Yaponiya - böyük
transformasiyalar ölkəsi
(Əvvəli ötən şənbə
saylarımızda)
Bu dövrdə incəsənətdə və sənətkarlıqda
gözəl sənətkarlar və onların
yaratdıqları incilər meydana gəldi. Poeziyada Matsua
Basyonun (Başonun) haykuları (hokkuları) diqqəti cəlb
etdi.
Matsuo Basyo (Başo) 1644-1694-cü illərdə
yaşamışdı, hayku (hokku) ustası olmaqla, öz əsərləri
ilə oxucularına, daha dərindən düşüncəyə
nail olmaqda köməklik
göstərmişdi. O, Kioto
yaxınlığındakı kiçik samuray ailəsində
doğulmuş, Kiotoda təhsil alarkən Çin
poeziyasını və Daosizmi öyrənmişdi. İlk dəfə
yaxın olan sözlərdən düzəldilən şeir
formasında - hayku renqada yazmağa başlamışdı.
Renqa şeirinin başlanğıcı hokku kimi
tanınır, rədifə uyğun gəlməyən sətirlərin
üçü kimi qurulur və ilk sətir beş hecadan ibarət
olur.
Hayku şeirləri 5-7-5 hecadan ibarət olmaqla, 17
hecalıdır, ona digər şairdən iki 7 heca əlavə
olunduqda, 31 hecalıq, beş sətirli tanka əmələ gəlir.
Hayku cəmi üç sətirli olmaqla, həm də sadəliyi
ilə fərqlənir.
Şair Basyo öz ləqəbini
həyətində əkdiyi banan ağacının yapon dilindəki
adından götürmüşdü. Eranın unikal ruhu özünü
"kədər dünyası" adlanan üslubda
nümayiş etdirdi. Hayku üslubu müasir populyar poeziyaya da
daxil oldu. Basyo döyüşçü ailəsində
doğulmuşdu, sonra özü o qədər
ustalığı ilə seçilməyən bir samuraya
çevrilmişdi. Mövcud hayku üslubu heç də məmnunedici
olmadığından, Basyo öz adını daşıyan
yeni üslub yaratdı. Kiçik həcmli və sadə
sözlərdən istifadə etməklə, o, həmçinin
haykuya yeni gözəllik verdi.
Ümumiyyətlə, yaponlar arasında şeir yazma
geniş yayılmışdır, onun standartları da sərtdir.
Hayku 17 hecadan, 3 sətirdən, tanka isə 31 hecadan və 5 sətirdən
ibarətdir. İslandlar saqa yazdıqları kimi, yaponların
da hamısı şeir yazır.
Romançı kimi isə Takemoto Gidayu məşhurlaşdı.
Xikamatsu isə 80 tarixi dram yazmışdı. Kabuki teatrı
üçün isə əlavə 30 əsər
yaratmışdı. Onun "borc" ideyası feodal mənəviyyatı
tərəfindən az başa düşülsə də,
ancaq şərəf və ləyaqət prinsipləri ənənəvi
şüura uyğun gəlirdi.
Rəngkarlıq da inkişaf edirdi. Onu şöhrətə
çatdırmaqla, məşhurluq
qazanmış yapon rəssamı Katsusika Hokusay 1849-cu ildə
84 yaşında Tokioda öldü. Onun
"Fudziyama lövhələri" çox məşhurdur.
Okeanda dalğa elə şahə qalxmışdır ki, hətta
hündür Fudzi-san dağı da onun yanında kiçik
görünür. Bəlkə də bu, sahilə çatanda
on metrlərlə hündürlüyə qalxan
dağıdıcı bir sunami dalğasıdır. Bu tablo
hesabına Hokusay Yaponiyanın sərhədlərindən kənara
çıxmış, bütün dünyada
tanınmışdır. Bu rəsm əsəri Azərbaycanda
da çox populyardır, Abu-Dabidə isə şəhərin
nüfuzlu sakini İsam al- Ketbi dəbdəbəli malikanəsinin
bir iri divarında həmin tablonun böyüdülmüş
freskasını çəkdirmiş və onu qonaqlarına
iftixar hissi ilə göstərir. Hokusayın
yaradıcılığı həm də vaxtilə Avropa rəngkarlığındakı
impressionizmə və modern üsluba xeyli təsir göstərmişdi.
Dövlət quruluşuna gəldikdə, XVIII əsrin
başlanğıcında Bakufu sisteminin öz daxili ziddiyyətləri
üzə çıxdı və zəiflik əlamətlərini
göstərdi. Ferma məhsulları yaşayışın
aşağı standartlarına uyğun gəlirdi, ölkə
özü üçün dəmir alətlər, duz, dərman
vasitələri kimi bəzi mühüm məhsulları
istehsal edə bilmirdi. Vergiləri isə artıq pulla ödəmək
qaydası tətbiq olunmuşdu. Ona görə də fermer daha
çox məhsul satmalı idi. Kommersial iqtisadiyyat ferma kəndlərinə
qədər genişləndikdə, fermerlər arasında
sosial parçalanma əmələ gəldi. Həyatın
şəhər yolunun inkişafı ilə samuray sinfi şəhərlərdə
yaşadıqlarından, onlar da artan bahalıqdan əziyyət
çəkirdilər.
Səkkizinci syoqun olan Tokuqava Yoşiminin dövründə
bir sıra islahatlar həyata keçirilməyə
başlandı. O, mülki adamları maliyyə və kənd
inzibatçılığında vəzifələrə təyin
etdi ki, hökumətin fəaliyyətinin səmərəliliyini
yüksəltsin. O, vergidən gələn gəliri
artırmaq üçün istifadəyə yeni torpaqlar
açdı. Düyünün aşağı düşən
qiymətinə nəzarət cəhdinə görə, onu
"düyü syoqunu" adlandırmışdılar. Lakin
1730-cu illərdəki böyük aclıq vaxtı
düyünün qiyməti kəskin surətdə artdı.
Bu isə Edoda qiyam qalxmasına səbəb oldu.
1800-cü illərin erkən dövründə xarici əlaqələr,
ölkədə təzyiq göstərən bir problemə
çevrildi və Edoda vəziyyət mürəkkəbləşdi.
Hələ 1804-cü işə Rusiya elçisi Ryazanov
Naqasakidə olarkən, kommersial əlaqələr
qurmağı tələb etdi.
Bakufu tələbi rədd etdikdə, onun adamları
yaxındakı adaya hücum etdilər. İngilis gəmiləri
də cənubda yapon sularına girdilər. Bakufu sisteminin zəifləməsi
daha ciddi xarakter daşıyırdı. Avropanın modern elmlərinin
öyrənilməsi səviyyəsi də yüksəldi. Təbabət
sahəsində Qərb elmi daha güclü olana çevrildi.
Son 300 il ərzində ölkədə populyar biliklər xeyli
artmışdı.
1830-cu ildən başlayaraq 15 il ərzində Tempo
islahatları Bakufu sisteminin tənəzzülünü
sürətləndirdi. Böyük aclıq nəticəsində
viran qalmış fermer kəndlərini, syoqun bərpa etməyə
çalışırdı. Edo və Osika birbaşa Bakufu nəzarətinə
keçdi. Başlıca vəzifə Edonun müdafiəsi
idi. Syoqun Tadakuni öz məskənindən qovuldu. Lakin Tokuqava
sülaləsi öz hakimiyyətini əlavə 30 ildə
saxlamağı bacardı.
1850-ci ildən 18 il sonra siyasi dəyişikliklər nəticəsində
taxt-tac Mutsihito hakimiyyətinə keçdi. Rejim Meydzi
("İşıqlanmış idarəetmə")
adlandı və gənc imperatorun hakimiyyəti 1868-1912-ci illərdə
davam etdi. Meydzi transformasiyası əslində 1868-ci ildən əvvəl
başlanan sosial və siyasi inqilab hesabına baş
vermişdi.
1850-ci illərdə xaricilərin ölkəyə gəlməsi
daxili siyasətdə də yeni nəticələr meydana gətirdi.
Bunlar aydınlaşdıqda, syoqunun Yaponiyanı barbarlardan
himayə etməyə qadir olmadığını göstərdi.
Kiotoda imperial sarayının nüfuzu bərpa edildi.
"İmperatoru seçmək!" və
"Barbarları qovmaq!" şüarı adamlar tərəfindən
ilk dəfə olaraq qaldırıldı, onlar syoqun siyasətinə
təsir göstərmək istəyirdilər. Bu vaxt digərləri
isə Tokuqavanı dəstəkləməyə can
atırdı. Syoqunun ratifikasiyası vaxtı Kioto sarayı
özünün güclü müxalifəti ilə üzləşməli
oldu. İllər ərzində ekstremizm meydana gəlmişdi.
İki əyalət amerikanlar tərəfindən bombardman
edildikdən sonra, xariclərin hərbi aliliyinə heç bir
şübhə yeri qalmadı. 1865-ci ildə Böyük
Britaniya syoqunatı danışıqlar buxovuna sala bildi. Tədricən
aydın oldu ki, bütün hakimiyyət Kiotonun üzərinə
düşür.
Xaricilərin bombardmanından sonra samuray rəyi qəzəb
şəklində böyüyərək, baş verən
sürətli hərbi dövlət çevrilişi
hesabına hakimiyyəti ələ keçirdi. İmperatorun
başçılığı altında yeni hökumət
yaradıldı. Qərbin metodlarının və hərbi məşqin
tətbiqi əsasında yeni milis birlikləri meydana gəldi.
1866-cı ildə Tokuqava ordusunun uğurlu dəf edilməsi
syoqunatın hakimiyyətinin və nüfuzunun itməsi ilə
nəticələndi. 1867-ci ildə gənc Meydzi imperatoru iki əyalətdəki
liderləri ələ aldı, artıq axırıncı
syoqunun tədbirləri fayda vermirdi. İmperial ordu Edoya
doğru irəlilədi və döyüş keçirmədən
şəhəri tutdu. 1868-ci ilin yanvarında imperial idarəetməni
öyrənmək üçün mühüm lordlar Kiotoya
çağırıldılar. Sonrakı ili isə paytaxt
Edoya köçürüldü, o vaxtdan da şəhər
Tokio adlandı.
Meydzi hökuməti syoqunu hakimiyyətdən
uzaqlaşdırdı. Onlar inanmışdılar ki, Yaponiya
Milli hökumətin başçılığı
altında birləşməlidir ki, Qərb hakimiyyətləri
ilə hərbi və resurs bərabərliyinə nail ola
bilsin. Gənc samurayların ölkənin izolyasiyasını
qoruyub saxlamaq naminə həyata keçirdiyi tədbirlər,
bu sinfin özünü məhv etdi.
Gənc imperator bu qərara gəldi ki, Qərbin
gücü, konstitusionalizmdən asılıdır və bu həm
də maddi güc əmələ gətirir. Xüsusən
yaxşı məşq etdirilmiş hərbi qüvvəyə
malik olmaq lazım idi. Bilik mənbəyi də Qərbdə
axtarılmalı idi. 1871-ci ildə iri tərkibli nümayəndə
heyəti Avropaya və ABŞ-a yollandı. Ölkədə
artıq modernizasiya tədbirlərinin həyata keçirilməsi
tələb olunurdu.
Meydzi liderləri feodal mərkəzləşməni
dağıtmağa yönəldilmiş tədbirlərə əl
atdı, onlar bunda Yaponiyanın zəifliyini görürdülər.
1871-ci ildə qubernator daymyolar Tokioya
çağırıldı və onlara feodalizmin ləğv
edildiyi elan edildi. Əvvəlki 300 əyalət 72 prefektura ilə
əvəz olundu. Daymyolar inzibati idarəçiliklə əlaqələrini
itirdilər.
Ölkədə 2 milyona yaxın samuray var idi. 1869-cu
ildə bu köhnə iyerarxiya yenisi ilə əvəz edildi.
Feodal lordlar aristokratlara çevrildilər. Samuraylara onların
əvvəlki gəlirlərinə uyğun olan pensiya təyin
edildi. Həm də samuraylara məxsus olan xüsusi irsi
ötürülmə ləğv edildi. Qılınc gəzdirmə
və sinfin köhnə nişanları sonralar qadağan
edildi. Samuraylar əcnəbilərin təsirinə
qarşı iradələrini təlqin etmək
üçün inqilab qaldırdıqları halda, öz
sinfinin ləğvi ilə inqilabın ilk qurbanları oldular.
Döyüşçülərin az hissəsi
kommersiya fəaliyyəti ilə məşğul olmağa
başladı.
Samurayların hərbi xidmətdəki ənənəvi
inhisarı da ləğv edildi. Bir neçə samuray
qiyamı baş verdi, onların çoxu inzibati tədbirlərdən
narazılığa əsaslanırdı. 1877-ci ildə
Satsumada baş verən axırıncı ən böyük
qiyama, bərpa edilmiş qəhrəman Sayqo Taxamori
başçılıq edirdi. Qiyamı yatırmaq
üçün, hökumət keçmiş samurayları hərbi
xidmətə cəlb etdi və sonuncu qiyam da uğurla yatırıldı.
Sənayeləşmə proqramı və parlamentin
yaranması
Pul çatışmaması çətinliyinin təzyiqinə
baxmayaraq, hökumət sənayeləşmə
proqramını həyata keçirməyə başladı.
Hərbi sənaye sahələri və strateji kommunikasiyalarla
yanaşı, hökumət bunu gücləndirmək
üçün pilot bitkilər əkməyə
başladı. Ticarət və manufaktura sahələrinə
diqqət artırıldı.
Əvvəllər baş verən yüksək
inflyasiyalardan qorxu nəticəsində yeni özəl
investorlar yarandı. Az sonra fərdlər çox sahədəki
işlərə ağalıq etməyə başladı,
onlar əsasən maliyyə qrupları idi. Geniş imkanlar və
az şəkildə rəqabət hesabına müəssisələrin
müxtəlif formaları meydana gəldi. Onların məqsədi,
hökumət liderlərinin özlərinin bəslədikləri
ümidlərə yaxın idi. Bərpa liderləri
kollegiyası yaradıldı.
Modern dövlət quruculuğu üçün milli
loyallığın inkişafı, bərabər dərəcədə
əhəmiyyətli idi. Kütlələr arasında yeni
loyallıq münasibəti meydana gəldi. Sintoizm dini milli
ilahi qüvvələrə sitayiş yolu ilə, Buddizmin
yerini tutdu. 1873-cü ildə xristianlıq da leqallaşdı.
Təhsil sistemi ideoloji istiqamət üçün ideal bir
vasitəyə çevrildi. 1872-ci ildə universal təhsil
elan edildi. Onların təşkili və fəlsəfəsi Qərbdən
ilhamlanmağa əsaslanırdı. "Milli azadlıq"
bütün yapon təbəələrindən patriotik bir borc
kimi sitayiş formasını tələb etdi. Kütləvi təhsilin
xüsusi qaydasından, sektantizmi, həmçinin xalq
arasında samuray loyallığını geniş şəkildə
himayə etmək üçün istifadə edildi, bu isə
idarə edən sinfin irsindən başqa bir şey deyildi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.22.