İstiqlal Muzeyində
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş sərgi
Azərbaycan İstiqlal Muzeyində görkəmli
dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ilk
Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr
olunmuş “İstiqlalın zərif imzası: Fətəli xan
Xoyski” adlı tədbir-sərgi keçirilib.
Sərgi çərçivəsində Azərbaycan
İstiqlal Muzeyinin fondlarından, tarix üzrə fəlsəfə
doktoru Dilqəm Əhmədin və filologiya üzrə fəlsəfə
doktoru Ədalət Tahirzadənin şəxsi arxivindən, eləcə
də Dövlət Arxivinin fondundan gətirilmiş 27 nadir
fotoşəkil nümayiş olunub.
Bu materiallar Xoyskinin siyasi irsini, dövlət
quruculuğu fəaliyyətini və Azərbaycan Xalq
Cümhuriyyəti dövrünün tarixi reallıqlarını
daha dərindən öyrənmək üçün
mühüm mənbə rolunu oynayır.
Tədbirdə tarix üzrə fəlsəfə
doktoru, Dövlət İdarəçilik Akademiyasının
kafedra müdiri Firdovsiyyə Əhmədova, millət vəkili,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Fazil Mustafa, tarix üzrə fəlsəfə doktoru
Dilqəm Əhməd, İstiqlal Muzeyinin direktoru Sədi
Mirseyibli və başqa çıxış edənlər
Xoyskinin həyat və fəaliyyətindən, dövlətçilik
tariximizdəki irsindən söz açıblar.
Fətəli xan Xoyskinin irsinin qorunması və gələcək
nəsillərə çatdırılması
baxımından əhəmiyyət daşımaqla
yanaşı, Azərbaycan dövlətçilik tarixinin vacib
məqamlarını da gündəmə gətirən sərgi
dekabrın 12-dək davam edəcək.
525-ci qəzet .- 2025.- 9 dekabr (№224).- S.9.