Firuz Mustafanın "Neytral zona" pyesi Türkiyədə səhnəyə qoyulur

 

Trabzon Sanat Tiyatrosu Tst-də Azərbycan yazıçısı, filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafanın "Neytral zona" adlı pyesini ("Tarafsız bölge" adı ilə) tamaşaya hazırlayır. Artıq tamaşanın ilkin məşqlərinə başlanılıb. Əsəri tanınmış rejissor Necati Zəngin tamaşaya hazırlayır. Teatrdan verilən məlumata görə, əsər tezliklə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, buna qədər "Neytral zona" əsəri Ukrayna Rusiya teatrlarında da teatrsevərlərə təqdim olunub.

Bu yaxınlarda "Neytral zona" ("Tarafsız bölge") Türkiyənin İstanbuldakı "Anatolya kitab" nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr edilib. Əsəri Türkiyə türkcəsinə Abdulkadir Özkan çevirib.

 

525-ci qəzet.- 2023.- 6 yanvar.- S.9.