Ülvi duyğularım dəhnədir, dəhnə,
10 dekabr tanınmış şair və publisist, Azərbaycan
Yazıçılar Birliyinin Mingəçevir bölməsinin
sədri İsmayıl İmanzadənin doğum
günüdür. 80 yaşı tamam olan İ.İmanzadə
təkcə öz nəsildaşları arasında və
yaşayıb-yaratdığı bölgədə yox,
bütövlükdə çağdaş Azərbaycan ədəbi
mühitində özünəməxsus yer tutur. 80 illik
yubileyi münasibətilə İsmayıl İmanzadəyə
səmimi təbriklərimizi və xoş
arzularımızı ünvanlayır,
yaradıcılığından nümunələri
oxucularımıza təqdim edirik.
Ürəyim şeirlə dolu bir təhnə.
Nə bir az təzəyəm, nə də ki köhnə,
Sənin "ol" dediyin gündənəm, Allah!
Qəribəm, heç nəyə gəlmir
gümanım,
Sevgindir əbədi dinim-imanım.
Saflıq-halallıqdır andım-amanım,
Yoğurub-yapdığın kündənəm, Allah!
Sənsən tacidarı göyün, yerin də,
Heç vaxt açılmayan sirrin dərində.
Əgər ismim yoxsa "can dəftəri"ində,
Deyim: - İsmayıl adlı bəndənəm, Allah!
lll
Avazıdır ötüb keçən hər
anın,
Heç vaxt gizli saxlamayıb ünvanın.
Qobustanda daş köynəkli dastanın,
Mürgüləyən yaddaşında sirdi, söz.
Sədasıymış torpağın da, daşın
da,
Şəhiddi, qazidi yurd savaşında...
Saxlamışam ürəyimin başında,
Dəyərlidir sərraf olan yerdə söz.
Hər şah beyti çiçək kimi təzə-tər,
"Bəsləsən" sal daşın üstə
də bitər...
Öz qınına tez çəkilər qəm-kədər,
Məlhəm kimi yaxılanda dərdə söz.
Halallığı açıq alnım, ağ
üzüm,
Hər misrası göz oxşayan bir düzüm...
Nə yaxşı ki yaddaşında var izim,
Həmdəmimdi qələm-kağız, bir də
söz...
lll
Ömrüm boyu yan keçsəm də axından,
Hər yetəni tanımadım yaxından.
Əcəl gəlib yapışanda yaxamdan:
"Tez ol, ölüm şərbətini iç"
demə.
Dost bildiyim ürəyimi sındırıb,
Həyat məni "döyə-döyə"
qandırıb.
Öz əlinlə körpüləri yandırıb
Mənə: "Namərd körpüsündən
keç" demə.
Bu gedişin əyrisi nə, düzü nə,
Tamarzıyam məhəbbətin közünə.
Saf eşqimin kül üfürüb gözünə:
"Özün gedib öz tayını seç"
demə.
Gözlərimdə şimşək kimi
çaxmısan,
Necə deyim durulanda axmısan?
Bir vədələr axırıma
çıxmısan,
Baxışların qatil imiş heç demə.
İsmayıl
MƏRCANLI-İMANZADƏ
525-ci qəzet .- 2025.- 11 dekabr (№226).- S.14.