Azərbaycan Milli Konservatoriyasında Ümummilli
Liderin xatirəsi anılıb
Azərbaycan Milli Konservatoriyasında Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr
olunmuş “Onu zaman seçdi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan
Milli Konservatoriyası və “Bizi birləşdirən mədəniyyət”
İctimai Birliyinin birgə təşkilatçılığı
ilə keçirilib.
Əməkdar artist Ramil Qasımov qeyd edib ki,
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin
qurucusu kimi sənətkarlara həmişə xüsusi
qayğı göstərib və Azərbaycan musiqisinin
inkişafına müstəsna əhəmiyyət verib.
Daha sonra Heydər Əliyevin “Küçələrə
su səpmişəm” mahnısını ifa etdiyi kadrlar
nümayiş etdirilib.
Tədbirin bədii hissəsində görkəmli bəstəkarların
əsərlərindən və Azərbaycan xalq musiqisinin incilərindən
ibarət zəngin proqram təqdim olunub.
Konsertdə tanınmış və gənc
ifaçılar çıxış ediblər.
525-ci qəzet .- 2025.- 11 dekabr (¹226).-S.10.