Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərinə həsr olunan ədəbi müsabiqənin nəticəsi açıqlanıb

 

İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr olunan irihəcmli əsərlərin yaradılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş ədəbi müsabiqənin qalibi müəyyənləşib.

Bu barədə 525.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqəyə təqdim edilmiş əsərlərin qiymətləndirilməsi qalibin seçilməsi məqsədilə aidiyyəti sahə üzrə mütəxəssislərdən ibarət aşağıdakı tərkibdə Komissiya yaradılıb:

Vidadi QafarovAzərbaycan Milli Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutunun Teatr, kino televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru;

Səlim BabullaoğluAzərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi;

Qismət Rüstəmovşair, tərcüməçi, esseçi;

Cavanşir Yusiflitənqidçi, ədəbiyyatşünas, tərcüməçi.

Müsabiqədə obyektivliyi şəffaflığı təmin etmək üçün roman, dram mənzum hekayə janrları üzrə qəbul olunmuş 23 əsər onların müəllifləri xüsusi ştrix ilə şifrlənib, Komissiya üzvlərinə təqdim edilib.

Komissiya üzvləri tərəfindən hər bir əsərin oxunub, mövzu, bədii peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb əsərlər cədvəl üzrə qiymətləndirilib. Mədəniyyət Nazirliyində keçirilən yekun iclasda Komissiya üzvləri müsabiqədə fərqlənən hər bir əsər haqqında fikirlərini səsləndiriblər.

Komissiyanın yekun qərarına əsasən, roman mənzum hekayə janrları üzrə təqdim olunan 15 adda əsərin bədii səviyyəsi müsabiqənin tələblərinə cavab vermədiyi üçün qalib əsər müəyyənləşməyib.

Dram janrı üzrə təqdim olunan 8 əsərin arasından qalib seçilib:

Sevinc Elsevər – “Çiçək məktublar

Qaydalara əsasən, qalibə 5 000 (beş min) manat pul mükafatı nazirliyin xüsusi diplomu təqdim olunacaq.

 

525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 9.