Rudolf səlahiyyət vermişdi. Napoleon özünü 2 dekabrda
taclandırandan beş gün sonra Frants da
özünü rəsmi mərasimdə öz dövlətindəki
imperator elan etdi, lakin burada heç bir taclanma baş vermədi.
Napoleon isə Notr Damdakı təntənəli
mərasimdə tacı Roma papasının əlindən
qapıb, öz başına qoymuşdu, sonra isə arvadı
Jozefinanı taclandırmışdı.
1805-ci ildəki
Üçüncü Koalisiyanın müharibəsi 21
oktyabrda Trafalqar körfəzində ingilislərin
Britaniyanın məşhur dəniz hərbçisi, admiral
Horatsi Nelsonun başçılığı altında
fransız- ispan birləşmiş donanması üzərindəki
parlaq qələbəsi ilə nəticələndi. Döyüşdə igid admiral özü həlak
olmuşdu. Qitədəki quru
döyüşlərində isə fransız
dominantlığı davam edirdi. Napoleon
Vyanaya girdi, əhali onu düşməndən daha çox,
sevilən qalib kimi şadlıqla qarşıladı. Fransızlar vyanalılara yaxşı təsir
bağışlayırdı.
Bethovenin "Filodelio" operası
işğalçı fransız zabitləri üçün
göstərildi. O, artıq Vyananın ulduzuna
çevrilmişdi. 1805-ci ilin dekabrında
Austerlitsdə Napoleonun möhtəşəm qələbəsi
başa çatdı, o, Zalsburqu və Habsburq
Şvabiyasını aldı. Napoleon Reyn
Konfiderasiyasında Almaniyanı birləşdirdi, Müqəddəs
Roma imperiyasını isə 1806-cı ildə ləğv
etdi.
Dahi sərkərdə
Napoleon dövrün əsl hərbçisi idi, böyük qələbələr
qazanırdı, 16 il ərzində o,
Avropanı parçalamaqla, qitənin xəritəsini dəyişdirmişdi.
Fransa Prussiyanı İena və Auerştadt
döyüşlərində darmadağın etdi. Avstriya Napoleon Avropasına yol tapmağa cəhd
edirdi, imperial konstitusiyalar Avstriya hakimiyyətinin ürəyində
idi. I Frants çox millətli, müxtəlif
dillərdə danışan orduya malik olduğundan, alman millətçiliyi
ideyasını irəli sürdü. Fratsın
qardaşı Karl fransızları məğlub etdi, buna
görə Napoleon qəddarcasına qisas aldı.
Artıq tam müstəqil olmayan Avstriya fransızlara
boyun əyməli oldu, 1808-ci ildə isə Napoleonun Britaniyaya
qarşı iqtisadi blokadası olan Qitə sisteminə də
qoşuldu. Bu siyasət Avstriya üçün
qarışıq iqtisadi nəticələrə gətirib
çıxardı. Toxuculuq sənayesi əsgərlərə
paltar tikməyə olan tələbata görə inkişaf
etdi və onu, Britaniya ilə olan rəqabətdən himayə
etdi. Müharibə nəhəng fiskal
defitsiti əmələ gətirdi, qiymətlərin
böyüməsinə, inflyasiyaya səbəb oldu və bu,
şəhər əhalisinin yoxsullaşmasına gətirib
çıxardı. Lakin ordunu ərzaqla təchiz
etmək sahəsində tələbatın artmasının nəticəsi
kimi kəndlilərin çoxu yaxşı qazanc əldə
etdi.
Mədəni cəhətdən ambivalent (ikili)
era mövcud idi, yaralı rejimin meydana gəlməsi Avstriya
intellektual həyatını xeyli qaydada
qısırlılığa məhkum etdi. Hökumət əyalətlərdə
tarixi muzeylər yaratdı. Avstriya "milli" səfərbərliyi,
dövrün başlıca əlaməti oldu.
Baş nazir Stadionu 1809-cu ildə Klement Lotar - Metternix
qrafı əvəz etdi. Metternix maariflənmiş Reynli ailəsindən
idi, islahata inansa da, öz ağası olan imperatora itaət
edirdi. Frantsın alçaldılmasının əksinə,
onun qızı Mariya Luiza, edam edilmiş
kraliça Mariya Antuanettanın nəvə qohumu olmaqla, 1810-cu
ilin martında Napoleona ərə getdi. 1811-ci
ilin martında isə Mariya Luiza oğlan doğdu və bu hadisə
fransızlarla olan yeni ittifaqı möhkəmləndirdi.
Bu vaxt Avstriya imperiyası fransızların məğlub
etdikləri və artıq müflis olmuş bir
ardıcılı idi. 1812-ci ildə onun
tam müttəfiqi olmaqla, Napoleonun Crand Armusinə -
Böyük ordusuna 30 min nəfərlik öz qoşununu
vermişdi.
1812-ci ildəki Rusiya kampaniyasında Napoleonun biabırçı məğlubiyyəti və qaçmaq şəklindəki bədbəxtliyi Avropa dövlətləri arasındakı tarazlığı bütövlüklə dəyişdirdi. Metternix isə yeni situasiyadan fayda götürməyə çalışdı.
Mariya Luiza ilk dəfə Napoleonla Kompyendə
görüşən vaxt, imperator valideynlərinin ona nə
tapşırdığını soruşanda, qız cavab
vermişdi ki, onlar dedilər ki, bədənini və ürəyini
ərinə təslim et. Bu cavab Napoleonun çox xoşuna gəldi
və gəlinlə ilk coşqun gecə keçirdi. Həzz
aldığını gizlətmədən səhəri əyanlarına
dedi ki, ancaq alman qızına evlənin. Onlar dörd il ər-arvad
kimi yaşadılar. Lakin bu dövrdə Napoleonun seriya bədbəxtlikləri
baş verdi, Rusiya kampaniyası onun ordusunu məhv etdi,
sonrakı ili Leypsiq döyüşündə də
ağır məğlubiyyətə düçar oldu. Ruslar
1814-cü ildə çar I Aleksandrın
başçılığı altında Parisə daxil
oldular. Napoleon Elba adasına sürgün edildi. O,
kiçik oğlu və arvadı üçün çox
darıxdığından, onları dəfələrlə
Elbaya dəvət etsə də, Mariya Luiza onun yanına getmədi,
Vyanaya qayıtdı, orada avstriyalı generalla yaxınlıq
etdi və 1821-ci ildə Napoleon öləndən sonra ona ərə
getdi.
(Ardı var)
525-ci qəzet .- 2023.- 9 sentyabr.-
S.22.