Ey türk gənci, iftixar et!

 

PROFESSOR QULU MƏHƏRRƏMLİNİN KİTABI RƏSULZADƏ İRSİNİN ÖYRƏNİLMƏSİNDƏ VƏ TƏBLİĞİNDƏ YENİ SƏHİFƏDİR 

 

Şərqdə Azərbaycan adlı demokratik dövlətin yaradılması M.F.Axundovdan başlanan, böyük pleyada maarifçi-demokrat ziyalılar nəslinin inamla davam etdirdikləri alovlu mübarizənin təntənəsi, məntiqi nəticəsi idi. Bu aydınlar cərgəsində Məhəmməd Əmin Rəsulzadənin adı xüsusi qeyd olunmalıdır. Lap gənc, hələ ömrünün yeniyetməlik çağından dövrün qızğın ictimai-siyasi mühitinə atılan Rəsulzadə bir firqə rəhbəri, Milli Şuranın ilk sədri olmazdan öncə millətini işıqlı sabahlara çıxarmaq istəyən fikir adamı, əsarət buxovlarında qovurulan Rusiya müsəlmanlarının liderlərindən biri, türkçülüyün parlaq ideoloqu, ərazi muxtariyyətindən qəti istiqlala qədər uzun bir yol qət etmiş düşüncə adamı, böyük şəxsiyyətdir.

Söz əməl vəhdətini xarakterinə hopduraraq bunu həyat amalı kimi qoruyan, peşəsi maarifçilik olan klassik Azərbaycan ziyalılarının missiyasını müasir çağımızda davam etdirməkdən yorulmayan əziz dostumuz, professor Qulu Məhərrəmlinin ötən ilin sonlarında Rəsulzadə irsinə həsr olunmuş kitabının işıq üzü görməsi oxucuların hədsiz marağına sevincinə səbəb oldu. Əvvəlcədən qeyd edim ki, bu, elə bir mövzudur ki, həmişə maraq doğurub, onun öyrənilməsi təbliği istiqamətində qədər görülsə , azdır, digər tərəfdən, bu, sevilən mövzudur - qədər zaman keçsə , Cümhuriyyət sevilir, xüsusən gənc nəslin maarifçi babalarının irsinə bitib-tükənməyən sevgisini görməmək mümkün deyil. Maraqlı sevilən mövzuda maraqla sevərək yazmaq daha ciddi məsuliyyətdir. Əzizimiz Qulu müəllim bu məsuliyyətli işin öhdəsindən nəinki məharətlə gəlib, eyni zamanda Rəsulzadəni oxuculara, xüsusən gənclərə bir daha tanıtmaq yolunda şərəfli missiya yerinə yetirib. Azərbaycan ziyalısının, barışdı-barışmadı, fərq etməz, əbədi bir qisməti var - maarifçilik. Başqa xalqlarda maarifçilik anlayışının yaşadığımız texnologiya əsrinin yeni dəblərinə uyğun məzmunu dəyişir, rəqəmsallaşma, İKT s. ilə bağlı yeni anlam kəsb edir, bizdə isə maarifçilyin predmeti, qayəsi dəyişir, bizdə maarifçilik cəhalətdən oyanış, kütləni ayıltmaq planında öz aktuallığını qoruyub saxlamaqdadır. Bu baxımdan Qulu müəllimin kitabı ictimai fikrimizdə sözün yaxşı mənasında bir silkələnmə yaratdı, mürgü vuranlar vardısa, oyandılar. İctimai müzakirələrə açıq istənilən tənqidə dözümlü əsər maarifçi missiya yerinə yetirir, elə buna görədir ki, kitabı oxuduqca dövrün gərgin siyasi mənzərəsi göz önündə canlanır.

Kitab Rəsulzadə haqqındadır, onun mübarizələrlə dolu ömür yoluna, ictimai-siyasi, fəlsəfi düşüncə tərzinə işıq tutur. Kitabın məzmununa keçməmişdən əvvəl xüsusi vurğulamaq istərdik ki, müstəqilliyimizin ilk illərində Rəsulzadə şəxsiyyətinə münasibətdə ya tarix bilgilərinin zəifliyindən qaynaqlanmış, ya da süni formada uydurulmuş müəyyən "klişe"lər yaranmışdır. Bütün tarixi şəxsiyyətlərin keçdiyi həyat yolunun müzakirə olunması, polemik fikirlərin səslənməsi təbiidir, lakin tarixə şəxsiyyətə qiymət vermək kimi gurultulu iddiaya düşmək yanlış yoldur, Rəsulzadənin öz təbirincə desək, "ölülərini xeyirxahlıqla anmaq ictimai əxlaqdan vicdandan irəli gəlir".

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir bu irsə ən layiqli qiymət dövlət başçılarımız tərəfindən verilmişdir. Ümummilli lider Heydər Əliyev 1993-cü il dekabrın 29-da "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamaqla Cümhuriyyət irsinə qədər böyük önəm verdiyini göstərdi. 2014-cü il noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə bu varislik xəttinin daha inamla, daha cəsarətlə davam etdirildiyini təsdiqlədi. Cənab Prezidentin sərəncamı göstərdi ki, Rəsulzadə adı bir firqənin yox, Azərbaycan tarixini yaradan şəxsiyyətlərin cərgəsindədir. 2023-cü il dekabrın 30-da Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamından bir sitatı olduğu kimi təqdim etmək yerinə düşər: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə o, müstəqil Azərbaycan arzusu ilə yaşamış mübarizə aparmışdır". Düşünürük ki, Azərbaycan dövlətinin Rəsulzadə irsinə münasibətini mötəbər formada ifadə edən bu sətirlər uydurulmuş bütün "klişe"lərin üstündən xətt çəkir!

Qayıdaq kitaba, müəllif tarixi şəxsiyyətin Cümhuriyyət quruculuğuna qədərki fəaliyyətini xronoloji ardıcıllıqla vermiş dövrün dolğun təəssüratını yarada bilmişdir. Cümhuriyyətdən isə ayrıca bəhs olunmuşdur. Yeni tarixinin üçüncü on illiyini yaşayan müstəqil dövlətimizin gücünü şərtləndirən mühüm amillərdən biri onun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması qısa zamanda bu şərəfli ada layiq olduğunu təsdiqləməsidir. Yüksək kürsülərdən, haqq səsimizin eşidildiyi bütün beynəlxalq platformalardan müsəlman Şərqində ilk Cümhuriyyət quranların imza atdıqları birincilikləri qürur mənbəyi kimi sadalayırıq; Şərqdə qadınlara ilk dəfə seçki hüququnun verilməsi, ilk parlament tipli idarəetmə üsulunun yaradılması, ərazilərimizə təcavüz etmələrinə baxmayaraq, hətta ermənilərə belə qanunverici orqanda yer ayrılması, Versal Sülh Konfransında istiqlalımızın de-fakto tanınması, dünyəvi təhsil modelinin seçilməsi ilə müasir tipli universitetin yaradılması, çar mütləqiyyətindən ayrılar-ayrılmaz inkişafın məhz demokratik modelinin seçilməsi, hələ sadalamadığımız bir çox başqa tarixi nailiyyətlərin hamısı qürur yerimizdir, ürəyini məşələ çevirib Cümhuriyyət quran babalarımızın xələflərinə miras qoyduğu baş ucalığıdır. Birinci Dünya savaşının gərgin ziddiyyətli çağlarında əliyalın xalqa yiyə durmaq, hələ elementar coğrafi sərhədləri belə doğru-dürüst müəyyənləşməmiş bir məkanda dövlət yaratmaq o dövlətin adını ilahi çağırış kimi Azərbaycan qoymaq heç zaman unudulmayacaq, dönə-dönə xatırlanacaq tarixdir. Professor Qulu Məhərrəmlinin təqdim olunan kitabında bütün bu tarixi detallar sadəcə təsvir edilmir, təhlil olunaraq oxucunun diqqətinə çatdırılır.

 

Qulu müəllimin kitabından doğan ilk qənaətimiz budur ki, tarixi xatırlamaqla yanaşı, artıq dəyərə çevrilmiş Cümhuriyyət yoluna sadiq olmaq, ondan sapmamaq gərəkdir. 1918-ci ilin burulğanlarında dövlət quran kişilər onu paytaxtsız, türk mirvarisi - Bakısız elan etdilər, "Bakı yoxdursa, Azərbaycan yoxdur!" dedilər, ingilis ordusunun qabağına yalnız öz ağıllarının gücü ilə çıxaraq Bakıda parlamentin iclasını çağırıb üçrəngli bayrağı qaldırdılar. Onlar öz şəxsiyyətləri ilə nümunə göstərdilər, tarixin hansı mərhələsindən baxırsan bax, yenə mübarək simaları görünəcək. Qırmızı yalanlar uyduran sovet işğalı hədəfi manqurt yetişdirmək olan təbliğatına qədər güc verdisə , yaddaşımızı tam itirmədik. Şükür bu günə ki, ibtidai sinifdə oxuyan uşaq belə 28 aprelin işğal günü olduğunu, 1918-ci ilin martında Bakıda vətəndaş müharibəsinin yox, soyqırımının törədildiyini, 28 maya Müstəqillik Günü kimi dəyər verildiyini yaxşı bilir.

Qulu müəllimin kitabı özündən əvvəl aparılmış elmi-publisistik tədqiqatların ruhuna uyğun olaraq səliqəli ümumiləşdirmələri ilə diqqəti cəlb edir. Bu yerdə Cümhuriyyət irsinin öyrənilməsində tarixçi alimlərin gördüyü işləri, yaratdıqları zəngin elmi bazanın əhəmiyyətini qeyd etmək lazımdır. Bir neçə nümunəyə nəzər yetirmək kifayətdir ki, bu işlərin miqyası haqqında təsəvvürümüz yaransın. Qısa müddətdə orta məktəblər üçün tarix dərsliklərinin yazılması, çoxcildli "Azərbaycan tarix"lərinin işıq üzü görməsi yeni konsepsiyaya söykənərək ümumiləşmiş vəsaitlərin hazırlanması prosesinin davam etdirilməsi, Xalq Cümhuriyyəti Ensiklopediyasının buraxılması, Naxçıvan İrəvan xanlıqlarının tarixlərini hazırlayan alimlər korpusuna Dövlət mükafatının verilməsi milli kimliyimizin öyrənilməsi yönündə mühüm töhfələrdir. Bir qədirbilənlik nümunəsi kimi xatırlatmağı özümüzə borc bilirik ki, Azərbaycan Sovet mətbuatı tarixində ilk dəfə "Odlar yurdu" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə haqqında tədqiqatçı alim Mövsüm Əliyevin irihəcmli məqaləsi çap edilmişdi. Unudulmaz mütəfəkkir müəllimimiz Şirməmməd Hüseynovun "Açıq söz" "Azərbaycan" qəzetlərinin tədqiqinə yönəlmiş böyük miqyaslı fəaliyyəti tarixin ləkələrinin silinməsində əvəzsiz rol oynamışdır. Professor Nəsiman Yaqublunun Rəsulzadə irsinə həsr olunmuş yaradıcılığı isə tarixi şəxsiyyətin milli yaddaşımızda mənəvi-siyasi portretinin dolğunlaşmasında misilsiz xidmət kimi dəyərləndirilməlidir. Unudulmaz Aydın Balayevin kitabları milli düşüncəmizi daim diri saxlayan xəzinədir. Professor Solmaz Tohidinin tədqiqatları ilə yanaşı, Cümhuriyyət irsinin yaşadılması istiqamətində tükənməz enerjisi adamın ürəyini riqqətə gətirir. Bu siyahını uzatmaq da olar əminik ki, yeni təqdiqatçılar nəsli, yeni gələn fikir adamları sözügedən mövzuda öz imzalarını təsdiqləyəcəklər. Birmənalı olaraq vurğulaya bilərik ki, professor Qulu Məhərrəmlinin kitabı Rəsulzadə irsinin öyrənilməsində təbliğində yeni səhifədir. 

M.Ə.Rəsulzadə 71 illik ömrünün yalnız 36 ilini, yəni sırf gənclik çağlarını öz vətənində yaşayıb mübarizə apara bilmişdi. Elə buna görə hər zaman gəncliyə böyük ümidlər bəsləyirdi 1919-cu ilin 28 mayında İstiqlal bayramı münasibətilə üzünü Azərbaycan gəncinə tutaraq deyirdi: "Ey türk gənci! Bu gün sənin gənc cümhuriyyətinin bir yaşı olur. Kim bilir, tarixi-ilahinin tovfiqi ilə yüzlərlə, minlərlə sənələr sən bugünkü bayrağını götürüb səmimi bir sevinc, həqiqi bir vüqar ilə istiqlal aldığın bu günü xatırlayacaqsan.

... Ey türk gənci, iftixar et, qardaş. Oğuz xan nəsli arasında birinci olaraq ən mədəni üsuli-idarəyə, cümhuriyyət üsuluna nail olan sənsən".

 

Natiq MƏMMƏDLİ

Yazıçı, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2024.- 31 yanvar, № 18.- S.13.