Gənclər Kitabxanasının
növbəti elektron toplusu
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə
doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətlə
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında elektron məlumat bazası hazırlanaraq istifadəçilərə
təqdim edilib.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında
Zemfira xanımın həyat və fəaliyyətinin əsas
tarixləri, bir sıra görkəmli şəxslərinin
onun haqqında söylədikləri dəyərli fikirlər,
rəsmi sənədlər, layiq görüldüyü
mükafatlarla yanaşı, “Çox kiçik dünya"nın
incə qəlbli söz adamı”, “Döyüşə
qızlar gedir... Zemfira Məhərrəmlinin “Ümid
işığı” pyesi əsasında hazırlanmış
tamaşa haqqında”, “Yaz təravətli, bahar ətirli -
Zemfira Məhərrəmli” kimi məqalələrin tam mətni
yer alıb.
Elektron topluda Zemfira Məhərrəmlinin
yaradıcılıq nümunələrinin, tərtib və
redaktə etdiyi kitabların, elmi məqalələrinin,
müsahibələrinin, eləcə də onun haqqında qələmə
alınan dövri mətbuat nümunələrinin
siyahıları verilib.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan bazada “Virtual sərgi”, “Filmoqrafiya”, “Foto və
videoqalereya” bölmələri də istifadəçilərə
təqdim olunub.
Elektron toplu kitabxananın saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 12 dekabr (¹227).- S.12.