COP-29-un Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyət daşıyır

 

Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi ekoloji cinayətlərin miqyası ölçüyəgəlməz dərəcədə böyükdür. İşğalçının basdırdığı minalar təkcə insanlara deyil, həm ətraf mühitə, flora faunaya çox ciddi ziyan vurur, təbiəti təhdid edir, inkişafı ləngidir.

Mina təhlükəsi bitkilərə, ətraf mühitə qarşı terrordur bu gün davam edir. Qarabağ Şərqi Zəngəzurda 1,5 milyondan çox mina hərbi sursatın partlamamış şəkildə mövcud olması ehtimal edilir. Çox təəssüf ki, işğalın nəticəsi olaraq Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir.

2020-ci ildə erməni işgalından azad edilmiş 2023-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni silahlı dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə (əkilmiş) basdırılmış mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə təhvil verilməsi ən aktual zəruri olan bir işdir, təəssüf ki, buna məhəl qoyulmur.

Ermənistanın mina terroru canlı təbiətimiz, nəsli kəsilməkdə olan heyvanlar üçün çox böyük təhlükə mənbəyidir.

Məhv olmuş Bəsitçay Dövlət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib, əsasnamə xəritəsi təsdiq olunub, qoruq ərazisində bioloji müxtəliflik komponentlərinin öyrənilməsi nəzarətə götürülüb. İşğal zamanı 107 hektar sahəsi olan təbiət qoruğunun ərazisinin yarısında Şərq çinarları digər ağaclar məhv edilib, ümumilikdə flora faunaya külli miqdarda ziyan vurulub.

Bəsitçay Qaragöl Dövlət Təbiət qoruqlarında, eləcə Qubadlı, Laçın Daşaltı Təbiət yataqlarında bioloji müxtəlifliyin ekosistemin bərpası uzunmüddətli prosesdir.

Respublikamızda 140 su anbarı mövcuddur. Onların su həcmi 21,9 milyard kubmetr təşkil edir. Bu anbarlar ölkənin əkinçilik təsərrüfatında böyük əhəmiyyətə malikdir. Həmin su anbarlarından biri 1964-cü ildə Xaçınçay üzərində qurulub. Uzunluğu 940 m, tutumu isə 23 min kub metr olan anbarın suyundan işğaldan əvvəl Ağdam şəhəri ətraf yaşayış məntəqələrinin su ehtiyacının ödənilməsi üçün istifadə edilirdi.

Rayonun 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində su anbarlarından 27 il istifadə etmək mümkün olmayıb. Bu müddət ərzində istifadəsiz qalan anbarlarda heç bir təmir-bərpa işi aparılmayıb. 2020-ci ilin sonunda 44 günlük müharibədəki böyük qələbədən sonra rayonun ərazisi düşmən tapdağından azad edildi, az müddət sonra erməni ordusunun qalıqlarının yerləşdiyi Fərrux yüksəkliyini ordumuz nəzarətə götürdü, bununla da Xaçınçay su anbarı Azərbaycanın nəzarətinə keçmiş oldu. Bununla həm ermənilərin Azərbaycana qarşı su terrorunun qarşısı alındı.

 

Biz Ümumdünya Təbiəti Mühafizə Fonduna onun rəhbərliyinə müraciət edərək onları Ermənistanın bu qəddar hərəkətlərini pisləməyə, durdurmağa çağırırıq!

Dəqiq mina xəritələrinin Azərbaycan dövlətinə təhvil verilməsində təşkilatın əvəzsiz töhfəsi ola bilər bu, Cənubi Qafqazın təbiətini xilas edər. Biz heç bir canlının, o cümlədən, heyvanların bundan sonra mina qurbanı olmasını istəmirik.

Qarabağ iqtisadi zonasında olan Oxutçay, Köndələnçay, Qorçuçay, Çərəkan çay, Qarqarçay, Qaraçay, Qabartı çayı bütövlükdə bütün çay çay yataqları ekoloji terrorun qurbanı olub, suyu qurudularaq, məcraları dəyişdirilib. Çaylara piyada əleyhinə minalar axıdılıb ki, bu da çayın mənsəbində yaşayan dinc əhali üçün çox böyük fəsadlar törədir, insan itkisinə səbəb olur. Eyni taleyi Sərsəng, Suqovuşan, Xaçınçay su anbarları da yaşayıb.

Qarabağın dilbər guşəsi olan Ağdamın ərazi, bitki örtüyü, meşə massivləri, su hövzələri, hətta kəhrizləri, (təqribən 97) quru ərazi - şəhər kəndlər o dərəcədə dağılıb, viran qoyulub ki, "Qafqazın Hirosiması" adını alıb, "Ruhlar şəhəri" adlandırılıb.

Son iki ildə Xaçınçayda ciddi restovrasiya işləri görülüb. 2022-ci ildə möhtərəm Prezident İlham Əliyevin Ağdama növbəti səfəri zamanı təmirdən çıxan su anbarı istismara verilib. Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri bərpası aparılıb.

Hələ Azərbaycan hökuməti tərəfindən 1964-cü ildə istismara verilən anbar sovetlər dövründə meliorasiya məqsədi üçün istifadə edilir, eyni zamanda bu anbar vasitəsilə Ağdam şəhəri şəhərətrafı yaşayış məntəqələrinin su ehtiyacı ödənilirdi.

Məlumdur ki, Azərbaycan su resursları az olan ölkələrdəndir. Hesab edirik ki, belə bir vaxtda Sərsəng, Suqovuşan, Xaçınçay kimi iritutumlu anbarlarının nəzarətimizə keçməsi, yenidən istismara verilməsi olduqca əhəmiyyətlidir.

Cənab Prezident tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub ki, bu da ölkəmizin geosiyasi geostrateji mövqeyinin daha da möhkəmləndirəcək.

Görünən görünməyən bu qədər təhlükəyə baxmayaraq, Böyük Zəfərimizin Memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizə çoxlu sayda səfərlər edir, quruculuq bərpa işlərinə rəhbərliyi, hətta öz ad gününü orada qeyd etməklə, şəxsən həyata keçirir.

Bu görülən irimiqyaslı işlərin davamı kimi onu da qeyd edək ki, BMT-nin iqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində əsası qoyulan "Tərəflər Konfransı" kimi nəhəng, 198 üzv dövləti özündə birləşdirən COP-29-un ölkəmizdə keçirilmə qərarı Azərbaycan rəhbərinin müstəsna əməyinin nəticəsidir. Hər il keçirilən, ilk dəfə 1995-ci ilin martında Berlində təşkil olunan COP-un katibliyi Bonn şəhərində yerləşir. Bütün böyük dövlətlər bu tədbirə ev sahibliyi etməyə çalışır.

Bu tədbirin ölkəmizdə keçirilmə qərarının müstəsna əhəmiyyəti olacaq. Dünyanın hər yerindən gələcək 70-80 min qonaq, əminəm ki, işğaldan azad edilmiş ərazilərimizlə yaxından tanış olacaqlar. Bu həm turizmin inkişafına təkan verəcək.

 

Bəxtiyar İSKƏNDƏROV

Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Ağentliyi Ekologiya İnstitutunun Ekoloji tədqiqatlar elmi araşdırmalar şöbəsinin rəis müavini

 

525-ci qəzet.- 2024.- 17 yanvar, № 8.- S.6.