Təlim-tərbiyədə şəxsi nümunə:
inkişaf üçün
mühüm təkan
Yaş etibarilə bizim nəsilin doğulub-böyüdüyü
zaman və ictimai mühit elə olub ki, mən də hələ ilk gənclik çağlarımdan
təlim-tərbiyədə şəxsi nümunə amilinin roluna yüksək əhəmiyyət
vermişəm. Öz
kiçik dünyamın
gözü ilə həmişə onu böyük məktəb hesab etmişəm. Yaşa dolduqca təlim-tərbiyə sahəsində
şəxsi nümunənin
çox dəyərli
vasitə olduğuna
tam inanmış, onun
bəhrəsini, gətirdiyi
uğurları gördükcə
sevinmişəm. Bu yaşımda
da eyni mövqedə qalır, xüsusən də tərbiyədə şəxsi nümunənin
çox vacib cəhət sayıram.
Tərbiyə hər körpənin
anadan olması ilə eyni vaxtda
başlayan, onun gələcəkdə ailənin
və cəmiyyətin
fəal üzvü kimi boya-başa çatması, kamil şəxsiyyət kimi yetişməsi üçün
sistemli şəkildə
birgə aparılan məqsədəuyğun fəaliyyət
növüdür. Bu baxımdan
şəxsi nümunə
tərbiyə işinin
bütün yaş mərhələlərində düzgün
və keyfiyyətli həyata keçirilməsində
mühüm rol oynayır. Ailədə ata-ananın, bacı-qardaşın,
baba-nənənin, uşaq
bağçası-körpələr evində tərbiyəçinin,
məktəbdə müəllimin
şəxsi fəallığı,
yüksək təşkilatçılıq
məharəti, gözəl
əxlaqı gənclər
üçün dəyərli
şəxsi nümunə
ola bilər. Dünyanın
ən qabaqcıl təhsil üsulları və texnologiyaları ilə silahlanmış təcrübəli müəllimlərin
əla davranış
mədəniyyəti, sinifdə
özünü aparma
səviyyəsi, idarəetmə
bacarığı, yeni keçilən
mövzunu yüksək
qabiliyyətlə geniş
izah edərək şagirdlərə ətraflı
çatdırması, söhbətlərində,
hərəkətlərində dürüstlüyü, faydalı
ünsiyyət yaratmağa
can atması və digər müsbət iş keyfiyyətləri şəxsi nümunə kimi tərbiyə prosesinin düzgün və səmərəli aparılmasına böyük
fayda verir.
Elmi pedaqoqikanın və pedaqoji psixologiyanın tanınmış nümayəndəsi
olan K.Uşinski
vaxtilə tərbiyədə
şəxsi nümunəni
analoqu olmayan ecazkar qüvvə hesab edirdi. O yazırdı ki, şəxsi
nümunə heç
bir dərs vəsaiti, heç bir əxlaqı nəsihət, heç bir rəğbətləndirmə
və başqası ilə əvəz oluna bilməz.
Dünyada təlim-tərbiyə prosesi nə qədər çətin
və mürrəkəb
olsa da, bu işi dirçəltmək
və inkişaf etdirmək hər bir cəmiyyətin ən başlıca vəzifələrindən hesab
olunur. Əsas məqsəd isə təhsillə yanaşı,
hamılıqla əl-ələ
verib hər bir yaş mərhələsində
mükəmməl tərbiyə
yolu ilə şəxsiyyətin formalaşmasını
düzgün həyata
keçirməkdən ibarətdir.
Yüksək əxlaq
prinsipləri ilə yaşayan və işləyən cəmiyyətdə
mövcud birgəyaşayış
qayda-qanunlarına sözsüz
əməl edilməlidir.
Cəmiyyət üçün
yararlı, yüksək
əxlaqlı, namuslu,
vicdanlı, saf əqidəli, fiziki cəhətdən sağlam,
vətənpərvər gənclər
yetişdirilməsi hər
dövrdə əsas tələblərdəndir. Vətənini,
xalqını və valideynlərini ürəkdən
sevən, ona hörmət və sədaqət bəsləyən,
fiziki və əqli cəhətdən
kamil gənclər yetişdirmək
həmişə cəmiyyətin
başlıca vəzifələri
sırasında olub.
Ümummilli liderimiz Heydər
Əliyev Azərbaycana
rəhbərlik etdiyi illərdə həmişə
respublika gənclərinin
sağlamlığına, təlim-tərbiyəsinə,
onların yeni iş yerlərilə və sosial xidmətlərlə
təmin olunması məsələsinə xüsusi
diqqət yetirirdi. Ulu öndərimiz bu yolda hər zaman cəmiyyətimizə parlaq
nümunə olub. Vaxtilə respublikamızda
gənclərin milli ruhda
tərbiyəsi mövzusunda
söhbət düşərkən
Ümummilli lider belə bir dəyərli
fikir söyləmişdi:
"Biz çalışmalıyıq ki,
gənclərimiz Azərbaycan
xalqına xas olan mənəvi ənənələr arasında
tərbiyə edilsinlər".
Ulu öndərimiz Heydər Əliyev 1996-cı ilin fevral ayının 2-də
keçirilən I Forumda
respublika gənclərinin
qarşısında tarixi
vəzifə qoydu:
"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın
bu günü, gələcəyi haqqında
düşünməlidir". Bu, bir aydın həqiqətdir ki, Ulu öndər
özü hər sahədə olduğu kimi, bu istiqamətdə
də daima mükəmməl şəxsi
örnək nümayiş
etdirir, söylədiyi
fikirlər, atdığı
addılar, gördüyü
möhtəşəm işlərlə
nəsillərə nümunə
göstərirdi.
Təsadüfi deyil ki, gəncliyə
müstəsna qiymət
verən Ümummilli liderimiz 1997-ci ilin fevral ayının 2-də
Azərbaycanda Gənclər
Gününün elan edilməsi
barədə Sərəncam
imzalamışdı.
Ölkəmizin mədəni, iqtisadi
və sosial inkişafı, eləcə
də, hərbi qüdrəti ildən-ilə
artır. Dünyanın
siyasi və iqtisadi problemlərinin həllində hər il Azərbaycan daha aktiv şəkildə iştirak edir. Bu gün artıq Cənubi Qafqazda aparıcı rol Azərbaycanın əlindədir.
İndi ölkəmiz böyük
fədakarlıqlar, tökülən
qanlar bahasına əldə etdiyi azadlığı, müstəqilliyi
və suverenliyi yolunda inamla irəliləyir. Respublikamız
bundan sonra da ona böyük iqtisadi uğurlar qazandıran, ölkəyə
çoxlu maliyyə resursları axını gətirən qlobal və regional iqtisadi layihələrin fəal iştirakçısı olacaq.
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı
cənab İlham Əliyev
2 fevral 2022-ci il tarixində
Azərbaycan Gəncləri
Gününün 25 illiyinə
həsr olunmuş Forumda gənclərin suallarını cavablandırarkən
belə demişdi:
"Vətən müharibəsi
dövründə bizim
gənclərimiz sosial
şəbəkələrdə çox fəal oldular və deyə bilərəm ki, bütövlükdə müharibə
zamanı gedən informasiya müharibəsində
də biz qalib gəldik. Həm ənənəvi informasiya
resurslarından istifadə
edərək. eyni zamanda sosial şəbəkələrdən istifadə edərək.
Biz bir daha gördük ki, gənclər
arasında Vətənə
nə qədər böyük sevgi var. Onu da bildirməliyəm
ki, təkcə Azərbaycan
vətəndaşları yox,
dünya azərbaycanlıları
da bu işlərə
qoşuldular - könüllü
olaraq, öz təşəbbüsləri ilə.
Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi,
nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında
bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini
dünyaya çatdırdılar.
Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təhlilçilər
də təəccüblə
qeyd edir ki, Azərbaycan informasiya məkanında üstünlük
əldə etdi. Nə üçün təəccüblə? Çünki
həmişə belə
oturuşmuş bir fikir var idi ki, erməni lobbisi, erməni təşkilatları
hər yerdə fəaldırlar, indi dünyanın aparıcı
ölkələrindəki bir
çox aparıcı
media qurumlarına onlar
rəhbərlik edirlər
və bu imkandan istifadə edib Azərbaycana qarşı şər-böhtan
kampaniyası aparırlar.
Yəni hər kəs gözləyirdi ki,
informasiya məkanında
Ermənistan, yəni necə deyərlər, erməni tezisləri üstünlük təşkil
edəcək. Görəndə
ki, biz Ermənistanı burada
da üstələdik, təəccüb
etdilər. Bu, nəyi
göstərir? Onu göstərir ki, ilk növbədə
tərbiyə, ikinci nöbbədə bilik, üçüncü növbədə
isə müasir texnologiyalara çıxışımız
oldu".
Torpaqlarımızın işğaldan azad olunması, xarici və daxili siyasətdə qazanılan yüksək uğurlar bu cənnətməkan ölkənin
uğurlu və xoşbəxt gələcəyindən
xəbər verməklə
yanaşı, böyüməkdə
olan nəslin də üzərinə ciddi məsuliyyət qoyur: əsl vətənpərvər kimi
yetişmək və dövləti, xalqı,
Ana Vətəni ürəkdən
sevmək, göz bəbəyi kimi qorumaq. Bu yolda indiki böyüklərin onlara miras kimi
ötürdüyü yüksək
şəxsi nümunələr
az deyil.
Gənclik hər insana ömürdə bir dəfə verilir. Gənclik dövrünə
ayıq-sayıq və
optimist baxışlarla baxmaq
gərəkdir. Zənnimcə,
gəncliyə ötəri
və pessimist hisslərlə,
bayağı düşüncələrlə,
nadanlıqla, biganəliklə
vəziyyətdə yanaşmaq
kökündən yanlışdır.
Gəncliyə yanaşma
çox ayıq nəzərlər tələb
edir və ona qəlbin, hisslərin, sağlam düşüncələr və
işıqlı arzuların
prizmasından baxmaq lazımdır. Birmənalı
olaraq gəncliyə qurub-yaratmaq, həyatda uğur qazanmaq, düzgün və dəqiq seçim etmək vaxtı kimi diqqət yetirilməlidir. Respublikamızda
belə düzgün seçim edən gənclərimizin sayı
çoxdur. Onlar dərin və uzaqgörən ağıl
çeşməsindən damla-damla
süzülüb gələn
sağlam düşüncələrin
sayəsində cəmiyyətdə
öz yerlərini layiqincə tapa bilirlər.
Sözsüz ki, onlara
bu yolda gördükləri, üstünlük
verdikləri şəxsi
nümunələr də
az kömək etməyib.
Hər gün təkcə sənayedə və kənd təsərrüfatındakı
elmi-texniki inkişafla
deyil, mədəniyyət,
təhsil, elm, incəsənət,
səhiyyə, hərbi,
idman və sair sahələrdə
yeni-yeni uğurlar qazanan XXI əsr
Azərbaycan gəncliyinin
timsalında hazırkı
dövrü gənclər
əsri adlandırsaq,
heç də səhv etmərik. Ona görə ki, Azərbaycan
Avropa qitəsində gənclər ölkəsi
kimi tanınır. Tərbiyədə şəxsi
nümunədən yararlanan
gənclərimiz artıq
cəmiyyətin aparıcı
qüvvəsinə çevrilib.
Azərbaycan cəmiyyətinin
və çağdaş
dünyanın nəbzini
tuta bilən, onu sərbəst halda irəli aparmağa qadir olan minlərlə bilikli və bacarıqlı gənclərimiz
yetişib. Azərbaycanın
gələcəyi bugünün
və sabahın qurucuları sayılan gənclərimizin əlindədir.
Artıq
dünyada super güclər
və digər inkişaf etməkdə olan ölkələr arasında yeni silah-sursat istehsalı, yüksək texniki nailiyyətlər, ixtira və kəşflər uğrunda
böyük rəqabət
- sonu görünməyən
yarışma gedir. Ölkələr də bir-birindən pis-yaxşı
nə var nümunə
götürürlər. Qeyd
etməliyəm ki, bütün
bu elmi yeniliklərin
və texniki tərəqqinin inkişafında
əsas aparıcı
qüvvə sayılan
gənclər ordusu artıq mübarizə meydanında öz mövqelərini daha da möhkəmləndirməkdədir.
İndi Azərbaycan xalqının
milli mübarizlik ruhu,
Vətən məhəbbəti,
torpaq sevgisi, vətənpərvərlik ideologiyası,
müstəqil dövlətçilik
ənənələrinin qorunub
saxlanması və inkişaf etdirilməsi müasir gənclərimizin
canına-qanına hopmuşdur.
Artıq minillərin ənənələrindən, tarixi
köklərdən, çox
sayda müsbət şəxsi nümunələrdən qaynaqlanan,
mənəvi dəyərlərimizə
sədaqət göstərən
gənclərimiz milli mədəniyyətimizin,
ədəbiyyat və
incəsənətin, təhsilin
və səhiyyənin
inkişafına öz
töhfələrini verməkdədirlər.
Qeyd edildiyi kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi
torpaqlarımızın 30 illik
işğalına son qoydu.
Gənclər düşmən
üzərində çalınan
bu şanlı qələbədə yüksək
şəxsi nümunə
göstərərək Vətən
qarşısındakı borclarını
layiqincə yerinə yetirdilər. Onların döyüş zamanı düşməni, onun hərbi texnikasını və istehkamlarını cəsarətlə məhv
etməsi, torpaqlarımıza
sahib çıxması gənclərimizin
Vətənə, xalqa
və orduya olan sədaqətinin ən gözəl nümunəsidir. Bu qələbə
təkcə məktəblərdə
və orduda deyil, bütün respublikamızda gənclərin
fəaliyyət göstərdiyi
bütün sahələrdə
hərbi- vətənpərvərlik
ideyalarının yüksək
bacarıqla və ustalıqla təbliğ olunmasını göstərdi.
Eyni zamanda onların şücaətləri
də bundan sonrakı nəsillərə
şəxsi nümunələr
kimi tanıdılmalı,
örnək göstərilməlidir.
Çünki şəxsi
təlim-tərbiyədə şəxsi nümunələrin
sayı çox, səviyyəsi yüksək
olduqca ölkəmiz daha böyük uğurlar qazana bilər.
Zakir BAYRAMLI,
Şair-publisist, təhsil işçisi, Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü
525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 15.