Agentlik: Böyük maraq olsa, məktəblərdə
dinlə bağlı fənn yaradılması təklif edilə
bilər
"Məktəblərdə din və mənəviyyatla
bağlı ayrıca fənn yaradılmasına böyük
maraq olarsa, dövlət standartlarına təklif edilə bilər".
APA xəbər verir ki, bunu Azərbaycan İlahiyyat
İnstitutunun müəllimi, Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor
müavini Vəfa Yaqublu “Dini düşüncə mədəniyyəti:
pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda
çıxışı zamanı bildirib.
O bildirib ki, dövlət standartları adlı sənəddə
açıq şəkildə orta təhsil müddətində
şagirdlərin hansı bilik, bacarıq və dəyərləri
hansı səviyyədə mənimsəməli olduqları
göstərilir: “Belə bir dəyişiklik və ya əlavənin
edilməsi üçün ümummilli səviyyədə qəbul
olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada
müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir.
Əgər bu sahəyə ciddi ictimai maraq mövcuddursa, məsələ
əsaslandırılmış və elmi yanaşma ilə
dövlət standartlarına təklif edilə bilər”.
525-ci qəzet .- 2025.- 16 dekabr (¹229).- S.4.