Sumqayıt Teatrı Akademik Milli Dram
Teatrının səhnəsində çıxış edib
Sumqayıt Dövlət Dram Teatrının kollektivi
Akademik Milli Dram Teatrının səhnəsində məşhur
Osetin dramaturqu Georgi Xuqayevin “Varlı ev” əsəri əsasında
hazırlanan eyniadlı tamaşa ilə Bakı teatrsevərləri
qarşısında çıxış edib.
Bu barədə Sumqayıt Dövlət Dram
Teatrından məlumat verilib.
Bildirilib ki, tamaşanı teatrsevərlərlə
yanaşı, tanınmış ictimaiyyət nümayəndələri,
teatr və kino xadimləri də izləyiblər.
Səhnə əsərinin quruluşçu rejissoru
Xalq artisti Firudin Məhərrəmovdur. Pyes rus dilindən
Əməkdar incəsənət xadimi Ağalar
İdrisoğlu tərəfindən tərcümə edilib.
Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam
Nabat Səmədova, musiqi tərtibatçısı isə
Şəmistan Muradxanlıdır.
“Varlı ev” tamaşası XX əsrin əvvəllərində
sərt ailə qaydaları altında yaşayan bir ailənin
faciəsini, var-dövlət hərisliyinin insan talelərini
necə sındırdığını və ailə
münasibətlərini necə
dağıtdığını bədii-estetik dillə
tamaşaçıya təqdim edir.
Səhnə əsərində rolları Əməkdar
artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Sədaqət
Nuriyeva, aktyorlar Oqtay Mehdiyev, Habil Xanlarov, Şəmistan
Süleymanlı və Məryəm Hüseynli ifa ediblər.
Sumqayıt Dövlət Dram Teatrının bu
çıxışı teatrlararası yaradıcılıq
əlaqələrinin möhkəmləndirilməsi və
region teatrlarının paytaxt səhnəsində uğurla təmsil
olunması baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.
525-ci qəzet .- 2025.- 17 dekabr (¹230).- S.9.