27 sentyabrın
sübh şəfəqləri
Düz
27 il hər Yeni ili qarşılayanda "Gələn
il bu vaxt..." - dedik. İldən-ilə də səsimiz daha ümidsiz, daha inamsız çıxırdı. Bir gecikmə
duyğusu vardı. 27
dəfə təkrarlanan
fraqment... Biz Azərbaycanı
- sərhədlərimizi, xəritəmizi,
10 milyonun və bütünlükdə dünya
azərbaycanlılarının varlığını işğala
qədər və sonrakı dövrlərə
bölüb, bu acı reallıqla onillikləri ötürdük.
Müharibə haqqında
olan ədəbiyyatı
oxuya-oxuya böyüdük.
Paradoks da olsa, "müharibə özü ilə ölüm, əsirlik, səfalət gətirdiyi qədər mədəniyyət də
gətirir". Bir sıra
uğurlu sənət
əsəri məhz bu mövzuda işlənib. 1937-ci ildə
Pablo Pikasso "Gernika"
adlı rəsm çəkir. Bu rəsmdə
İspaniya vətəndaş
müharibəsi zamanı
Üçüncü Reyxin
Gernika şəhərini
bombalaması təsvir
olunur. Rəssamı
Gestapo adından sorğu-sual
edən alman zabiti
"Gernika"nı göstərib
"Bu, sizin əsərinizdirmi?",
- soruşur. Pikasso
"yox, sizin əsərinizdir" - deyir.
Pikassonun məsəli,
düşmənlərimiz də
öz bəd əməllərinin sonucu
kimi 2020-nin 27 sentyabrında
başlanan savaşdan
bəri zarıya-zarıya
qalıblar.
1941-45-ci illər müharibəsi sovet ədəbiyyatının
sevimli mövzularından
idi və necə lazımdı, işıqlandırılmışdı. Ancaq bir də
bu duruma düşəcəyimiz, elə
özümün bu barədə və bu qədər çox yazacağım heç ağlıma gəlməzdi.
Sentyabrın 26-dan 27-nə keçən gecə votsap qruplarıma qəribə mesajlar gəlməyə başladı. "İman əhli
olan hər birinizdən istəyim budur ki, millətimizin oğullarına dua edəsiz", "Allah bizi
sındırmasın!", "Ya Qarabağ, ya ölüm", "Bizim qohumlardan 3-4 nəfər gedib" kimi... Heç nə anlamasam da, yayda təmas xəttinə yaxın yaşayanlardan müharibəyə
üstüörtülü işarə xəbərləri
edildiyini xatırladım
və yenə də inana bilmədim...
27 sentyabrın dan yeri
isə sökülür,
sübh şəfəqləri
dünyanı aydınladırdı...
Sabah...
Sabah - ümiddir, gözləntidir,
tanrıdan umacaqdır,
başlanğıcdır. Siqaret
çəkən "sabahdan"
tərgidir, pəhrizə
sabahdan qərar verilir, iki alan
şagird sabahdan oxumağa başlayır, gecikmək azarına tutulan "sabahdan gecikməyəcəyəm", - deyir. Bizim "Uşaqlar - Canavarlar"
da "Səfər bizim,
Zəfər Allahın"
deyib şərəfli
yola sabahdan çıxdılar...
Deyirlər, pis hadisələr
qəfil baş verir. Elə yaxşı hadisələr
də! Gələcək
birdən-birə gəldi.
27 sentyabr uzun illərdə (366 gün) təqvimin 271-ci günü
kimi hesablanır.
"Qəhrəmanımız" olan 2020-ci ildə
olduğu kimi... İlin sonuna 96 gün qalırdı. Qələbəmizə isə
44 gün. Və biz bundan xəbərsiz idik... Ermənilər də 30 il ərzində külli Qarabağda basdırıb üzərində
oturduqları minaların
partladılma vaxtının
çatdığından... Tarixin bu günündə
dünyada baş verən, tarixi dəyişən hadisələrin
birinin artacağını
da bilmirdik.
Beləcə yaşayıb gedirdik.
"Yaşamaq" demək
mümkün idisə...
Düz 27 sentyabra, axının gətirdiyi təzə nəfəsə
qədər. Bu istirahət
günü 30 ilin sıradan bir günlərindən də
ola bilərdi. Lakin olmadı!
30 il sonraya qurulmuş
taymer gurultu ilə işə düşdü. Məğlub
tərəf kimi yatıb Qələbə əzmi ilə oyandıq. Bir günün
içində böyüdük.
Və həyatımızda
hər şey 360 dərəcə dəyişdi.
İlk itən, yoxa çıxan internet idi. Nə bir deyinən
oldu, nə bir narazılıq edən! "Belə məsləhətdir", - dedik.
"Hər şey cəbhə üçün,
hər şey qələbə üçün!"
- ancaq bu cür ola bilərdi. VPN-lər işə düşdü... Açmasını
bilmədiyimiz abreviatur
kimi dilimizə, şübhəli, təhlükəli
olduğu söylənilən
əməliyyat kimi telefonlarımıza...
Hamı
bir-birinə "virtual tunel"
yükləməyə kömək
edirdi. Əsl həmrəylik idi. Yaşadığımız, vuruşduğumuz
o ekstraordinar müddətin
qiyməti elə əvvəldən verilib və gələcəkdə
daha çox bilinəcək. 44 günü
10 milyonluq bir ailə kimi yaşadıq.
Son 30 ildə o qədər acı çəkmişdik
ki, ürəkdən sevinməyi
də unutmuşduq. Bizi az qala
inandırmışdılar ki, zəifik, heç kimik. Qaçqın, köçkün yox, xalq kimi itkin
düşmüşdük. Özümüzü tapa bilmirdik...
Bir o qalmışdı ki, ermənipərəst
qüvvələr (bu
nisbət dünyanın
böyük əksəriyyətini
təşkil edirdi) təcavüzkara haqq verib 27 illik işğalı "ləyaqətli
işğal" adlandırsınlar.
Sonradan düşmənin
məğlubiyyətini "ləyaqətli məğlubiyyət"
adlandırdıqları kimi"...
Necə ki, Dağlıq
Qarabağa aid olmayan 7
rayonumuzu "işğal
altında" olan yox, "təhlükəsizlik
kəməri", "ehtiyat
aeredrom", "ətraf
rayonlar" kimi təqdim edirdilər (Əvvəllər. Harınlaşandan,
ayaqları yer tutandan, adları qulaqlarına dəyəndən
sonra isə Laçını "berdzor",
Kəlbəcəri "karvaçar"
edib "türk işğalından azad etmişik", deyirdilər).
"Qarabağ Ermənistandır..."
Gördük. "DQR" müstəqil
ərazi vahididir"...
Güldük. Bizim isə 92-də səpələdiyimiz
daşları bir-bir yığdığımız, 30 üzüqara ilin təqvimini hər gün qırmızılayıb,
xəritəmizin yaşılını
artıraraq yenilədiyimiz
zamanımız gəlmişdi.
Belə bir məşhur aksiom var: Müharibəyə beş
dəqiqə tez başlamaqdansa, beş il gec başlamaq məsləhətdir (Necə
ki, qələbə yarım
saat artıq dözənindir). Ya səbr! Biz isə ortaya peyğəmbər səbri qoyduq, "ya səbr" deməkdən səbr ağacına döndük,
qəlbimizin qanında
boğula-boğula yeni rekorda
imza atdıq... 27 il üfüqə zillənib
"birdən görünər...",
- deyə axtara-axtara gözümüzün kökünü
saraltdıq, qızartdıq,
göyərtdik. Dörd
il qabaq ümid qığılcımı kimi
dörd gün yanıb sönsə də (biz o 4 günün haqqını 4 il sonra verəcəkdik, çünki
o 4 gün düşmənin
sirrini faş etdi. Onların nə qədər zəif, özümüzün
necə güclü olduğumuza bizi inandırdı. Əslində,
ermənilərin məğlubiyyəti
2020-nin noyabrında yox,
heç 2016-nın aprelində
də yox, "miatsum" qışqırdıqları
80-lərin sonlarından qabaq, qara-qara düşündükləri
tox-rahat 70-ci illərdə
başlamışdı), yenə
də nəhayətsiz
bədbinliyə qərq
olduq. Yenə bomboz üfüqlər, yenə ümidsiz sükunət... Qarabağ
müharibəmizdə istər
özümüzün, istər
düşmənlərimizin, eləcə də beynəlxalq icmalçıların
müşahidə etdiyi
çoxsaylı simvollardan
biri də (şəxsən özümün
tapdığım) döyüşlərin
məhz 27-si tarixində
start götürməsidir (Rəqəmlərin də
öz mistikası var.
Bu günü hələ
27 il əvvəl bron eləmişdik). Biz diplomatiya,
anlaşma, humanizm, mədəniyyət deyib
27 (!) uzun il ürəyimizin
yağını əridə-əridə
gözlədikcə, düşmən
"yeni müharibə, yeni ərazilər" - deyib getdikcə azğınlaşır,
artıq işğalçı
ampluası da ona darlıq edirdi. Bu, sonun başlanğıcı
idi. Və günlərin gözəl
bir günü olan müqəddəs (!)
27 sentyabrda 8 noyabr zəfərinə doğru
görünməmiş, eşidilməmiş
birlik duyğusu ilə dəmir yumruğa dönüb əks-hücuma keçdik!
Hər şey incəldiyi yerdən qopar, zülm qalınlaşdığı yerdən.
Başa düşdük
ki, "boğulanlara kömək
etmək də elə boğulanların öz işidir". Xilasımız özümüzdədir!
Polad artıq bərkimiş, Zəfər
günü yetişmişdi.
Biz artıq bütün
qəlbimizlə, ruhumuzla,
varlığımızla buna hazır idik. Azərbaycanın oğulları
ölməmişdi ki, Qarabağın
taleyini bizim başımızı aldadan
ATƏT, özünü çoxdan
diskreditə etmiş
Minsk qrupu bir 30 il də uzatsın, "Kazan
variantı", "Madrid prinsipləri",
"mərhələli həllər",
ortada gedib-gələnlər
və daha nə bilim nələr-kimlər
yenə də öz işində olsun... Və elə ilk günlərdəcə
azad etdiyimiz ərazilərdə qurduqları
10 kilometrlərlə uzanıb
gedən, sonradan özlərinə kollektiv
məzar olacaq istehkamları, tunelləri,
bunkerləri gözümüzlə
görəndə mənzərə
tam aydın oldu. Şəhərlərdə şəhərlik,
kəndlərdə kəndlik
qalmamışdı. 27 il ərzində
yorulmadan törətdikləri
eko-terroru, daş-divarla,
məzarlıqlarla etdikləri
düşmənçiliyi yerində qiymətləndirdikcə
bir daha anladıq ki, yalnız
"ulu qüvvət" dediyimiz
mədəniyyətlə bunlara
qalib gələ bilməzdik! Bu 30 ildə bizə olunan vəhşət sübut elədi ki, bu biokütlə özgə
dil bilmir! Yalnız özlərinin dünyada ən iyrənc dillərindən
başqa! Sözün
birbaşa və məcazi mənasında! Akademik N.Y.Marr
yazır: "Erməni
xalqı kimi, erməni dili də hibrid, calaq dildir". Etnogenezləri, dinləri kimi dilləri də dolaşıq, təcrid edilmiş, ayrıcadır. Məsələn,
belə izah edək, qazanı qoyublar ortaya, bir az ondan
qatıblar, bir az bundan... Bir az ondan oğurlayıblar,
bir az bundan.
Ona görə belə
əcaib alınıblar...
Uşaqlar döyüş ərazilərinə
baxıb məndən
soruşurlar ki, niyə
müharibə həmişə
belə yerlərdə
gedir? Dağlıq, düzənlik, səhra...
Xaraba, həyat olmayan... Düşündüm.
Doğrudan da... SSRİ-nin
Əfqanıstanda apardığı,
10 il davam edən müharibəni xatırladım.
Mücahidlər, "duşmanlar"...
Bütün savaş alanları bir-birinə bənzəyir. O günə
qoyublar oraları... Daşı daş üstə qalmayıb. Yollar, cığırlar itib.
Bizi gözləri götürmür...
Müasir erməni ədəbiyyatının banisi
Xaçatur Abovyan
"Ermənistanın yaraları"
kitabında açıq-aydın
yazırdı: "Türkcəni
görüm lənətə
gəlsin. Nə edək ki, bu dil Allah dərgahında xeyir-dua alıb. Onların dili bizim millətin ağzına o qədər
dadlı gəlmişdir
ki, toylarda və şənliklərdə türkcə
oxuyuruq, bizim dilin ən azı
50 faizi türk sözləridir" (Mən
də həmişə
düşünürdüm ki, onlar bizim dili
nədən belə yaxşı bilirlər və asan öyrənirlər?
Özlərinin dili tikanlı, dığır-dığır,
qulağı deşən,
çətin mənimsəniləndir.
Yəni bunu biz demirik... Öz qaynaqları deyir). Dil erməni şərqşünaslarının, türkoloqlarının, ədəbiyyatşünasların
yaralı yeridir. Necə desinlər ki, Dəmirçiyan, Çaxmaqçıyan
erməni familidir. Nə inkar edə
bilirlər, nə qəbullana... Onlarınkı
qılıncdır! Daha
doğrusu, "Bayraqdar"dır,
"Harop"dur!
Necə
də düz deyib Mustafa Kamal Atatürk: "Vətənin
müdafiəsində gərəyindən
artıq mərhəmət
Vətənə xəyanətdir".
Rəhmimizdən, mərhəmətimizdən
o ki var yararlandılar nankor
qonşular. Tək Vətənə yox, elə vətəndaşa
da asi olub qənim kəsildilər.
"Namərdin yalvarışı
"mənə aman ver, gör sənə
neyləyərəm" deməkdir".
Biz xalq kimi hamıya, birinci növbədə özümüzə
sübut etdik ki, adımız canımızdan
qabaqdır. İlahi, itirdiklərimizi görmüşdük,
qaytardıqlarımızı da gördük.
Görəsən, bir xalq olaraq nə vaxt bu qədər
sevinmişdik? Bilmirəm...
Hər şey bir günün içində dəyişdi...
Əlbəttə, mənim
kimi siyasətdən uzaq, sıravi vətəndaşlar üçün...
Axı Paşinyanın
sonradan başlarına
bəla olacaq məşhur halayına baxanda "niyə Şuşanı vurmuruq?"
deyən insanlarımız
pərdəarxasından, orada
görülən möhtəşəm
işlərimizdən xəbərsiz
idilər!)
İşğalçılar
özlərini elə
inandırmışdılar Qarabağın daha onların olmağına, son 30 ildə bizim torpaqlarda törəyənlər yazırdı
ki, "biz Qarabağın sahibi deyilik, biz Arsax
uşaqlarıyıq". O qədər arxayınlaşmışdılar,
cənnət məkanlarımızda
elə yer-yataq salmışdılar ki, bir gün qəfildən
əks-həmləyə keçəcəyimiz
ağıllarına belə
gəlmirdi. Özü
də onlar "hücum olarsa, Ağdam tərəfdən
olar", - deyə düşünürdülər, ona görə tank əleyhinə müdafiəni əsas orada möhkəmlətmişdilər.
Biz də onları bu düşüncədə möhkəmlətmişdik.
Sağı göstərib
solu vurmaq kimi. Burada Silahlı
Qüvvələrimizin ən
gizli xüsusi bölməsi olan "Yarasa"nın düşmənin
arxa cəbhəsində
göstərdiyi fəaliyyətini
xüsusi qeyd etmək lazımdır. Erməni hərbçiləri
həm də arxayın idilər ki, əgər bir gün, işdi-şayət,
Azərbaycan torpaqlarını
qaytarmaq niyyətinə
düşsə, ancaq
tank hərəkət
edə bilən yerlərdə irəliləyə
bilər. Ərazinin dağlıq, relyefinin sərt olduğunu nəzərə alsaq, bu proqnoz bizim
üçün tam perspektivsiz idi. Xüsusi günlərdə
nümayiş etdirdiyimiz
hərbi texnikanı isə qardaş Türkiyəninki sayır
və özümüzü
göstərmək üçün
müvəqqəti gətirdiyimizi
düşünürdülər. Hərbdə düşməni
layiqincə qiymətləndirməmək
ən böyük taktiki səhv hesab edilir və
nəticəsi də göz qabağındadır.
Erməni rəsmiləri
də "biz azərbaycanlılara lağ
edib güləndə
onlar dronlarla döyüşməyi öyrənirmişlər",
- deyə etiraf etməyə məcbur oldular. Biz işğalçını
həm də psixologiyasını bildiyimiz,
qələbə eyforiyasından
gicəllənən başında
ağıl qalmadığını
anladığımız üçün
üstələdik. Birdən-birə
onlara cəmi Qarabağın sərvətinin
üz verməsinə
baxmayaraq, bu 27 ildə bir addım
da irəli gedə bilməmişdilər.
7 yox, 27 ilin bac-xəracını ələ
keçirmişdilər. O qədər
var-dövlətimiz daşınmışdı
Ermənistana. Hanı
bəs? Nələri artıb? Haram mal belədir, xeyir gətirməz Qarabağ onlar üçün tükəndi,
30 il qabaq tapdıqları xəzinə
əllərindən çıxdı,
yığdıqları əridi.
Xəcalət, borc isə qaldı. Ermənistan bu gün də əlini dünyaya açıb dilənməklə
dolanan ölkədir.
Uzaqgörənlik ayrı şeydir. Döyüşü udmaq,
özünü qalib hiss etmək - hələ zəfər çalmaq demək deyil. Ortada kapitulyasiya
yoxdursa, qələbə
heç kimindir. Bir var hissə
qapanmaq, bir də var, belə
- məntiqlə mülahizə
yürütmək, hərəkət
etmək! Möhkəmlənmək,
Allahın başımızdan
tökdüyü ruzini
düzgün dəyərləndirmək,
silahlanmaq! Bizim üçün inkişaf,
onlar üçün
tənəzzül dövrü
elə onda başladı...
Düşmənlərimiz bir yana, Azərbaycanın
fəal dostu Maksim Şevçenko da, güman ki, bizi istədiyindən,
"ölkəmizin müasir
müharibə aparmaq iqtidarında olmadığını"
proqnozlaşdırırdı: "Azərbaycan büllur vazadır, intensiv döyüşlərə bir
həftədən artıq
tab gətirə bilməz". Amma Azərbaycan dünyanı
lərzəyə gətirən
44 gündə sübut
etdi ki, 30 ili boş-boşuna, işğalçı tərəf
kimi zarımaqla keçirməyib, əlbəyaxa
döyüşdə düşmənini
dişi ilə parçalayan qəhrəman
oğullar yetirib.
Səbrimizin sınağı Qələbə
ilə nəticələndi!
Erməni diasporunun
əsas sütunlarından
biri də, çox heyif ki, Türkiyədədir. Hamısı da "yan"ı xalis türk soyadına dəyişib, böyük
vəzifələrə sahibləniblər.
Bizimkiləri sıxışdırmaqla,
gözdən salıb
işdən uzaqlaşdırmağa
çalışmaqla məşğuldurlar.
Saman altından su yeridirlər. Özü də tək Türkiyədə,
Azərbaycanda deyil, elə Gürcüstanda, lap elə Avropada
da əksərən
öz adları ilə yaşamırlar. Əcnəbi soyadlarla, ən müxtəlif pasportlarla.
Türkdən qorxurlar!
Bütün dünyada
bizə qarşı mitinq, piket keçirdilər,
gör Türkiyədə
səsləri çıxdı?
Qardaşımız od
qoyar onlara! Türkiyənin bizə qardaş deməyi cızdaqlarını çıxarır.
Açıq-açığına deyirlər ki, kaş bizə də belə canı yanan, qardaş deyən olaydı. Aramızı vurmağa çox çalışdılar. Aqillər
"Heç vaxt
"heç vaxt"
demə" - deyirlər...
Amma mən deyirəm! Münasibətimizdən,
köklərimizdən, bağlarımızdan
o qədər əminəm
yəni. Özü də biz onlar
üçün Azərbaycan
deyilik, Can Azərbaycanıq! Aramıza
heç kim girə bilməz! Əti dırnaqdan ayırmaq olmaz! "Hərçənd bizə
milliyyətçi deyirlər.
Amma biz elə milliyyətçilərik
ki, əməkdaşlıq
edən bütün millətlərə hörmət
edərik. Onların milliyyətlərinin bütün
zərurətlərini tanıyarıq.
Bizim milliyyətçiliyimiz
hər halda xudbincə və məğrurca bir milliyyətçilik deyil"
- Mustafa
Kamal türk milliyyətçiliyinə belə
bir xasiyyətnamə vermişdi. Əməllərimiz
də sözümüzü
təsdiq edir.
"Vətən üçün
ölmək də var, fəqət borcun yaşamaqdır",
Azərbaycan əsgəri!
Yaşasın Azərbaycan! Tanrı Türk dünyasını və onun gerçək dostlarını qorusun!
Dilarə
ADİLGİL
525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.8.