"Fizikanın düzgün tədrisində
məzmun yenilənməsi vacib şərtdir"
Təbiət qanunlarının öyrədilməsi
üçün əsas fənlərdən olan fizika
şagirdlərin məntiqi düşünmə, problemləri
analiz etmə və elmi araşdırma bacarıqlarının
formalaşmasında mühüm rol oynayır. Müasir təhsil
sistemində fizikanın tədrisi yalnız nəzəri biliklərin
ötürülməsi ilə məhdudlaşmır; məqsəd
şagirdlərdə real həyatda baş verən fiziki prosesləri
anlamaq, elmi düşüncə tərzinə yiyələnmək
və araşdırma mədəniyyətini inkişaf etdirməkdir.
Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi
şöbəsinin əməkdaşı Sevda Tanrıverdinin
sözlərinə görə, dövrümüzdə elm və
texnologiya xüsusi rol oynayır. Hazırkı inkişaf
prosesində fizika elminin rolu əvəzolunmazdır.
Fizikanın aktual problemləri fizika elminin əsas
mövzularından biridir. Fizikanın aktual problemləri dedikdə
iqlim dəyişikliyi, süni intellekt, kosmik tədqiqatlar,
enerji böhranı və s. nəzərdə tutulur:
"Fizikanın aktual problemləri mövzusu şagirdlərdə
elmi dünyagörüş, tənqidi düşüncə və
problem həll etmə bacarıqlarını inkişaf etdirmək
üçün tədris olunur. Bu mövzunu şagirdlərə
tədris etmək üçün müasir təlim
metodlarından istifadə edilə bilər. Həmin müasir
təlim metodlarına problem əsaslı öyrənmə,
layihə əsaslı öyrənmə və sairi misal
göstərmək olar. Mövzunu tədris etmək
üçün şagirdlərə qruplarla iş, müzakirə,
debat kimi iş üsullarından istifadə edə bilərik.
Fizikanın aktual problemlərini şagirdlərə tədris
etmək üçün fənlər arası inteqrasiya, təbiətlə
inteqrasiyadan da istifadə etmək mümkündür. Bu
mövzunu şagirdlər tərəfindən daha sadə
şəkildə başa düşülməsinə şərait
yaradır. Fizikanın aktual problemləri mövzusunu
laboratoriyada da tətbiq etmək olar. Bu şəkildə
şagirdlər mövzunu praktiki şəkildə mənimsəmiş
olacaqlar. Enerji daşınması, enerji çevrilmələri,
maqnit cəzbolunması və s. məsələləri
laboratoriyada tətbiq zamanı daha yaxşı mənimsətmək
mümkündür. Fizikanın aktual problemləri mövzusu həm
nəzəri, həm praktiki cəhətdən şagirdlərə
düzgün aşılanmalıdır. Şagirdlər bu
mövzu haqqında qazandıqları bilik və bacarıqları real həyatda tətbiq
edə bilməlidirlər. Bu məqalədə fizikanın
aktual problemlərinin müəyyənləşdirilməsi,
şagirdlərə tədrisi sadə şəkildə izah
etmək üçün hansı üsul və vasitələrdən
istifadə olunması, effektiv öyrənmə
metodlarının tətbiq edilməsinə geniş yer
verilib".
O deyir ki, XXI əsr dünyada elmi, texnoloji və sosial
sahələrdə misilsiz dərəcədə sürətli
dəyişikliklərin baş verdiyi bir dövr kimi qiymətləndirilir.
Bu dəyişikliklər qlobal proseslərin daha da dərinləşməsinə,
ölkələr arasında qarşılıqlı
asılılığın artmasına və yeni inkişaf
istiqamətlərinin formalaşmasına səbəb
olmuşdur. Qloballaşma artıq müasir dünyanın
qaçılmaz reallığı kimi qəbul edilir və
bütün dövlətlərin bu prosesə
uyğunlaşmasını zəruri edir: "Gənclərin
tələblərə uyğun şəkildə
formalaşdırılması və inkişaf etdirilməsi ən
vacib amillərdəndir. Həmin inkişaf mərhələsi
dövrümüzün ən aktual məsələlərindən
biri hesab edilir. Qloballaşma dövrü gənclərin beynəlxalq
əlaqələrə uyğunlaşması, fərqli mədəniyyətlərlə
yaxından tanış olması və qlobal məsələlərə
hazırlıqlı olmalarını sövq edir. Bu cür
yanaşma şagirdlərin gələcək
yönümlü baxımdan daha məqsədyönlü və
uğurlu olmaları üçün şərait yaradır.
Belə səbəblərə əsaslanaraq demək olar ki,
fizika fənninin orta və ali məktəb proqramlarında tədrisi
məqsədəuyğun şəkildə təşkil
olunmalıdır. Hazırda inkişaf edən dünyamızda
elm və texnologiyanında sürətli şəkildə
inkişaf etməsi fizika elminə olan marağı daha da
artırdı. Şagirdlərə fənni tədris edərkən
müasir təlim metodlarından və interaktiv təlim
metodlarında istifadə etmək lazımdır. Mövcud olan
təhsil proqramlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi
ən zəruri amillərdən biridir. Müasir interaktiv təlim
metodlarının, qiymətləndirmə meyarlarının təyin
edilməsi, resursları yenidən tənzim edilməsi,
şagirdlərin fizika sahəsindəki biliklərini möhkəmləndirir
və dərinləşdirir. İnteraktiv təlim metodları
və praktiki fəaliyyətlər təhsilalanların elmi fəaliyyətini
inkişaf etdirir və qloballaşan dünya problemləri ilə
bağlı tətbiqetmə imkanını yaradacaqdır.
Fizika elminin inkişafı müasir təlim metodlarının
və texnologiyanın tətbini təmin edir. Bu da yeni təlim
metodlarının və yeni texnologiya platformalarından istifadə
etməyə sövq edir. Dünyanın qabaqcıl ölkələrində
texnologiyanın tam olaraq inkişaf etməsinə baxmayaraq,
fiziki biliklərini də inkişaf etdirmək
üçün xüsusi yollar axtarışındadırlar.
Müasir təlim metodlarına malik təhsil sistemi tətbiq
etmək və elmi-pedaqoji potensiala malik müəllimlərin
hazırlığını da həmin istiqamətdə
inkişaf etdirmək ən vacib amillərdən biridir. Təhsil
sitemində təhsilverənlərin müasir təlim
metodlarına uyğun olaraq hazırlanması, yeni təlim
metodlarının və innovativ yanaşmaların tətbiqi təhsil
keyfiyyətlərinin formalaşması üçün ən
vacib amillərdən biridir. Bununla yanaşı olaraq,
müasir maddi texniki baza fizika təhsilinin səmərəliliyini
artırır və laboratoriya işlərinin keyfiyyətini
inkişaf etdirir. Fizika elminin aktual problerindən biri də, tərtib
olunmuş proqramların icrasını təmin etmək
üçün nəzərdə tutulmuş elmi-pedaqoji və
sosial-iqtisadi tədbirlər kompleksinin kifayət etməməsidir.
Problemlərdən biri də fizikanın cəmiyyət tərəfindən
çətin və anlaşılması mürəkkəb
bir fənn kimi qəbul edilməsidir. Fizika elminə dair
mücərrəd anlayışlar və hadisələr,
mürəkkəb riyazi ifadələrdən istifadə edilməklə,
şərh olunan fiziki anlayışlar təhsilalanların
diqqətini cəlb etməkdə problem yaradır".
Sevda Tanrıverdinin dediyinə görə, fizikanın
aktual problemləri müvafiq şəkildə
qruplaşdırıla bilər: "Fizika fənninin müasir
əhəmiyyətinin təhsilalanlara
çatdırılması, fizika elminin müasir nailiyyətləri,
yaradıcı və analitik düşüncə
bacarıqlarını inkişaf etdirən biliklərin gənclərə
aşılanması. Fizika təliminin
planlaşdırılması və təşkil olunması,
fizika dərslərinin məqsədyönlü şəkildə
planlaşdırılması, məzmun və strukturun
düzgün qurulması, tələbələrin analitik
düşünmə və problem həll etmə
bacarıqlarının müasir tələblərə
uyğun inkişaf etdirilməsi. Fizikanın düzgün tədrisində
təlim məzmununun yenilənməsi də vacib şərtdir.
Onun məzmunu müasir tələblərə cavab verməli,
həm nəzəri bilikləri, həm də praktiki
bacarıqları formalaşdırmalıdır. Təlim
texnologiyalarının təkmilləşdirilməsi, innovativ
təlim metod və resurslarının tətbiqi təhsilalanların
təlimə marağını artırır və öyrənmə
prosesinin səmərəliliyini yüksəldir. Fizika təlimində
istifadə olunan texniki vasitələr və eksperimental metodlar
təhsilalanlarda həm elmi təfəkkürü, həm də
praktiki bacarıqları inkişaf etdirir. Təhsilverənlərin
elmi-pedaqoji fəaliyyətinin inkişaf etdirilməsi vacibdir.
Müəllimlərin peşəkar
hazırlığının gücləndirilməsi və
müasir təlim metodlarının tətbiqi fizika təliminin
keyfiyyətini yüksəldir. Qiymətləndirmə üsul
və vasitələrinin təkmilləşdirilməsi
mütləqdir. Təhsilalanların bilik və
bacarıqlarının qiymətləndirilməsi onların
yalnız nəzəri deyil, həm də tətbiqi və
praktiki bacarıqlarını əhatə etməlidir.
Fizikanın aktual problemləri mövzusunu şagirdlərə
tədrisi necə asanlaşdıra bilərik? Hazırda
"fizikanın aktual problemləri" mövzusu orta məktəb
şagirdləri üçün həm maraqlı, həm də
çətin ola bilər. Bu mövzunu şagirdlər tərəfindən
asan qavranılması üçün müəyyən metod
və yanaşmalardan istifadə etmək lazımdır.
Fizikanın aktual problemləri, iqlim dəyişikliyi, nüvə
enerjisi, süni intellekt, kosmik tədqiqatlar və kvant
texnologiyaları kimi mövzuları gündəlik həyatla əlaqələndirərək
izah etmək lazımdır. Nümunə olaraq belə göstərmək
olar ki, hal-hazırda baş verən qlobal istiləşmənin
qarşısını almaq üçün fiziki biliklərimizdən
necə istifadə edə bilərik? İlk olaraq şagirdlərə
qlobal istiləşmə izah edilməlidir. Bu, yer kürəsinin
orta temperaturunun insan fəaliyyəti nəticəsində
artmasıdır. Dünyada qlobal istiləşmə yaradan əsas
səbəblər karbon qazı, metan və sair".
Onun söylədiyinə görə, fizikada təcrübələr
şagirdin marağını artırır və nəzəri
biliklərin gerçəkliyini təsdiq edir. Sadə
laboratoriya işləri - hərəkət qanunları, optika,
elektrik dövrələri - fiziki proseslərin daha
yaxşı qavranmasına kömək edir. Fizikada təcrübələr
şagirdin marağını artırır və nəzəri
biliklərin gerçəkliyini təsdiq edir. Sadə
laboratoriya işləri - hərəkət qanunları, optika,
elektrik dövrələri - fiziki proseslərin daha
yaxşı qavranmasına kömək edir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 9 dekabr (№ 224).- S.15.