Ali Baş Komandanım
Düşmən üstə yeriyən Ordu Sizdən
güc aldı,
44 gündə yağını diz
çökdürüb öc aldı.
Ən hündür zirvələrdə
Bayrağımız ucaldı,
Şuşamızda yazıldı parlaq Zəfər
Dastanım,
Ali Baş Komandanım!
Yumruq kimi birləşdik, müqəddəsdir
andımız,
İndi dəqiq bəllidir: kim dostdur, kim
yadımız!
Qaliblər sırasında var şərəfli
adımız,
Düşməndən hər addımda haqq-hesablar
soranım -
Ali Baş Komandanım!
"Firəng" kimi əfilər daş altında
yatandır,
"Miatsum" yalanına həqiqəti satandır,
Dünya görsün: əyrilər düzə
böhtan atandır!
İftiralar qoşanı haqq sözüylə
vuranım -
Ali Baş Komandanım!
Qisas aldıq bir gündə qart düşməndən,
yağıdan,
Qurtardıq 30 illik ah-nalədən, ağıdan!
Bir sutkada terrorun yuvasını dağıdan
Sərkərdəyə heyrətlə baxır indi
zamanım,
Ali Baş Komandanım!
Hər əsgərin övlad tək
qayğısına qalan - Siz!
Düşməndən qarış-qarış o
torpağı alan - Siz!
Qüdrətli Ordumuzla Böyük Zəfər
çalan - Siz!
Xankəndi oldu şanlı Parad üçün
meydanım,
Ali Baş Komandanım!
Zirvələrə can atan, qartal tək məğrur
gedən,
Doğma yurda kəc baxmış xain gözləri didən,
"Uf" demədən qanıyla torpağı Vətən
edən
Şəhidlərə Anadır Anam -Azərbaycanım!
Ali Baş Komandanım!
Hər bir qaçqın-köçkünə ey dar
gündə həyanım,
Savaşlarda ən böyük sərkərdəm, qəhrəmanım,
Bu aydın həqiqəti görməyim? Necə
danım?
Sizə alqış söyləyir elim-obam, dörd
yanım,
Ali Baş Komandanım!
Yusif MİLLƏTOĞLU
525-ci qəzet .- 2024.- 24 dekabr(№236).-S.14.