Yaddaqalan regional təhsil konfransı

 

 

 

 

Bu günlərdə Ağdam Muğan Mərkəzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri işçilərinin iştirakı ilə keçirilən sentyabr konfransında yeni tədris ilində qarşıya qoyulan vəzifələr müzakirə edildi, ötən il ərzində görülmüş işlər geniş təhlil olunaraq yeni dərs ilində qarşıda duran vəzifələrin təhlili aparıldı.

Konfransı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq tədbir iştirakçılarını salamladı.

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Ümumi Məktəbəqədər təhsilin təşkili idarəolunması şöbəsinin müdiri Elnur Əliyev tədbirdəki çıxışında təhsil işçiləri qarşısına aşağıdakı mühüm vəzifələrin qoyulduğunu bildirdi: təlim prosesində ilk dərs saatı, eləcə tədris ilinin birinci yarımilə kimi Ulu öndər Heydər Əliyev irsinin şagirdlərə dərindən öyrənilməsi, məktəblərdə şagird davamiyyətinin gücləndirilməsi maksimum həddə çatdırılması, məktəbəqədər təhsilə diqqət qayğının artırılması, valideynlərlə məktəbin əlaqəsinin möhkəmləndirilməsi, məktəb avadanlıqlarının qorunub saxlanılması, 4-cü 9-cu siniflərdə buraxılış imtahanların nəticələrinin yaxşılaşdırılması, məktəblərdə keyfiyyət göstəricilərinin yüksəldilməsi s.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov konfransdakı hesabat məruzəsində Regional Təhsil İdarəsinin 2022-2024-cü illər üzrə vizyonunu açıqladı: "Region təhsilinin vəziyyətinin təhlilini apararaq, prioritet istiqamət kimi dayanıqlı nizam-intizamın təmin olunmasına müvəffəq olmaqla təhsilin keyfiyyətinin artırılması, həmçinin funksional istiqamətlər üzrə fəaliyyətində qanunun aliliyini rəhbər tutaraq göstərilən etimadın doğruldulması, təhsil müəssisələri vətəndaşlar arasında qarşılıqlı etimad inama söykənən münasibətlərin formalaşması".

Qarabağ Regional Təhsil İdarəsinin tabeçiliyindəki 8 rayonda fəaliyyət göstərən 637 təhsil müəssisəsi haqqında məlumat velən idarə rəhbəri G.Əbdülov slayd vasitəsilə 4-cü sinifin monitorinq nəticələri əsasında formalaşmış reytinq siyahısını açıqladı. Regional idarənin tabeçiliyndəki rayonların içərisində Şuşa, Xocalı, Xocavənd, Bərdə rayonlarının göstəriciləri digər rayonların göstəricilərindən nisbətən üstün idi (Tərtər, Ağcabədi rayonları isə qeyd olunan monitorinqin nəticələrinə görə aşağı səviyyədə idi). İdarə rəhbəri respublika üzrə 12 Regional təhsil idarəsinin fəaliyyət göstərdiyini qeyd edərək bu idarələrin 4-cü sinif monitorinqinin nəticələri əsasında formalaşmış reytinq siyahısının 2022-ci il ilə 2023-cü il arasında müqayisəsini apardı, Abşeron-Xızı, Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şirvan-Salyan digər Regional Təhsil idarələrinin orta bal göstəricilərinin 33,47-dən 25,99-a qədər olduğunu vurğuladı. O, 9-cu sinif buraxılış imtahanların nəticələrini ətraflı təhlil etdi, ötən tədris ilinin nəticələrinə görə Şuşa (102,63), Xocalı-Xocavənd (94,38), Bərdə (89,54), Ağdam (88,27), Füzuli (84,12) rayon təhsil sektorlarının keyfiyyət göstəricilərinin yetərincə olduğunu bildirdi.  Ölkə üzrə ortalama göstəricini (97,7) Regional Təhsil İdarəsi üzrə göstərici ilə (85,6) müqayisə edən idarə rəhbəri təhsilverənlər qarşısında yeni dərs ilində bu rəqəmi ölkə üzrə göstərici səviyyəsinə çatdırmaq üçün səylərini artırmaq vəzifəsini qoydu.

İdarə müdiri hesabat məruzəsində 2022-2023-cü tədris ilində 202 məzunun məktəbi fərqlənmə attestatı ilə bitirdiyini konfrans iştirakçılarının nəzərinə çatdırdı. Qeyd olundu ki, məzunlardan 102 nəfər tam, 100 nəfər ümumi orta təhsil səviyyəsi üzrə attestat alıb, 11-ci sinifdən 2 məzun isə gümüş nişana (medala) layiq görülüb.

Regionda təhsilin nəticələrini yaxşılaşdırmaq üçün idarə tərəfindən  bir çox real işlər görülüb: müxtəlif məzmunda tədbirlərin keçirilməsi, şagird inkişafını dəstəkləyən tədbirlər planının hazırlanması icra olunması belə işlərdəndir. Eyni zamanda hesabat məruzəsində şagirdlərin olimpiadaya marağının get-gedə artdığı da vurğulandı. Ötən ilə nisbətən bu göstərici 1101 nəfər artaraq 2775 nəfər təşkil edib ki, bu da göründüyü kimi, çox yaxşı nəticədir.

Hər zaman təhsil işçilərinin peşəkarlıq baxımından inkişafı daim diqqət mərkəzindədir. Bu, həyatın dövrün tələbidir. Bu tələb Regional Təhsil İdarəsi rəhbərinin məruzəsində öz əksini tapdı. Məruzədə bu məsələlərin - "müəssisə rəhbərlərinin idarəetmə bacarıqlarının artırılması, təhsilə müasir yanaşmanın təmin edilməsi, inkişafa yönəlmiş fəaliyyətin təmin olunması, kadrların rəqabət qabiliyyətinin artırılması, mövcud təhsil qanunvericiliyinin icrasının təmin edilməsi əmək fəaliyyətinin stimullaşdırılmasının" başlıca yer tutduğu diqqətə çatdırıldı. Bu da çox yaxşı haldır ki, idarənin tabeliyində olan müəssisələrdə 5 ildən artıq müddətə rəhbərliyi həyata keçirən direktorların təlim ehtiyaclarını müəyyənləşdirmək üçün qiymətləndirmə həyata keçirilib. Bu qiymətləndirmədə ən yaxşı nəticə göstərən Tərtər, Xocavənd, Şuşa, Fizuli rayonları olub. Həmin rayonların orta göstəriciləri 70,41 faizdən 64,87 faizə qədərdir.

Təhsilverənlərin sertifikatlaşdırılması qarşıya qoyulan tələblərdən xeyli aşağıdır. İdarə müdiri bundan hər bir təhsilverənin ciddi nəticə çıxarmasının vacibliyini xüsusi olaraq vurğuladı. O, daha sonra təhsil sahəsində fərqlənən müəllimlərə diqqət qayğı göstərdiyini qeyd etdi ki, bu da olduqca vacib məsələlərdəndir. Ulu öndər Heydər Əliyevin təbirincə desək, "Bizim ziyalıların, mədəniyyət xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalısı, öz mədəniyyəti, öz elmi ilə tanınır". Məhz elə bu baxımdan idarə rəhbərinin öz məruzəsində vurğuladığı kimi, obyektivliyə, reallığa əsaslanaraq 8 nəfərin "Tərəqqi" medalı, 2 nəfərin "Əməkdar müəllim", 2 nəfərin "Qabaqcıl təhsil işçisi" fəxri adı, 6 nəfərin Fəxri Fərmanla təltif olunduğunu, təhsil müəssisələrində çalışan 511 nəfər təhsil işçisinin isə idarə rəhbəri tərəfindən Fəxri Fərman "Təşəkkürnamə" ilə mükafatlandırıldığını diqqətə çatdırdı. Bildirildi ki, təhsil idarəsinin tabeliyindəki təhsil müəssisələrinə texniki yardımçı pedaqoji vəzifələr üzrə işə qəbul 872 nəfər olub ki, onlardan 105 nəfəri şəhid ailə üzvü, 184 nəfəri aztəminatlı ailə üzvü, 76 nəfəri müharibə əlili müharibə veteranıdır. O cümlədən, məşğulluq göndərişləri əsasında 108 nəfər işə götürülüb, 380 nəfər mövsumi işlə təmin edilib, 19 nəfər isə müsahibə əsasında işə qəbul olunub.

Bacarıqlı gənc kadrların irəli çəkilməsi daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, il ərzində idarənin tabeliyindəki ümumtəhsil müəssisələrinin 33 faizinin rəhbəri yenilənib. İdarə müdiri işə qəbulla əlaqədar onu da bildirdi ki, işə qəbul şəffaf şəkildə aparılıb: dövlət qulluğuna 27, direktor vəzifəsinə 87, direktor müavinliyinə 32, pedqaqoji işə 1489, hərbi rəhbər vəzifəsinə 40, qeyri-pedaqoji işə 17, texniki işə isə 805 nəfər qəbul edilib.

Dövlət başçısı cənab İlham Əliyev vətəndaşların yerlərdə, eləcə onlara yaxın rayonlarda qəbulunun keçirilməsi ilə əlaqədar dövlət məmurları qarşısına bir çox vəzifələr qoyub. RTİ-nin müdiri bu tələb göstərişlərə əsaslanaraq öz işini bu istiqamətdə qurub. O, idarədə öncə 146-0-4 saylı "Çağrı Mərkəzi" təşkil edib, vətəndaşlarla idarə arasında inama söykənən vahid birlik yaradıb. Keçən tədris ili ərzində idarə müdiri idarənin digər şəxsləri birlikdə 4616+13493 nəfər vətəndaşı qəbul edib.

İdarə müdiri çıxışında məktəblərdə davamiyyətin zəif olması üzərində dayandı, onun səbəblərini açıqladı mövcud infrastrukturunun qənaətbəxş olmadığını, təhsilalanların mövsumi xəstəliklərə yoluxduğunu rəhbər heyətin idarəetmədə nöqsanlara yol verdiyini bildirdi. Qeyd olundu ki, məktəblərdə süni yolla şagird qəbulu yerdəyişməsi zamanı müəyyən neqativ hallara yol verilməsi faktları müəyyənləşdirilib günahkarlar haqqında lazımi tədbir görülüb. Gələcəkdə belə neqativ halların qarşısını almaq üçün idarədə lazımi şərait yaradılıb. Elə bunun nəticəsində əvvəlki illərlə müqayisədə ciddi dönüş olub.

Məruzədə diqqəti cəlb edən əsas məsələlərdən biri ümumtəhsil müəssisələrində süni yolla yaradılmış sinif komplektinin qarşısının alınmasıdır. Bu məqsədlə 2022-2023-cü tədris ilində 53 sinif  komplekti azaldılıb.

İdarə müdiri daha sonra çıxışında uşaqların keyfiyyətli qida ilə təmin olunması, neqativ halların aradan qaldırılması, korrupsiya faktlarının qanuni araşdırılması, intizam tənbehinin verilməsi, 2023-2024-cü tədris ili üçün ümumi məktəbəqədər təhsil üzrə məqsəd hədəflərin istiqamətləri, o cümlədən, xüsusi prioritet istiqamətlər, həmçinin aşağıda qeyd edilən digər prioritet istiqamətlər - "tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, ibtidai təhsil sahəsində tədrisin keyfiyyətinə xüsusi diqqət ayrılması, şagirdlərin, xüsusilə oxuyub anlama riyaziyyat üzrə akademik nəticələrinin artması, icbari təhsildən yayınma hallarına qarşı işin daha sistemli davamlı aparılması, şagird sağlamlığı təhlükəsizliyi ilə bağlı nəzarət profilaktiv faəliyyətin yaxşılaşdırılması, ümumi tam orta təhsil səviyyəsində təhsilin keyfiyyətinin yaxşılaşdırılması s." məsələləri açıqlayıb hərtərəfli təhlil etdi.

Tarixən şagirdlərin vətənpərvərlik, qəhrəmanlıq, tolerantlıq, milli köklərə, ənənələrə bağlılıq ruhunda tərbiyə olunması təhsilverənlərin qarşısına qoyulan əsas vəzifələrdən biri olub. Heç təsadüfi deyil ki, dövlətimizin başçısı çıxışlarının birində 2-ci Qarabağ savaşında erməni faşistləri üzərində şanlı, tarixi qələbə qazanmağımızın bir səbəbini son illərdə gənclərimizin milli, vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə əlaqədar olduğunu qeyd etmişdi. Elə bu baxımdan idarə müdiri hesabat məruzəsində bu işin qədər önəmli, mühüm əhəmiyyət kəsb etdiyini, xüsusi prioritet istiqamələrindən biri olduğunu vurğuladı: "Təhsilalanların vətənpərvərlik, mənəvi cəhətdən sağlam, yüksək dəyərlərə sahib, dövlətçilik ruhunda tərbiyə alması məsələsinin prioritet istiqamət olaraq davam etməsi". Bu tələblər hər zaman gündəmdə aktual olaraq qalacaq.

Regional Təhsil İdarəsinin müdiri çıxışının sonunda təhsil işçilərinin ötən tədris ilində yol verdikləri nöqsanları aradan qaldırmaq üçün bütün bilik bacarıqlarını sərf edəcəklərinə 2023-2024-cü tədris ilində daha böyük naliyyətlər qazanacaqlarına ümidvar olduğunu bildirdi.

Çox maraqlı keçən tədbirdə respublika fənn olimpiadasında qızıl medala layiq görülmüş Ağdam rayonu 118 nömrəli məktəbin şagirdi  Elvin İbrahimli akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki Təmayüllü məktəb-liseyin Azərbaycan dili ədəbiyyat müəllimi Məmmədova Ləman çıxış edərək qazandıqları uğurlardan danışdılar. Sonra təhsildə fərqlənənlər Fəxri Fərmanla təltif edildilər.

 

Ədalət HÜSEYNOV

Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun metodisti, Qabaqcıl maarif xadimi

525-ci qəzet.- 2023.- 28 sentyabr.- S.10.