“Boşluğa xütbə” filminin
Bakı premyerası olub
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Azərbaycan Respublikasının Kino
Agentliyinin (ARKA) postprodakşn mərhələsində dəstəklədiyi
“Boşluğa xütbə” filminin yerli premyerası
“İƏT Mədəniyyət Festivalı: Bakı
Yaradıcı Həftə – 2025”, “Baku Cinema Breeze” beynəlxalq
kino proqramı çərçivəsində baş tutub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a
bildirilib ki, tədbirin açılışında filmin
rejissoru Hilal Baydarov ekran əsərinin ideya xətti,
yaradıcı konsepsiyası, çəkiliş prosesi və
beynəlxalq festival təcrübəsi barədə ətraflı
məlumat verib. O, “Boşluğa xütbə” filminin Venesiya,
Tokio və Qahirə kimi nüfuzlu beynəlxalq kino
festivallarında nümayiş olunmasının Azərbaycan kinosunun
qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini
vurğulayıb. Rejissor, eyni zamanda, filmin ərsəyə gəlməsində
göstərilən dəstəyə görə Kino Agentliyinə
(ARKA) təşəkkürünü ifadə edib.
Bakıdakı premyera nümayişində filmin
yaradıcı heyəti, dövlət qurumlarının
nümayəndələri, yerli və beynəlxalq kino mütəxəssisləri,
media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin
nümayəndələri iştirak ediblər. Film
tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Xatırladaq ki, “Boşluğa xütbə” filmi daha əvvəl
82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar
proqram” bölməsində, Tokio Beynəlxalq Film
Festivalının əsas müsabiqə proqramında və
Qahirə Beynəlxalq Film Festivalında uğurla
nümayiş etdirilib.
525-ci qəzet .- 2025.- 9 dekabr (¹224).- S.14.