Azərbaycan və
Misir arasında mədəni əməkdaşlıq
münasibətləri müzakirə olunub
Dekabrın 9-da Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli ölkəmizin ev sahibliyi etdiyi “İƏT
Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə
– 2025” çərçivəsində Bakıda səfərdə
olan Misir Ərəb Respublikasının mədəniyyət
naziri Ahmed Fuad Hanno ilə görüşüb.
Görüş zamanı nazir Adil Kərimli
qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə
edərək, Misir tərəfinin bu mötəbər beynəlxalq
tədbirə göstərdiyi diqqətə görə təşəkkürünü
bildirib. Qeyd olunub ki, Azərbaycan və Misir arasında mədəni
əməkdaşlıq həm ikitərəfli formatda, həm
də beynəlxalq təşkilatlar çərçivəsində
uğurla inkişaf edir. Mədəniyyətin müxtəlif
sahələri üzrə təcrübə mübadiləsi,
birgə layihələrin həyata keçirilməsi və
qarşılıqlı iştirak üçün geniş
imkanların mövcud olduğu vurğulanıb.
Misirin mədəniyyət naziri Ahmed Fuad Hanno da öz
növbəsində Azərbaycan-Misir münasibətlərinin
yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, mədəniyyət
sahəsində əməkdaşlığın daha da
genişləndirilməsi üçün böyük
potensialın olduğunu bildirib. O, Azərbaycanın festivala
yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi
vurğulayaraq, tədbirin İslam dünyası ölkələri
arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə
mühüm töhfə verəcəyinə əminliyini ifadə
edib.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb, sonda Misirin mədəniyyət
nazirinə xatirə hədiyyəsi təqdim olunub.
525-ci qəzet .- 2025.- 10 dekabr (№ 225).- S.10.