Şəhidlər
Azadlıq uğrunda, torpaq uğrunda,
Can qoyub, qan töküb, köçdü şəhidlər.
Qeyrətlə, qüdrətlə Vətən yolunda
Torpağın qalxanı oldu şəhidlər.
Çağladı o gündən
Kürün-Arazın,
Xəzər ləpələri tufana döndü.
Boranlı qış oldu baharım, yazım,
Dünyanın elə bil çırağı
söndü.
Bayrağı boyayıb öz qanlarıyla,
Dəniz zirehlərə sinə gərdilər.
Vətənin yolunda öz canlarıyla
Vətən sərhədinə çəpər
çəkdilər.
Siz ey ana yurdun mərd qurbanları,
Tarixin ən cavan qəhrəmanları,
Sizi unutmayır bu torpaq, bu el,
Dağlardan, çaylardan axan qanlı sel.
Dualar göndərir şad ruhunuza,
Vətər alqış deyir hər uğurunuza.
Tanrı bağışlamaz unutqanlığı,
"Biz sizdən öyrəndik qəhrəmanlığı".
Rəşid KƏRİMOV
525-ci qəzet.- 2024.- 2 fevral, №20.- S.14.