"Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev - 115" adlı xülasə təqdim edilib

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətiləƏbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı daycest oxuculara virtual şəkildə təqdim edilib.

Daycestdə görkəmli ədib haqqında qısa xülasə, görkəmli şəxsiyyətlərin onun haqqında dəyərli fikirləri, həmçinin, Mir Cəlalın əsərlərində işlətdiyi atalar sözləri aforizmlər yer alıb.

Xülasədə 24 adda kitab 131 adda dövrü mətbuat məqaləsinin tammətnli siyahısı, yazıçının 5 kitabı yer alıb.

 

525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 9.