Azərbaycanın
"yaşıl enerji"
hədəfləri: dünya
ekologiyası üçün
yeni fürsətlər
2024-cü ilin Azərbaycanda
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan edilməsi haqqında Prezident sərəncamı
iqlim dəyişmələrinə
qarşı qlobal mübarizədə beynəlxalq
həmrəyliyin gücləndirilməsi
baxımından böyük
əhəmiyyət daşıyır.
Sərəncamda qeyd olunur ki, Azərbaycan
beynəlxalq ictimaiyyətin
etibarlı və məsuliyyətli üzvü
kimi iqlim dəyişmələrinin fəsadlarına
qarşı mübarizəyə
öz töhfəsini
verməkdədir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli
prioritetindən biri
"Təmiz ətraf
mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası
və artırılması,
su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən
səmərəli istifadənin
təmin edilməsi istiqamətində işlər
aparılır. Azərbaycan
baza ili (1990) ilə müqayisədə
2030-cu ilə qədər
istilik effekti yaradan qazların emissiyalarının 35 faiz,
2050-ci ilə qədər
isə 40 faiz azaldılmasını hədəf
kimi götürüb.
İşğaldan azad
edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə
də Naxçıvan
Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş
ərazilərdə həyata
keçirilən genişmiqyaslı
bərpa və yenidənqurma prosesində
ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə
"ağıllı şəhər",
"ağıllı kənd"
kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması
və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə
bərpa olunan enerji mənbələrinin
payının 2030-cu ilə
qədər 30 faizə
çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29 kimi
mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana
böyük hörmət
və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının
alınması işinə
töhfəsinin təqdir
olunmasının bariz
nümunəsidir.
Millət vəkili
Tamam Cəfərova deyir ki, Prezident
İlham Əliyevin müvafiq sərəncamına
əsasən 2024-cü ilin
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan edilməsi Azərbaycanın
dünyada baş verən iqlim dəyişiklikləri, qlobal
istiləşmə fonunda
alternativ yollar axtarılması, yaşadığımız
dünyanın qorunub-mühafizə
edilməsi istiqamətində
irəli sürdüyü
mühüm təşəbbüslərdən
biridir. Bu addım Azərbaycan dövlətinin dünyada
baş verən mühüm proseslərə
təsir imkanlarına
sahib, təşəbbüskar
dövlət olduğunun
növbəti təzahürüdür:
"Bu gün yaşıl enerji mənbələrinin axtarılması
və bu sahədə səmərəli
tədbirlərin keçirilməsi
Azərbaycanın enerji
siyasətinin əsas istiqamətlərindən biridir.
Onu da qeyd
edək ki, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində
5 prioritetdən birinin
təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli
ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Cənab Prezidentin müvafiq Sərəncamında
da qeyd olunur
ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf
mühitin mühafizəsi,
ekoloji məsələlərə
diqqətin göstərilməsi,
eyni zamanda, iqlim dəyişiklikləri
ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir".
Tamam Cəfərova
bildirib ki, ölkənin ərazisi yaşıl enerji mənbələri baxımından
önəmli potensiala
malikdir: "Belə ki, Qarabağ, Şərqi Zəngəzur
və Naxçıvan
Muxtar Respublikasının
yaşıl enerji zonası elan olunması bunun əyani göstəricisidir.
Bu baxımdan bir daha vurğulamaq
lazımdır ki, dünyada yaşıl enerjidən istifadənin genişləndiyi bir vaxtda Azərbaycanda
2024-cü ilin "Yaşıl
dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin qlobal əhəmiyyətli məsələlərdə
təşəbbüskar dövlət
olduğunun bütün
dünyaya nümayiş
etdirilməsi baxımından
mühüm əhəmiyyət
kəsb edir".
Millət vəkili
Aydın Hüseynovun sözlərinə əsasən,
ölkədə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə ətraf mühitin qorunmasına öz töhfəsini verəcək: "Son illər ölkədə ekoloji mühitin qorunması və ətraf mühitə dəyən zərərlərin
azaldılması, ekoloji
layihələrin icrası
istiqamətində ardıcıl
işlər görülməkdədir,
ağacəkmə kampaniyaları
geniş vüsət alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təşkilatçılığı, Heydər Əliyev Fondunun, IDEA təşkilatının
təşəbbüsü ilə Bakıda və ölkənin müxtəlif bölgələrində
ağacəkmə aksiyaları
həyata keçirilir.
Prezidentin təşəbbüskarlığı
sayəsində cəmiyyətimizdə
ekoloji tarazlığın
qorunması işinə
həssaslıqla yanaşır.
Azərbaycan qlobal iqlim dəyişmələrinin
aradan qaldırılması
istiqamətində də
mühüm işlər
görür, 1995-ci ildə
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasını
ratifikasiya etdikdən sonra qlobal iqlim
dəyişmələrinin mənfi təsirlərinin
yumşaldılması üzrə
beynəlxalq səylərə
qoşulub. Ölkədə
2024-cü ildə İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransına
- COP29-a ev sahibliyi edəcək. Bütün
bu tədbirlərin davamı kimi Prezident İlham Əliyevin sərəncamı
ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl
dünya naminə həmrəylik İli"
elan edilməsi ekoloji mühitin sağlamlaşdırılması istiqmətində həmrəyliyin
gücləndirilməsinə töhfə verəcək
qərar hesab oluna bilər".
Millət vəkili
qeyd edib ki, ölkədə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi çərçivəsində
çoxsahəli addımların
atılacağı nəzərdə
tutulur: "Ətraf mühitin qorunması, meşə zolaqlarının
və su ehtiyatlarının mühafizəsi,
yaşıllıqların artırılması
naminə təşəbbüslərin
dəstəkləməsi, yeni
layihələrin icrası
sürətlənəcək. Bu konteksdə ölkəmizdə yaşıl
iqtisadiyyat quruculuğu
sahəsində də
yeni prioritetlər müəyyən ediləcək,
xarici investorlarla birgə layihələrin icrası artacaq".
Onun sözlərinə
görə, azad edilən ərazilərin ekoloji mühiti yaşıl enerji üçün güclü
potensiallardan xəbər
verir: "Bu bölgədə Yaşıl
Enerji Zonasının yaradılması çərçivəsində
işğaldan azad edilmiş ərazilərdə
bərpa olunan enerji mənbələrindən
səmərəli istifadə
və ağıllı
enerji idarəetmə texnologiyalarının tətbiqi
nəzərdə tutulur.
Xarici şirkətlərin
azad ərazilərdə
bərpa olunan və yaşıl enerji mənbələrinə
də marağı böyükdür. Qarabağın
və Şərqi Zəngəzurun yaşıl
enerji zonasına çevrilməsi ilə bağlı genişmiqyaslı
bərpa və yenidənqurma prosesi start götürüb".
Millət vəkili
Azər Badamov deyir ki, Azərbaycan
qlobal təşəbbüslərə
həmişə ilk qoşulan ölkələrin
sırasındadır. İki
il əvvəl qlobal iqlim dəyişikliklərinə
qarşı mübarizəyə
ölkəmiz 2030-cu ilə
qədər istehsal olunan elektrik enerjisinin 30 faizini bərpa olunan enerji ilə əvəz olunması ilə bağlı könüllü öhdəlik
götürüb. Üç
il əvvəl Prezidentin işğaldan azad olunan əraziləri
yaşıl zona adlandırıb, bu ərazilərin bərpaolunan
enerji potensialının
reallaşdırılması istiqamətində ciddi addımlar atılıb. O
cümlədən, bərpaolunan
enerji sahəsində təcrübəli, dünyanın
aparıcı şirkətləri
olan "Aqvapower" və "Masdar"la sazişlər imzalanmış,
günəş və
külək enerjisi stansiyalarının tikilməsi
ilə bağlı sənədlər təsdiq
olunub. Bu il "Masdar" şirkətinin investisiyası
ilə 230 meqavat gücündə Qaradağ
günəş enerjisi
stansiyası tikilərək
istifadəyə verilib.
Ümumiyyətlə ölkənin
bərpaolunan enerji potensialı 200 Qiqavat olduğunu dəyərləndilib.
Azərbaycan dövləti
bu potensialın realizə olunması istiqamətində ciddi addımlar atır və yaxın gələcəkdə bərpa
olunan enerjisini və yaşıl hidrogeni Qara dənizin dibi vasitəsilə Avropaya ixrac olunmasını həyata keçirəcəkdir.
Bu, həm də enerji istehsalında istifadə olunan qaza qənaət
olunmasına yol açacaq və Avropaya ixrac imkanlarımızı genişləndirəcəkdir.
Avropa Azərbaycandan daha çox təbii qaz aldıqca elektrik enerjisinin istehsalı
üçün istifadə
olunan kömürün
yandırılmasını azaldacaq və atmosferə atılan istilik effektli qazların azalmasına töhfə verəcəkdir.
Beləliklə, Azərbaycan
iqlim dəyişikliklərə
qarşı mübarizəyə
öz töhfələrini
verməkdə davam edir.
Ekologiya və təbii sərvətlər
nazirinin müavini Vüqar Kərimovun dediyinə görə,
"Yaşıl dünya
naminə həmrəylik
ili" çərçivəsində
ölkə ərazisində
5 milyon ağac və kol tinginin
əkilməsi nəzərdə
tutulub. İşlərin
böyük hissəsini
nazirlik özü həyata keçirəcək:
"Əlbəttə ki,
ağacların 3 milyonuna
yaxınını Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
özü əkəcək.
Ağaclar meşə
təsərrüfatlarımızda, Abşeron rayonunda və işğaldan azad edilən ərazilərdə əkiləcək.
2 milyonu isə ölkənin icra hakimiyyətlərinin, nümayəndəliklərinin
və digər icra orqanlarının üzərindədir. Bizim
kifayət qədər
ting materiallarımız
var və 5 milyonluq əkini təmin edə bilərik".
Sevinc QARAYEVA
525-ci qəzet.-
2024.- 10 fevral, № 26.- S.23.