“Ulduz"lu
görüşlər”in növbəti qonağı Əyyub
Qiyas olub
Azərbaycan Yazıçılar Birliyinin mətbu
orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam
edir.
Mia.az xəbər verir ki,
"Ulduz"lu görüşlər" çərçivəsində
bu dəfə
yazıçı, ssenarist və tərcüməçi
Əyyub Qiyasla Azərbaycan Universitetinin tələbələri
bir araya gəliblər.
Natəvan klubunda keçirilən görüşdə
"Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru Qulu
Ağsəs, eləcə də jurnalın şöbə
redaktoru Taleh Mansur iştirak edib.
Əyyub Qiyas öz ədəbi yaradıcılıq
yoluna nəzər salıb, filmoqrafiyada qazandığı
uğurların əsas istiqamətləri haqda məlumat
verib,özünü bu sahələrdə sınamaq istəyən
gənclərə tövsiyə və məsləhətlərini
əsirgəməyib.
Qonaq yazıçının "Qara
işıq", "Sonuncu büt" romanları və
"İtvuran" hekayələr kitabı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdə fəal iştirak edən tələbələrə
müəllifin imzalı kitabları hədiyyə edilib.
Qeyd edək ki, "Ulduz" ədəbiyyat dərgisinin
təşkilatçılığı ilə həyata
keçirilən "Ulduz"lu görüşlər"in
növbəti qonağı "Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turan olacaq.
525-ci qəzet .- 2025.- 8 aprel(№57).- S.9.