Parisdə azərbaycanlı
pianoçu Eldəniz Ələkbərzadənin konserti olub
Tanınmış azərbaycanlı pianoçu Eldəniz
Ələkbərzadə Parisdə böyük maraqla
qarşılanan konsert proqramı ilə çıxış
edib.
Konsertdə iştirak edənlər
gənc musiqiçinin ifasını yüksək qiymətləndiriblər.
Konsert proqramında Bethoven, Debüssi və Prokofyev
kimi dünya şöhrətli bəstəkarların əsərləri
səsləndirilib. Eldəniz Ələkbərzadə
ifasında əsərlərin emosional dərinliyi və texniki
ustalığı dinləyicilər tərəfindən
böyük maraqla qarşılanıb.
Eldəniz Ələkbərzadə 2016-cı ildə
Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi
Kollecini, 2020-ci illərdə isə Bakı Musiqi
Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
2022-ci ildən Parisdəki nüfuzlu “École Normale Alfred
Cortot” məktəbində təhsilini davam etdirir və burada
ifaçılıq bacarıqlarını təkmilləşdirir.
Gənc pianoçu yaxınlarda “La Marianne” müsabiqəsində
ikinci yeri qazanaraq, yeni bir uğura imza atıb. Dekabrın 11-də
isə o, eyni konsert proqramını “Salle Cortot” konsert
zalında “Midi et Demi” konsert silsiləsində təqdim edəcək.
Bu tədbir hər zaman Paris musiqisevərləri
üçün xüsusi maraq doğurur.
Eldəniz Ələkbərzadənin konsertləri Azərbaycan
musiqi məktəbinin yüksək səviyyəsini və gənc
istedadların beynəlxalq səhnədəki
potensialını nümayiş etdirir.
525-ci qəzet .- 2025.- 10 dekabr (¹ 225).- S.10.