Xətai Sənət
Mərkəzində rəssam Bayram Qasımxanlının sərgisi
açılıb
Xətai Sənət Mərkəzində Azərbaycan
Rəssamlar İttifaqının üzvü, Azərbaycan
Dövlət Memarlıq və İnşaat Universitetinin
baş müəllimi, pedaqoq, qrafika rəssamı, karikatura və
eksilibris ustası Bayram Qasımxanlının “Qrafika”
kitabının təqdimatı keçirilib və “Qara rəngin
zəhmi” adlı sərgisi açılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbiri
giriş sözü ilə sənətşünas, Milli
İncəsənət Muzeyinin aparıcı mütəxəssisi,
Azərbaycan Elmlər Akademiyasının doktorantı, “Qrafika”
kitab-kataloqun mətn müəllifi Əsəd Quliyev
açaraq kitab haqqında məlumat verib.
Xətai Sənət Mərkəzinin direktoru Zahid
Əvəzov qonaqları salamlayaraq müəllifə
uğurlar arzulayıb.
Sonra Azərbaycan Rəssamlar İttifaqının
üzvü, rəssam-qrafik-dizayner Mais Əliyev, Memarlıq və
İnşaat Universitetinin müəllimləri -
xalçaçı rəssam Oktay Murtuzayev, Əməkdar
müəllim Yaşar Səmədov, sənətşünas,
fəlsəfə elmləri doktoru Dilarə Vahabova öz
ürək sözlərini bölüşüblər.
Tədbirdə rəssamın sənət dostları,
tələbələri iştirak edib.
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.13.