Azərbaycan musiqi
qrupu Sidneydə konsert verib
Avstraliya İttifaqında fəaliyyət göstərən
ilk Azərbaycan musiqi qrupu olan “AYTAY”ın Sidney şəhərində
konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən
AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycanın bəstəkar
mahnılarından ibarən ifalar və Əməkdar artisti
Sevinc Hüseynlinin ifasında rəqslər nümayiş
olunub.
Tədbirdə Azərbaycanın Avstraliyadakı
müvəqqəti işlər vəkili Vaqif Cəfərov,
Sidney, Kanberra, Melburn və Brisben şəhərlərindən
diaspor nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Avstraliyada “AYTAY” musiqi qrupunun əsası
2017-ci ildə güneyli soydaşımız Aslan Şərifi
tərəfindən qoyulub. 2024-cü ildən başlayaraq
qrupun Brisben və Melburn şəhərlərində konsertləri
keçirilib.
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.9.