Bakıda “Qızıl sap” Heykəltaraşlıq
Vorkşopu başa çatıb
Avropa İttifaqı və “European Crafts Alliance”ın dəstəyi
ilə Avropa İncəsənət və Sənətkarlıq
Günləri (EACD) çərçivəsində “Arts
Council Azerbaijan” tərəfindən təşkil olunan
“Qızıl sap” Heykəltaraşlıq Vorkşopu uğurla
başa çatıb. Layihənin kuratoru Aysel
Nağıyevadır.
AZƏRTAC xəbər verir ki, seminarda azərbaycanlı
rəssamlar Zamiq Rzayev, Zaur Kərimxanov, Şəhriyar Mərdiyev,
Aysel Nağıyeva və Kübra Əmirzadə iştirak
ediblər. Onların hər biri dövrlər, xalqlar və bədii
ənənələr arasında mədəni əlaqə
ideyasını əks etdirən “Qızıl sap” mövzusunun
müəllif şərhini təqdim edib.
Yaradıcılıq prosesi zamanı
iştirakçılar keçmişlə indinin arasında
ifadə və qarşılıqlı əlaqə vasitəsi
kimi keramikanın imkanlarını tədqiq ediblər. Onlar ənənəvi
sənətkarlıq üsullarını müasir formalarla
birləşdirərək, varislik, kimlik və mədəni
dialoq mövzularının aydın şəkildə səsləndiyi
əsərlər yaratdılar.
Layihə təkcə təcrübə mübadiləsi
məkanı deyil, həm də mədəni irsin müasir incəsənətdə
rolunun dərk edilməsi üçün mühüm
platformaya çevrilib.
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.9.