Ulu Xan Atadan Qorqud Dədəyə...

 

 

 

"Kitabi-Dədəm Qorqud əla lisani-taifei-Oğuzan" (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı) dastanı Azərbaycan xalqının ən qədim yazılı abidələrindən biri sayılır. Bir çox alimlər tərəfindən dastanın yaşı islam dininin yayılmağa başladığı zamanlara tarixləndirilsə , dastan ancaq 15-ci əsrdə yazıya alınmışdı. Əsərin adından da görüldüyü kimi, dastan Oğuz tayfalarının dilində qeydə alınıb. Bəs digər türk boy tayfalarında Dədəm Qorqud dastanının daha qədim yazılı variantları varmı? Türk xalqlarındaki bu dastan ənənəsinin yazılı tarixi hara qədər uzanır?

Bu sualların cavabına Misir Məmlük Sultanlığı dövründə yaşamış türk tarixçi Aybək əd-Dəvadarinin əsərlərində rast gəlmək mümkündür. Dədə Qorqud dastanındaki bəzi boyların qədim variantlarının günümüzə qədər gəlib çıxmamış türkün ən qədim dastanı kitabı "Ulu Xan Ata bitiği" ilə səsləşdiyi məlumdur. Bu səbəbdən məşhur türk alim, professor Necati Dəmir açıq ürəklə Ulu Xan Atadan bəhs ettiyi kitabına "türklərin ən qədim dastanı" başlığını seçərək elmi ictimaiyyətə təqdim edib. Ulu Xan Ata kimliyi bu kitabın Dədə Qorqud dastanı ilə əlaqəsi Aybək əd-Dəvadarinin kitablarından məlumdur.

"Ulu Xan Ata kitabı"nın türkcə yazılmış əsli 580-ci ildən əvvəl türk dilindən fars dilinə, 826-cı ildə isə fars dilindən ərəb dilinə tərcümə olunmuşdu. Təəssüflər olsun ki, əsli, tərcümələri günümüzə qədər gəlib çatıb. Biz bu kitabın varlığı haqqında məlumatları kitabı gördüyünü, oxuduğunu yazan əsərlərində bəzi çıxarışlara yer verən Misir Məmlük dövləti zamanında yaşamış Aybək-əd Dəvadarinin əsərlərindən öyrənirik. Doğum tarixi məlum olmayan tarixçi 1336-cı ildə vəfat edib. Babasının adının Aybək olmasından da göründüyü kimi, milliyəti türkdür. Qıpçaq əsilli ola biləcəyi düşünülür. Ərəbcə qələmə aldığı əsərlərində özü haqqında verdiyi məlumatlardan görünür ki, Dəvadari ədəbiyyatla məşğul olan, şərqli qərbli bir çox alimin söhbətlərini dinləmiş, əsasən ədəbiyyat, tarix   rəvayətlərlə məşğul olan bir alim idi. Dəvadari eyni zamanda türk tarixini dərindən bilməsi, uzaq coğrafiyada yaşasa da, türklərin mədəniyyəti tarixi haqqında dərin bilgilərə sahib olması baxımından da önəmlidir. Bu səbəblərdən ötrü onun türklərin qədim dastanı Ulu Xan Ata dastanı haqqında verdiyi başqa heç bir yerdə qarşımıza çıxmayan məlumatlar olduqca taleyüklüdür.

Dəvadariyə görə, bu dastanı ilk qələmə alan məlum deyil, amma Sasani şahı Xosrov Ənuşirvanın vəziri Bozorgmehrin bu kitabı əldə edərək fars dilinə tərcümə etdirdiyi məlumdur. Elmə böyük meyl göstərən vəzirin 580-ci ildə öldüyü bilindiyi üçün "Ulu Xan Ata kitabı"nın bu tarixdən əvvəl tərcümə edildiyi güman olunur. Bu kitabın türkcə farsca nüsxələri haqqında heç bir məlumatımız yoxdur, bizə sadəcə bir neçə tərcümə sonrası onu oxumuş olan Aybək əd-Dəvadarinin "Dürerüt-Tican Gurerüt-Tevarihiz-Zaman" əsərində bu kitabdan bəhs etdiyi, məzmununu qısaca qələmə aldığı məlumdur. Dəvadari başqa bir neçə əsərində bu kitabdan rəvayətlərdən bəhs edib. O bu əsəri necə gördüyünü oxuduğunu da əsərlərində yazıb. Atası Məmlük valisi olduğundan onun yanına dostu Eminuddin Katibül-Beysəri adında bir adam gedib-gəlirmiş. O Dəvadari ilə söhbətlərinin birində onda olan başqa bir bənzəri olmayan bir kitabdan bəhs edir bu kitabı oxuması üçün Dəvadariyə verir. Onun Dəvadariyə verdiyi nüsxə fars dilindən ərəb dilinə tərcümə olunmuş nüsxə imiş. Bu kitabı Xəlifə Harun Rəşidin baş həkimi Cibrail bin Buhtişu tərəfindən tərcümə olunduğu bilinməkdədir. Dəvadari kitabdan "Bu kitab monqollar, qıpçaqlar qədim türklər arasında çox dəyərli müqəddəsdir" deyə bəhs edir: "Gördüyüm anda çox dəyərli bir kitab olduğunu anladım. Çox böyük idi. Məşhur xəttat Bəvvab Əli bin Hilalın tələbələrindən biri tərəfindən üzü köçürülmüşdü. Bənzəri görülməmiş naxışlarla bəzənmişdi. Səhifələri Bağdad ipəyindən, cildinin astarı sarı atlas qumaşdan idi. Üz qabığı tamamən qızıldan hazırlanmışdı. Kitabın  qızıldan düzəldilmiş qutusu üzərində bir qıfılı vardı. O qıfıl göz şəklində idi. Kilidindən belə qədər qiymətli dəyərli olduğu görünürdü".

Ulu Xan Ata bitiği türklərin ilk əcdadının türklərin ilk anasının yaradılışından bəhs edən yaradılış dastanı olmaqdan başqa, həm ilk türk xaqanın seçilməsindən, ilk türk şəhərinin salınmasından, ilk mərasimlər, savaşlar bir çox ilklər haqqında məlumat verən kitabdır. Maraqlıdır ki, Ulu Xan Atanın yaradılışı səmavi dinlərdən bildiyimiz yaradılış miflərinə olduqca yaxındır. Çünki Ulu Xan Atanın palçıqdan xəlq olunduğu bildirilən Kitaba görə, onun yaradılışı bu şəkildə cərəyan etmişdi:

Qədim zamanlarda bir gün yağan leysan yağışlar Qara dağ deyilən bir yerdəki mağaraya bol miqdarda palçıq gətirir. Həmin palçıq mağaranın içindəki insana bənzəyən qəliblərə dolur. Su torpaq yaz olana, havalar isinənə qədər oradaca lillənərək qalır. Havalar isindiyi zaman mağaraya dolan küləyin təsiri ilə dörd ünsür birləşir. 9 ay sonra həmin torpaqdan insan doğulur o Ulu Ay Ata olur. 40 il sonra yenə eyni şəkildə torpaqdan türkün ilk anası Ulu Ay Ana eyni şəkildə yaradılır. Onlar evlənir onların törəmələri dünyanı tutur. Ulu Xan Ata dastanı da bu hadisələrdən bəhs etməkdədir. Bu yaradılış mifi Hz.Adəm Hz. Həvvanın yaradılışı ilə demək olar ki, eyni olduğundan olduqca maraqlıdır.

Dəvadariyə görə, "Oğuznamə" necə Oğuzların kitabı idisə, "Ulu Xan Ata kitabı" da qıpçaqlar üçün o qədər önəmli idi. Dəvadari əsərində "Oğuznamə"dən söz açaraq bu iki dastanı müqayisə edir:

"Türklərdə başqa bir dəyərli kitab daha vardır. Bu kitaba türklər çox dəyər verirlər. Adı "Oğuznamə"dir. Bu kitabda Oğuzun həyatı, xaqan olması anlatılmaqdadır. "Oğuznamə"də bu günə qədər olan hekayələr zikr edilməkdədir. Türklərin arasında alim savadlı olanları bu rəvayətləri əzbərdən danışardılar".

Aybək əd-Dəvadarinin kitabında yer verdiyi bəzi hadisələr "Dədə Qorqud" dastanı ilə səsləşir. Oradakı "Uşaq aslan" hekayəsinin, demək olar ki, "Basatın Təpəgözü öldürdüyü boy"la eyniliyi əsərin bir başqa maraqlı xüsusiyyətidir. Aybək əd-Dəvadari Dədə Qorqud dastanı ilə olduqca səsləşən bu hekayəni 13-cü əsr müəlliflərindən Süleyman bin Əbdülhaqq bin Pəhlivan əl-Azərbaycanidən eşitdiyini əsərlərinin birində qeyd edir.

Aybək əd-Dəvadari "Ulu Xan Ata kitabı"ndan bəhs etdiyi əsərlərində türklər, Oğuz Xaqan, Dədə Qorqud, Ulu Qara dağ, Ulu Ay Ata, Ulu Ay Ana, türklərin ilk şəhərləri Kaşırmak Abdırmaq, Ulu Ay Atanın törəmələri, ilk xaqanın seçilməsi bir çox mifik, tarixi mövzular barədə məlumatlar verməkdədir.

 

Amin NAMAZLI

Süleyman Dəmirəl Universitetinin tarix və arxeologiya fakültələrinin tələbəsi

525-ci qəzet.- 2023.- 28 sentyabr.- S.13.