“Günay” uşaq teatrı
“Arşın mal alan” tamaşasını nümayiş etdirib
“Günay” uşaq teatrının yaradıcı
studiyası Azərbaycan Milli İncəsənət Muzeyində
dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasını nümayiş
etdirib.
Kulis.az xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin
anadan olmasının 140 illiyi münasibətilə səhnələşdirilib.
Əvvəlcə çıxış edən
“Günay” uşaq teatrının bədii rəhbəri və
baş rejissoru Larisa Tarusova Milli Muzeyin səhnəsində
çıxış imkanı yaratdıqlarına görə
muzey rəhbərliyinə minnətdarlığını
bildirib. O qeyd edib ki, müxtəlif repertuarlarla yanaşı
“Günay” uşaq teatrında, xüsusilə vətənpərvərlik
mövzusu mühüm yer tutur və kollektiv uzun illərdir
Üzeyir Hacıbəylinin yaradıcılığına
xüsusi diqqət ayırır.
“Mənim tanıdığım Ələsgər”
kitabının təqdimatı oldu
Təmənnasız baş rollar ifa etdi, həkimlər
kənddə yaşamağı məsləhət
gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar
- Onu niyə sərgilərə buraxmırdılar?
O xatırladıb ki, teatr 15 ildir “Arşın mal alan”
tamaşasını müxtəlif nəsillərdən olan
uşaqların iştirakı ilə təqdim edir və
bununla da böyük milli mədəniyyəti onlara sevdirir.
Rejissorun sözlərinə görə, yeni aktyor heyəti
ilə uzun və zəhmət tələb edən bir
hazırlıq prosesi keçirilib və bu tamaşanın məhz
uşaqlar tərəfindən sevilməsi onun
üçün xüsusilə dəyərlidir. Cəmi 8 əsas
rolun olmasına baxmayaraq, çoxlu sayda uşaqlar tamaşada
iştirak etmək üçün müraciət edir, mətni
əvvəlcədən öyrənir və hazırlıq
prosesinə qoşulmağa can atırlar.
Tamaşada Tuncay Həmidli, Əzizə Məhərrəmova,
Oktay Xudiyev, Manisa Bağırova, Alesya Aksyonova, Marqarita Fadeyeva
və digər gənc ifaçılar yer alıb.
Tamaşanın rejissoru və bədii tərtibatçısı
Larisa Tarusovadır.
Qeyd edək ki, “Günay” teatr-studiyası uzun illərdir
qazandığı nüfuzu qoruyub saxlayır və
çoxsaylı beynəlxalq və respublika teatr müsabiqələrinin
laureatı kimi tanınır.
525-ci qəzet .- 2025.- 12 dekabr (¹227).- S.12.