Gənclər Kitabxanasında Ulu
Öndərin xatirəsinə həsr edilən silsilə
materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı, bütün varlığı ilə Vətəninə,
xalqına bağlı olan dünyaşöhrətli siyasətçi
və böyük dövlət xadimi, Ümummilli Lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş geniş virtual
kitab sərgisi və “Heydər Əliyev və milli dövlətçilik”
adlı daycest hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan
materiallar Azərbaycan dövlətçiliyi tarixində
müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik
qazanan, dövlət müstəqilliyimizin, azərbaycançılıq
məfkurəsinin banisi, Ümummilli Liderin mənalı həyat
yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və
gənclər arasında təbliği məqsədilə ərsəyə
gətirilib.
Virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının
müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər,
məlumatlar yer alır. Materialda bir sıra rəsmi sənədlərin
tam mətni, Ulu Öndər Heydər Əliyevin həyatı
və ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları,
təltifləri haqqında məlumatlar təqdim edilir. Virtual
kitab sərgisində Ulu Öndərə həsr edilən
dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət,
təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və
digər mövzularda qələmə alınan “Heydər
Əliyev. Xalqa həsr olunmuş ömür”, “Ümummilli
Lider: Azərbaycandan Türk dünyasına”, “Tariximizin Heydər
Əliyev zirvəsi”, “Heydər Əliyev obrazı təsviri sənətdə”,
“Heydər Əliyevin siyasi dilinin lüğəti”, “Heydər
Əliyev hər zaman bizimlə” kimi kitabların tam mətni sərgilənir.
Ümummilli Lider Heydər Əliyevin anım
günü münasibətilə hazırlanan virtual kitab sərgisi
kitabxananın rəsmi saytında yer alıb.
“Heydər Əliyev və milli dövlətçilik”
adlı daycestdə Ulu Öndərin milli dövlətçiliyin
qorunub saxlanması və inkişafı uğrunda misilsiz fəaliyyətini
əks etdirən materiallar, bir sıra müəlliflərin
elmi, publisistik və analitik məqalələrinin biblioqrafik təsviri
və qısa xülasəsi toplanıb. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan materialda bir sıra rəsmi sənədlərin
tam mətni ilə yanaşı, görkəmli şəxslərin
Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri
dəyərli fikirlər də yer alır. Bundan əlavə
daycestdə “Müstəqil dövlətin memarı və
qurucusu” adlı məqalənin tam mətni də təqdim
edilir.
“Heydər Əliyev və milli dövlətçilik”
adlı daycest kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 13 dekabr (¹228).- S.14.