Dil məsələsinə Rəsulzadə münasibəti

 

Azərbaycanın görkəmli dövlət adamı ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ərəfəsindəyik. Möhtərəm Prezidentimiz İlham Əliyev bu dahi şəxsiyyətin tariximizdəki rolunu belə qiymətləndirir: "M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir".

M.Ə.Rəsulzadənin publisistikasının mühüm bir qolu da dil ana dili məsələlərinə həsr edilib.

O, hələ 1914-cü ildə "Dil ictimai mühüm bir amil kimi" adlı məqaləsində yazırdı: "...Dilsiz bir millət olmadığı kimi, millətsiz dil olmaz... Dil milyonlarla insanların bir çox nəsillərin müştərək vücuda gətirdikləri bir mohibədir (fəxrdir). Dil qanlı canlı, adətən üzvi zihəyat (canlı) bir vücuddur".

M.Ə.Rəsulzadə "Milli dirilik" seriyasına daxil olan beşinci məqaləsində dilin müstəmləkəçi-assimilyator siyasətlərdə əsas hədəf olduğunu göstərir, digər dillərə hədsiz aludəçiliyin təhlükəli olduğunu bildirirdi. Məsələn, o, "İranda türklər" məqaləsində qeyd edirdi ki, fars dilinə hədsiz aludəçilik İran türklərini o qədər farslaşdırmışdır ki, onlar özlərini iranlı, türkləşmiş fars sayırlar.

Böyük mütəfəkkir yuxarıda adı çəkilən "Dil ictimai bir amil kimi" məqaləsində haqlı olaraq qeyd edirdi: "Dil durduqca, millət durar, öldümü, millət canını bağışlar. Dillərini unutmağa başlayan millətlər axırı qəti bir ölüm olan fəlakətli bir yola girişmişlərdir".

M.Ə.Rəsulzadəyə görə, yad dildə təlim-tərbiyə verilən məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soy-kökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən yad əxlaqlı bir insana çevirir.

Azadlıq aşiqi yazırdı: "Mədəni yaşayış üçün 3 əsas amil lazımdır: milliyyət, beynəlmiləliyyət əsriyyət (müasirlik). Millətin rüxnü ana dili, beynəlmiləliyyətin əsası din əsriyyətinin binası əsrə hakim olan ülum finun (elm bilik) ilə məhəllinə görə onun vasitəsi olan dillərin öyrənməsidir". Milli azadlıq, istiqlal ideyalarını təbliğ edən o böyük insan millətin tərifində dini birliyi yox, dil mədəniyyət birliyini önə çəkirdi.

M.Ə.Rəsulzadə "Açıq söz" qəzetində çap etdirdiyi "İslam dini ana dili" adlı məqaləsində çox maraqlı bir məsələyə toxunmuşdu. Həmin məqalədə məşhur dövlət xadimi "Dualar, namaz ana dilində ola bilərmi?" sualına aydınlıq gətirirdi. Müəllif yazırdı: "Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin mənada sözlər olduğunun özünü bilmək, bizcə, daha məqbul görünüyor. Duaların mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər... Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi mənəvi birliyə mübəddəl (çevrilmiş) olar".

 

M.Ə.Rəsulzadə dilin cəmiyyətdəki rolunu əhəmiyyətini nəzərə alaraq onu yaxşı öyrənməyi, yad təsirlərdən qorumağı inkişaf etdirməyi hər bir Vətən övladının müqəddəs vəzifəsi hesab edirdi.

Doğma dilimizin qorunması, saflığı inkişafı uğrunda mübarizədə M.Ə.Rəsulzadənin misilsiz xidmətləri olub. Milli intibahın milli vicdanın varlığını dildə görən M.Ə.Rəsulzadə əcnəbi sözlərin yerli-yersiz dilə gətirilməsinin əleyhinə idi. O, ədəbi dillə canlı xalq danışıq dili arasında yaxınlaşmanı təmin etməyi məsləhət bilirdi.

M.Ə.Rəsulzadənin bu gün aktual olan ortaq dil ortaq əlifba barədə fikirləri maraqlıdır.

O, XX əsrin əvvəllərində ortaq dil məsələsi barədə türk ölkələrinin mütəfəkkirləri arasında gedən müzakirələrdə fəal iştirak edir, "Türk dil qurumu" ilə sıx əməkdaşlıq edir, bütün türklər üçün ortaq türk dili təsis etmək fikrini qətiyyətlə müdafiə edirdi. Təsadüfi deyidi ki, 1919-cu ildə Müsavat Partiyasının qurultayında bildirmişdi: "Biz ortaq tükcə yaratmalıyıq". M.Ə.Rəsulzadə yaxşı bilirdi ki, dil birliyi mənəvi birliyin qapısıdır. Lakin o, ortaq ünsiyyət dili olacaq dilin digər milli türk dillərinin sıxışdırılması hesabına yaradılmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən yararlanmasını arzulayırdı.

M.Ə.Rəsulzadə imla (yazı) problemlərinə laqeyd olmamışdı. İmlanı ədəbiyyatın ümumi əsaslarına görə təsbit etməyi, ana dilinin özəlliklərini mümkün olduğu qədər mühafizə etməyi tələb edirdi. Yazı dilimizin danışıq dilindən fərqinin digər mədəni dillərdə olan fərqdən çox olması onu ciddi düşündürürdü. O, yazımız ilə danışığımız arasında olan fərqi azaltmağı məsləhət bilirdi. Dahi şəxsiyyət imla qaydalarının sövtü (səs) üsulla öyrədilməsinin tərəfdarı idi. O, türk xalqları arasında ortaq imla qaydalarının yaradılmasını arzulayırdı. Lakin ortaq əlifba olmadan bunun qeyri-mümkün olduğu qənaətində idi.

M.Ə.Rəsulzadənin yaradıcılığında əlifba məsələsi geniş yer alırdı. Bu barədə böyük mütəffəkirin orjinal fikir düşüncələri vardı. O, "...bir dildə danışan, digər dildə isə yazan bir xalq" olmağımızdan dərin təəssüf hissi keçirirdi. 20 oktyabr 1913-cü il tarixli "İqbal" qəzetində çap olunmuş "Əlifba bayramı" adlı məqaləsində azadlıq aşiqi hunlardan etibarən başlayan miladın VIII əsrində Orxon-Yenisey abidələrindəki formanı alan türk əlifbasından fəxrlə bəhs edir, VII-VIII əsrlərdən sonrakı dövrü nəzərdə tutaraq təəssüflə yazırdı: "Bizim tam milli olaraq əlifbamız yoxdur... Ərəb əlifbasından müstəfid olurduq (faydalanırdıq)".

M.Ə.Rəsulzadə elmi-təcrübi əsası M.F.Axundov tərəfindən qoyulmuş əlifba islahatının tərəfdarlarından idi. "Mühüm bir xəbər" məqaləsindən gördüyümüz kimi, o, Osmanlıda Azərbaycanda gedən əlifba müzakirələrini yaxından izləmiş vaxtaşırı bu barədə öz fikirlərini bildirmişdir.

Görkəmli ictimai-siyasi xadim "təzə bir əlifba qəbul olunması tarixi-islamda vaqe olan mühüm bir inqilabdır", - deyirdi.

M.Əmin əlifba məsələsinin müzakirəsində islahatçılar qanadında (XX əsrin əvvəllərində əlifbaçılar əsasən islahatçılar, "ərəbçilər", rusbaşlar, "latınçılar" kimi qruplaşmışdılar) yer almış, tələsik şəkildə latın qrafikalı əlifbaya keçməyi məqbul hesab etməmişdir.

Əslində dahi mütəfəkkir latın qrafikalı əlifbanın əleyhinə deyildi. O, Cümhuriyyət dövründə əlifbanın latın qrafikasına keçirilməsi məsələsi ilə məşğul olacaq qurumun yaradılmasına, A.Əfəndizadənin bəyənilmiş latın qrafikalı əlifba layihəsinin çapına razılıq verilməsinə etiraz da etməmişdi. Amma M.Ə.Rəsulzadə Türkiyə başda olmaqla bütün türk xalqları tərəfindən birlikdə qəbul ediləcək latın qrafikalı ortaq əlifba tərəfdarı idi. O, türk xalqlarının özlərinin ümumi əlifba unifikasiyasının olmamasını onların zaman-zaman bir-birindən ayrı düşməsinə səbəb olan əsas problemlərdən hesab edirdi. Ona görə , Azərbaycanın (eləcə digər türk xalqlarının) təkbaşına latın əlifbasına keçməsini münasib bilmirdi. Rəsulzadənin sadiq silahdaşlarından M.Məhəmmədzadənin "Odlu Yurt" jurnalında çap olunmuş "Yeni Türk əlifbası bolşevik mətbuatı" adlı məqaləsində deyildiyi kimi: "...Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi bütün türk dünyası ilə tərki-əlaqə etməsi azəri türklərinin milli varlığına böyük bir zərbə olardı".

Buna görə böyük demokrat M.Ə.Rəsulzadə, hələlik, osmanlılar kimi ərəb əlifbasının (faktiki olaraq həmin vaxt ərəb əlifbası bütün müsəlmanları, o cümlədən, bütün türk xalqlarını birləşdirən əsas vasitə idi, hətta Krım, Misir sair bölgələrlə əlaqələr bu əlifba üzərindən qurulurdu) qorunub saxlanmasını, amma asan öyrənilməsi üçün bəzi dəyişikliklərə gedilməsini təklif edirdi.

1923-cü ildə "Yeni Kafkasiya" jurnalında çap olunmuş "Azərbaycanda latın əlifbası" adlı məqaləsində öz fikrini belə əsaslandırmışdı: "Azərbaycan latın hərfləri ilə yazıb-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə Bakıda intişar ediləcək əsərləri Anadolu oxuya bilməz". Rəsulzadəyə görə, latın hərfinə keçməklə ruslar Azərbaycanla Türkiyə arasındakı mədəni rabitəni kəsmək istəyiblər.

(Sonrakı hadisələr azadlıq carçısının haqlı olduğunu göstərdi. Belə ki, bolşevik hakimiyyəti ilk mərhələdə kiril əlifbasının məcburi tətbiqinin başqa xalqlar, o cümlədən, türk xalqları tərəfindən onların milli mədəniyyətlərinin ruslaşdırılmasına cəhd kimi qiymətləndiriləcəyindən çəkindiyi üçün neytral yol seçmiş latın qrafikasının tətbiqinə "göz yummuşdu". Lakin türk xalqlarının bir-birinə, o cümlədən, 1928-ci ildə latın qrafikasına keçmiş Böyük Türkiyəyə getdikcə daha da yaxınlaşmasına qısqanclıqla yanaşaraq bunu gələcək üçün böyük təhlükə hesab edərək, heç 20 il keçməmiş, sovetlər birliyində yaşayan türk xalqlarının əlifbasını məcburi şəkildə kril əlifbası ilə əvəz etmişdi).

Uzaqgörən siyasətçi sonralar qeyd edirdi ki, əgər nəşrlərimiz diqqətlə tədqiq olunsa, ən böyük əndişəmizin türk millətləri arasındakı mədəni birliyin qarşısının alınması olduğu görünər. "Azəri Türk" jurnalının 1928-ci ildə çıxan 18-ci sayında dərc olunan "Hərf inqilabı müvacihəsində (üz-üzə gəlməsində)" adlı məqaləsində Rəsulzadə vaxtilə dərc etdirdiyi məqalələrində latın əlifbasına qarşı çıxmalarının səbəbini bu şəkildə izah edib: "Biz ötədən bəri vuqu bulan (mövcud olan) nəşriyyatımızda bu məsələdə islahatçıların nöqteyi-nəzərini müdafiə etmiş bulunurduq. Azərbaycandan başlayaraq bugünkü sovetlər ittihadı daxilində (Türkiyədən bütün türk dünyasından təcrid olunmuş şəkildə) qalmaq zərurətində bulunan bütün türk cümhuriyyətlərində tətbiq olunan latın hərflərinə (Türkiyədəkindən fərqli hərflərə) bu nöqteyi-nəzərdən qarşı gəlirdik".

 

1928 1929-cu illərdə Türkiyədə Azərbaycanda (həmçinin digər türk ölkələrində) latın qrafikalı əlifbaya tam keçəndən sonra M.Ə.Rəsulzadə yazırdı: "Azərbaycanın yanı başındakı qardaş Türkiyə latın hərfləri ilə yazmağa başlayınca kültür sahəsindəki ayırma siyasəti təbiəti ilə sarsılmış olur".

Məhz bundan sonra M.Ə.Rəsulzadə Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edilməsini məqbul hesab edirdi. Hər iki ölkədə bu əlifbanın öyrənilməsini öyrədilməsini zəruri sayırdı.

Baxmayaraq ki, Türkiyə Azərbaycan hər ikisi artıq latın əlifbasında yazacaqdı, amma əlifbada bəzi işarələrdə fərqliliklər vardı. Buna görə Rəsulzadə 1929-cu ildə artıq latın qrafikası ilə çap etdiyi "Odlu Yurt" jurnalında "Arapça, Türkçe, Sovyetçe" başlıqlı cədvəl təqdim etmişdi. Burada məqsəd mühacirətdəki azərbaycanlıların sovet Azərbaycanındakı latın əlifbasını öyrənmələrinə köməklik etmək idi. "Odlu Yurt" jurnalında Rəsulzadənin müsavatçıların Türkiyədəki latın əlifbasını öyrənmələrinin zəruri olması ilə bağlı fikri dərc olunmuşdu.

Ümumiyyətlə, M.Ə.Rəsulzadənin dil barədə fikir görüşləri onun bu məsələlərə həssas münasibətinin inikası idi. Bu fikir görüşlər milli fikrin milli siyasi hərəkatın önəm verdiyi hədəflərdən olmuş, qısa ömür sürmüş Xalq Cümhuriyyəti dövründə aparılan dil siyasətində xüsusi nəzərə alınmışdı. Ən böyük uğur isə həmin dövrdə Azərbaycan dilinin dövlət dili elan olunması idi. Bu, Səfəvilər dönəmindən sonra, ana dilinə verilən ikinci belə yüksək status oldu. Təəssüf ki, Cümhuriyyətin süqutu ilə bu işlər yarımçıq qaldı. Lakin M.Ə.Rəsulzadənin dil barəsindəki fikir görüşləri bu gün öz əhəmiyyətini aktuallığını saxlamaqdadır.

 

İmran VERDİYEV,

 

Azərbaycan Respublikasının Əməkdar Müəllimi

 

525-ci qəzet.- 2024.- 25 yanvar, № 14.- S.11.