Mədəniyyət
Nazirliyi ilə ADA Universiteti memorandum imzalayıb
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi ilə ADA Universiteti arasında “Yaradıcı Mərkəz”
layihəsi çərçivəsində əməkdaşlığa
dair anlaşma memorandumu imzalanıb.
Sənədi ADA Universitetinin rektoru professor Hafiz
Paşayev və mədəniyyət naziri Adil Kərimli
imzalayıblar.
Memorandum ADA Universiteti ilə “Yaradıcı Mərkəz”
arasında nəzəri və təcrübi biliklərin
artırılması sahəsində əməkdaşlığı
ehtiva edir.
Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin
İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz)
Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə
2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən
təsis olunub.
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.9.