Gənclər
Kitabxanası “Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait
nəşr etdirib
Bu il XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin
anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətilə
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanası şairin həyat və
yaradıcılığına həsr edilən biblioqrafik vəsait
nəşr etdirib. Respublika Gənclər Kitabxanasının nəşr
etdiyi “Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait
şair haqqında tərtib olunan ilk biblioqrafiyadır.
Şairin 120 illik yubileyi ərəfəsində tərtib
olunan biblioqrafik göstəricidə rəsmi sənədlər,
akademik Nizami Cəfərovun “Biblioqrafiya haqqında ön
söz”, “Osman Sarıvəllinin həyat və
yaradıcılığı”, Xalq şairi Zəlimxan Yaqubun
“Xatirələr işığında - Osman Sarıvəlli”,
ədəbiyyatşünas Vaqif Yusiflinin “Osman Sarıvəlli
– 120” adlı məqalələri, “Osman Sarıvəllinin həyat
və yaradıcılığının əsas tarixləri”,
“Osman Sarıvəlli görkəmli şəxsiyyətlər
haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və
mədəniyyət xadimləri Osman Sarıvəlli
haqqında”, həmçinin müəllifin öz əsərləri,
kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə
çap olunmuş əsərləri, məqalə və
çıxışları, tərcümələri,
şairin həyat və yaradıcılığını, ədəbi
fəaliyyətini əks etdirən 1928-2025-ci illəri əhatə
edən materiallar öz əksini tapıb.
Vəsait tərtib edilərkən Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasının,
Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi
Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Prezident Kitabxanasının,
BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi
və elektron kataloqlarından, internet resurslarından, Salman
Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin sənədlərindən istifadə edilib.
Kitabın elmi redaktoru və “Ön söz” müəllifi
akademik Nizami Cəfərovdur.
525-ci qəzet .- 2025.- 17 dekabr (¹230).- S.9.