Kitabxanada Dünya
Türk Dili Ailəsi Günü münasibətilə virtual sərgi
hazırlanıb
Özbəkistanın Səmərqənd şəhərində
keçirilən UNESCO-nun 43-cü Baş Konfransında
türk dövlətlərinin hazırladığı və
26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüslə
UNESCO tərəfindən dekabrın 15-i Dünya Türk Dili
Ailəsi Günü elan edilib. Bu münasibətlə Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
“Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi
hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Türk Dövlətləri Təşkilatı çərçivəsində
münasibətlərin gücləndirilməsi istiqamətində
söylədiyi dəyərli fikirlər, Birinci Türkoloji
Qurultayın 90 və 100 illik yubileylərinin keçirilməsi
haqqında qəbul edilən sərəncamların tam mətni
təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən
hazırlanan materialda “Azərbaycanşünaslıqdan
türkşünaslığa”, “Avropada türkologiya”,
“Türk ədəbi dillərinin birliyinə doğru”, “Turan
sivilizasiyasına giriş”, “Türk düşüncəsi və
türkçülük tarixi haqqında” 20-dən çox
kitabın tam mətni təqdim edilir. Virtual sərgidə
kitablar ilə yanaşı “Birinci Türkoloji Qurultay – türk
ruhunun qələbəsi”, “Türkologiya Turan birliyinin təməl
daşıdır”, “Azərbaycan türkologiyası: təməllər,
təmayüllər”, “Türk dünyasında ortaq
düşüncə və kimlik axtarışları” kimi
dövrü mətbuat nümunələrinin tam mətni də
sərgilənir.
525-ci qəzet .- 2025.- 16 dekabr (¹229).- S.9.