Gənclər
Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb
Respublika Gənclər Kitabxanasında Xalq artisti,
Dövlət mükafatı laureatı, korifey sənətkarımız
Rəşid Behbudovun 110 illiyi münasibətilə “Bir
ömürlük alqış” adlı videomaterial
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda sənətkarın
həyat və yaradıcılığından bəhs olunub.
Videomaterialda Rəşid Behbudovun ifasında xalq
yaradıcılığını, vokal sənətini, estrada
janrını böyük məharətlə
uyğunlaşdırdığı, bir sıra ölkələrdə
geniş konsert proqramları ilə Azərbaycan xalq
mahnılarının və bəstəkar əsərlərinin
tanınmasında əvəzsiz xidmətlərinin olması
qeyd edilib.
Kitabxana əməkdaşlarının
hazırladığı materialda Xalq artisti Rəşid
Behbudovun səs yazıları, ifaları səsləndirilib,
ona dünya şöhrəti qazandıran “Arşın mal
alan” filmindən fraqmentlər sərgilənib.
525-ci qəzet .- 2025.- 16 dekabr (¹229).- S.9.