Milli düşüncəmizin
inkişafına təkan
vermiş təhsil və elm ocağı
ADU-75
XX əsrdə milli düşüncəmizin
oyanışı və
inkişafında, müstəqillik
uğrunda mübarizəmizdə
bu il 75 illiyi qeyd edilən Azərbaycan Dillər Universitetinin də özünməxsus rolu
var. ADU-nun azadlıq, müstəqillik
uğrunda mübarizədəki
rolundan danışarkən
ilk növbədə görkəmli
alim və ziyalı İsmixan Rəhimovun adı göz önünə gəlir.
1940-cı illərdə 8 tələbə
"İldırım" təşkilatını yaratmış
və onların əsas məqsədləri
Azərbaycanın müstəqilliyinə
qovuşmasına, repressiyaya
uğramış ədiblərimizə
bəraət verilməsinə,
Azərbaycan türkcəsini
dövlət dili səviyyəsinə qaldırmaq
olmuşdu.
Ancaq rejim bu təşkilatın
fəaliyyətindən xəbər
tutur və onlar həbs olunurlar. İsmixan Rəhimova, Gülhüseyn
Hüseynoğluya və
Hacı Zeynalova güllələnmə cəzası
verilir. O illərdə
güllələnmə hökmü
müvəqqəti götürüldüyündən
hökm 25 il həbslə
əvəzlənir. Digərləri
isə on il həbs cəzasına məhkum edilirlər. Stalinin ölümündən sonra,
1955-ci ilin may ayında
"İldırım" təşkilatının üzvləri
İsmixan Rəhimov, Hacı Zeynalov, Musa
Abdullayev, Kamal Əliyev, Azər
Ələsgərov, Aydın
Vahidov, Kamil Rzayev, Gülhüseyn Abdullayev azadlığa
buraxılırlar. Tale elə
gətirib ki, bu təşkilatın üzvlərindən
İ.Rəhimov, G.Hüseynoğluvə A.Ələsgərovla
ünsiyyətdə olmuşam.
İsmixan Rəhimovu buxovlu
halda məhkəmə
salonundan çıxarıb
dustaq maşınına
mindirdikdə o, oraya toplaşmış insanlara
üzünü tutub demişdi: "Darıxmayın,
biz gedirik, tezliklə qayıdacağıq" (prof. Həbib
Babayev). Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitutu (indiki ADU) o
zaman yenicə fəaliyyətə
başlamışdı. Qeyd
etmək lazım gəlir ki, Sibirdə həbs cəzası çəkərkən İ.Rəhimov həmyerlisi,
görkəmli psixoloq
Fuad İbrahimbəyovla tanış
olur, sonralar onların hər ikisi uzun müddət
həmin institutda birlikdə işlədilər.
Dissertasiya müdafiə
edib, alimlik elmi dərəcəsini aldılar. İ.Rəhimovun
məclis aparmağının
şahidi olmuşam. Azərbaycan, rus, ingilis dillərində o qədər şirin danışırdı ki! Müstəqillik
dövründə onun
fəaliyyəti ölkə
Prezidenti tərəfindən
yüksək dövlət
təltifi ilə qiymətləndirildi.
İ.Rəhimov, demək
olar, ömrünün
sonuna kimi ADU-da dosent, kafedra müdiri kimi çalışdı, bir
sıra alimlərin, vətənpərvər gənclərin
yetişməsində mühüm
rol oynadı.
1950-ci illərin sonları və 1960-cı illərin
əvvəllərində böyük
vətənpərvər şair
Bəxtiyar Vahabzadə
APXDİ-də (dərs
deyirdi. Bu o zaman idi ki,
şair "Gülüstan"
poeması üzərində
işləyirdi, ya da yenicə tamamlamışdı.
İlk dəfə "Şəki
fəhləsi" qəzetində
nəşr olunmuş
bu cəsarətlə
yazılmış poemaya
görə şair çox incidildi. O da etiraf olunur ki, onu MTN-də kiminsə müdafiə etdiyini hiss edirdi, ancaq kim olduğunu
bilmirdi. Sonralar bu şəxsin Ulu öndər Heydər Əliyev olduğu aydınlaşdı. Bir dəfə
Bəxtiyar Vahabzadə
ilə Universitetimizdə
görüş keçirilirdi.
Səhv etmirəmsə,
2002-ci il idi. O zaman Universitetin
simasını müəyyənləşdirən
ziyalılardan biri Çərkəz Qurbanlı
üzünü şairə
tutub dedi ki, siz bizə dərs
deyirdiniz institutda oxuyarkən, biz sizin mühazirələrinizi bu
gün də yaxşı xatırlayırıq.
Bəli, B.Vahabzadə
kimi cəsarətli şair və alimlər Ç.Qurbanlı
kimi qeyrətli tələbələri, əsl
vətəndaşları, ziyalıları
yetirdi.
1970-ci ildə APXDİ-yə qəbul olundum - fransız dili fakültəsinə. Dərnəgüldə
institutun yataqxanasında
qalırdıq. Həmin
ilin dekabr ayında, çox soyuq qış günündə yataqxanada
B.Vahabzadənin "Gülüstan" poemasının
əlyazmadan üzünü
köçürüb bir-birimizə
ötürürdük. Tələbəlik
dostum, o zaman yataqxanada
qonşu otaqda qalan Misqər Məmmədov da (bu gün ADU-nun Azad Həmkarlar
Təşkilatının sədridir)
bu hadisələrin şahidi və birbaşa iştirakçısı
idi.
1980-cı
illərin sonunda müstəqillik uğrunda
xalq hərəkatı
başladı. Universitetimizin
müəllimlərinin, tələbələrinin
hərəkatda fəal
iştirakı bu gün də yaxşı xatırlanr. Və 1990-cı ilin 20 Yanvarı... 21 yaşlı
tələbə Ülvi
Bünyadzadə o gün
başqa bir imtahanla, vətənpərvərlik
sınağı ilə
üzləşdi və
ondan üzüağ çıxdı. Ülvi
şair idi, yazıçı, dramaturq,
istedadlı tərcüməçi
idi. Gələcəyin
görkəmli siyasi xadimi də ola bilərdi. Ancaq 1990-cı
il yanvarın 20-də Ülvi
şəhid oldu... Onun əziz xatirəsi universitetimizdə
daima əziz tutulur, hər il sentyabr ayının 23-də
şəhid şair Ülvi Bünyadzadənin
anadan olan günü ADU-da ehtiramla qeyd edilir.
20 yanvar faciəsindən
15-20 gün ötürdü.
Moskvadan bu hadisə ilə əlaqədar bir neçə nümayəndə
universitetimizə gəlmişdi.
Səhv etmirəmsə,
görüşü o vaxt
institutun rektoru olan Zemfira Verdiyeva
təşkil etmişdi.
Həmin görüşdə
Qorxmaz Quliyev və Çərkəz Qurbanlının kəskin,
dolğun çıxışları,
yəqin ki, bu gün də çoxlarının xatirindədir.
20 yanvar hadisələrinin qurbanlarının anılmasında,
xalqımıza qarşı
qırğınlara etiraz
edilməsində bu gün ADU-nun elmi işlər üzrə prorektoru olan Novruz Məmmədovun da özünməxsus iştirakı
olub.
1992-ci ilin aprel ayında
Universitetimizin müəllimləri
böyük siyasi xadim, Ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı
üçün imza toplayırdılar. Əsas
binanın 3-cü mərtəbəsində
dosentlər Fərhad Qəmbəroğlu və
Səməd Həsənovun
nəzarəti altında
İnstitutun 200-ə qədər
əməkdaşı Heydər
Əliyevin Bakıya gəlməsi, respublikanı
düşdüyü vəziyyətdən
qurtarması üçün
imza vermişdi. Həmin gün axşam Azərbaycan televiziyası "Xarici Dillər İnstitutunun Heydər Əliyevin Bakıya gəlməsi üçün imza topladığını" bildirmişdi.
Çərkəz müəllim
deyirdi ki, həmin imzalar müəyyən üsüllarla aradan çıxarılmış və
MK-ya çatdırılmışdı.
I və II Qarabağ müharibəsində ADU-nun müəllim
və tələbələri
fəal iştirak etmişlər. Vətən
savaşında ADU-nun üç
tələbəsi şəhid
olub: Təhsil-1 fakültəsinin
tələbəsi Əzim
Həsənov, Tərcümə
fakültəsinin tələbəsi
Teymur Osmanlı və Beynəlxalq Münasibətlər fakültəsinin
tələbəsi Elvin Bayramov.
ADU-nun rektoru, akademik Kamal Abdullanın şəxsi təşəbbüsü ilə
3 nömrəli tədris
binasında görkəmli
alim, tərcüməçi İsmixan Rəhimov adına lektoriya və 1 nömrəli binada "Ülvi Bünyadzadə adına muzey-lektoriya", Universitetin
ayrı-ayrı tədris
binalarında şəhidlər
Əzim Həsənov,
Teymur Osmanlı və Elvin Bayramovun həyatını, keçdikləri
döyüş yolunu
əks etdirən fotoşəkillər düzülmüş
auditoriyalar yaradılıb.
44 günlük Vətən müharibəsi dövründə
ADU-da fəaliyyət göstərən
mərkəzlər və
kafedraların əməkdaşları
Qarabağ həqiqətlərini
beynəlxalq aləmə
çatdırmaq üçün
dünyanın bir çox ölkələrinin
elmi-siyasi idarələrinə
xüsusilə, aparıcı
dövlətlərinə təşkilatlara
müxtəlif dillərdə
məktublar və müraciətnamələr göndərdilər.
Vətən müharibəsi və
ondan sonrakı dövrlərdə ADU-nun üç
əməkdaşı - baş
müəllim Hüseyn
Əsgərov, Aydın
Eyvazov və bu sətirlərin müəllifi erməni terroristlərin dindirilməsi,
istintaqı zamanı tərcüməçilik fəaliyyətinə
görə dövlət
tərəfindən təltif
edilib.
Adları,
fəaliyyətləri Universitetimizlə
bağlı olan alim və ziyalıların, əsl peşəkarların
siyahısı son dərəcə
genişdir. Lakin ADU təkcə
milli düşüncəmizin oyanış və inkişafına, müstəqillik
hərəkatının qələbəsinə
töhfələr verməklə
qalmayıb.
Universitetimiz burada
çalışmış və indi də
fəaliyyətdə olan
dəyərli alimlərlə,
pedaqoji kadrlarla, yetişdirdiyi mütəxəssislərlə
Azərbaycan elminə,
tərcüməçilik işinə, dövlət
idarəçiliyinə mühüm
xidmətlər göstərib,
bu proses uğurla davam etməkdədir. Təsadüfi deyil ki, ADU
son illərdə Dövlət
Mükafatına ardıcıl
olaraq qiymətli əsərlər təqdim
etmiş, Avropa,
Amerika, Asiya, Avstraliya qitələrində monoqrafiyalarla
təmsil olunan ali təhsil ocağıdır.
75 yaşın mübarək, doğma Universitetimiz!
Əsgər ZEYNALOV
Filologiya elmləri doktoru, professor, ADU-nun Fransız dili və
Mədəniyyəti Mərkəzinin müdiri
525-ci
qəzet.- 2023.- 28 sentyabr.- S.15.