Mədəniyyət naziri Akademik
Milli Dram Teatrının kollektivi ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli aprelin 16-da Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında olub.
Nazir Akademik Milli Dram Teatrını özünəməxsus
sənət ənənələri olan mədəniyyət
ocağı kimi səciyyələndirib.
Qeyd olunub ki, teatrın repertuarında Azərbaycan və
dünya kilassiklərinin əsərləri ilə
yanaşı, müasir müəlliflərin də əsərlərinə
yer verilir.
Adil Kərimli Prezident İlham Əliyevin ölkəmizdə
mədəniyyət sahəsinin inkişafına davamlı diqqət
və qayğı göstərdiyini deyib. Vurğulayıb ki,
Bakı şəhərində və bölgələrdə
teatrların fəaliyyəti üçün müasir şərait
qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir.
Teatrlar da yaradılan şəraitdən səmərəli
istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər.
Xüsusilə də gənc əməkdaşların bilik və
bacarıqlarının artırılması diqqətdə
saxlanılmalı, bununla bağlı konkret addımlar
atılmalıdır.
Teatrın rəhbərliyi sənət
ocağının fəaliyyəti və repertuar siyasəti, gələcək
planları barədə məlumat verilib.
Çıxışlar zamanı teatrın
yaradıcılıq fəaliyyəti ilə bağlı təkliflər
səsləndirilib, fikir mübadiləsi aparılıb, əməkdaşların
sualları cavablandırılıb.
525-ci qəzet .- 2025.-
18 aprel(№65).-S.9.