Zəfərin başlanğıcı olan o gün...

 

2020-ci İLİN SENTYABRIN 27-də AZƏRBAYCAN ORDUSU UĞURLU ƏKS-HÜCUM ƏMƏLİYYATINA BAŞLAMIŞDI

Bu gün Vətən müharibəsinin başlanmasından üç il ötür. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Azərbaycanın böyük zəfəri ilə noyabrın 10-da başa çatan müharibə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalı müddətdə aparılan sülh danışıqları heç bir nəticə vermədi.

27 sentyabrda 44 günlük müharibəyə gətirən daha bir hərbi təxribat baş verdi... Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Müharibənin ilk günlərindən başlayaraq hərbi üstünlüyə malik olan ordumuz "Dəmir yumruq" adlandırılan əməliyyatlarla kəndləri, strateji yüksəklikləri, ardınca şəhər rayonlarımızı düşmən işğalından azad etməyə başladı. 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.

Ümumilikdə, Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kəndi işğaldan azad edib. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Dövlət başçısı xüsusilə Füzuli döyüşləri barədə danışarkən deyib: "Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq Müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri Füzuli şəhəri düşmənin tapdağından azad edildi".

Şuşanın işğaldan azad edilməsi xəbərini isə dövlət başçısı noyabrın 8-də Şəhidlər xiyabanından xalqa sayca yeddinci müraciətində elan etdi. Həmin günü hələ hər bir azərbaycanlı böyük həyəcanla xatırlayır. Çünki Şuşanın tarixən Azərbaycan xalqı dövləti üçün böyük mənəvi dəyəri olub.

Prezident İlham Əliyev hələ oktyabr ayında Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında demişdir: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Dövlət başçısı Şuşanın azad olunması xəbərini elan edəndə isə "Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!", - dedi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Nəhayət noyabrın 10-da ağır məğlubiyyətlə üz-üzə qalmış Ermənistan rəhbərliyi kapitulyasiyaya məcbur oldu. Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri Rusiya Prezidenti münaqişə zonasında atəşin bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanata uyğun olaraq, avqustun 26-da Laçın şəhəri, Zabux Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Prezident Laçının mərkəzində dövlət bayrağımızı ucaltdı. 44 günlük müharibədəki böyük qələbəmizi təmin edən mühüm məqamlardan biri Azərbaycan xalqının Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi oldu. Dövlət başçısı həmin günlərdə tək döyüş meydanında deyil, həm informasiya cəbhəsində apardığımız müharibənin başında dayanmışdır.  Vətən müharibəsində böyük qələbəyə imza atan Azərbaycan 3 minə yaxın şəhid verdi, bu günə itkin düşmüş şəxslərin sayı 6 nəfərdir onların axtarışları davam etdirilir. Ermənistan tərəfinin itkiləri isə bundan qat-qat çoxdur.

Azərbaycan qalib tərəf olsa da müharibədən sonra məğlub Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ermənistan sözdə sülh desə , təxribatlarını həm hərbi, həm siyasi müstəvidə davam etdirdi. Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, ərazimizə qanunsuz yollarla silah sursat, canlı qüvvə, minalar daşımaqda davam etdilər. Eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini texnikasını ərazimizdən çıxarmadı, əksinə, onları Laçın postu qurulana qanunsuz daşınmalarda istifadə edilən yollar tam nəzarətə götürülənə qədər sürətlə silahlandırdı. Halbuki Prezident İlham Əliyev həm Ermənistan rəhbərliyi ilə təmaslar zamanı, həm beynəlxalq tədbirlərdə məsələni dəfələrlə qaldırıb, Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etmişdi.

Azərbaycan Ordusu bölmələrinin ötən ilin avqustunda keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü, düşmənə sarsıdıcı zərbə endirildi. 12-13 sentyabr tarixində Ermənistan ordusunun sərhəddə növbəti genişmiqyaslı təxribatı da onların sarsıdıcı zərbə alması ilə nəticələndi. Ermənistan hakimiyyəti sonrakı mərhələdə öz havadarlarının dəstəyi ilə sülh prosesindən yayınaraq müxtəlif təxribatlara əl atdı. Eyni zamanda Qarabağdakı separatçılara hərbi, siyasi, maliyyə dəstəyini davam etdirdi, onların reinteqrasiyasına mane oldu. Bu ilin aprelində Azərbaycan öz suveren ərazisində - Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaratdıqdan sonra İrəvan öz xarici havadarları ilə birlikdə bundan da öz mənfur niyyətləri üçün istifadə etməyə çalışdı. Ardınca isə "aclıq", "blokada" şouları qurdu, dünyada əleyhimizə kampaniyaya başladı. Ermənistan vəziyyəti gərginləşdirəcək bütün addımları atdı. Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri növbəti terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı oldu. Bundan sonra Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirdi 24 saatdan az müddət ərzində qarşıda duran bütün vəzifələr yerinə yetirildi. Bununla bağlı rəsmi açıqlamada vurğulandı ki, Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt dərinlikdə olan mövqeləri uzunmüddətli atəş nöqtələri, eləcə döyüş vasitələri hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ölkə rəhbərinin tapşırığı ilə mülki əhali infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Tədbirlərin nəticəsi olaraq terrorçular cəzalandırıldı, separatçılar təslim oldu.

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd etdi ki, antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Dövlət başçısı hərbçilərimizin qəhrəmanlığını xüsusi vurğuladı: "Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir sıradan çıxarılmışdır". 

Antiterror tədbirlərindən sonra Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni sakinləri arasında artıq iki görüş keçirilib, Bakı erməni sakinlərin ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atır, onların təminatını həyata keçirir. Azərbaycan 44 günlük müharibə, bir günlük lokal antiterror tədbirləri ilə təkcə Ermənistanın, Qarabağdakı separatçıların deyil, eyni zamanda bölgə ilə bağlı planlar quran, burada öz təsir dairəsini yaratmağa çalışan problemin illərlə qalmasında maraqlı olan bəzi xarici qüvvələrin iflası oldu. Eyni zamanda Azərbaycan öz gücünə bütün problemə nöqtə qoyub, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməklə dünyada nüfuzunu daha da gücləndirmiş oldu.

Əminik ki, bu gün Vətən uğrunda gözünün qırpmadan canından keçən şəhidimizin ruhu şaddır. Çünki onların öz müqəddəs arzularına çatıblar - Azərbaycan bütövdür, Qarabağ Azərbaycandır.

Anım günündə şəhidlərimizi bir daha ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.5.