Naxçıvan Muxtyar Respublikası-100 məlumat
bazası təqdim edilib
Azərbaycan Milli
Kitabxanasında yaradılan “Naxçıvan Muxtar
Respublikası-100” adlı elektron məlumat bazası onlayn
rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat
bazasında “Rəsmi sənədlər”,
Naxçıvanın tarixi, coğrafiyası, mədəniyyəti,
görkəmli şəxsiyyətləri, Naxçıvan
Muxtar Respublikası haqqında nəşrlər, fotoqalereya və
digər materiallar yer alıb.
Prezident İlham Əliyev tərəfindən
2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında” Sərəncamı Naxçıvanın zəngin
dövlətçilik tariximizdə, ölkəmizin
inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Azərbaycanın qədim bölgəsi
Naxçıvan tarixən çətin sınaqlarla dolu
mürəkkəb və şərəfli bir yol qət edib.
Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və
mədəni irsi formalaşıb. Çoxəsrlik dövlətçilik
ənənələri olan bu diyar həmişə xalqımızın
zəngin mədəni irsini layiqincə yaşatmış,
yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları,
tarixi şəxsiyyətləri ilə ölkəmizin
sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol
oynayıb. Naxçıvan antik və orta əsrlər
dövrünə aid türk-islam mədəniyyəti
nümunələri və tarixi abidələrlə - qədim
yaşayış yerləri, şəhərlər, möhtəşəm
qalalar, xatirə memarlığının ən mükəmməl
nümunələri olan türbələr və təkrarsız
təbiət abidələri ilə zəngindir.
525-ci qəzet.-2024.- 4 aprel, ¹58.- S.9.