Amnistiyaya kimlər düşəcək?
Amnistiya tətbiq edilən şəxslərin dairəsi
müəyyənləşib
Bu, Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu, İnsan
hüquqları komitələrinin bu gün keçirilən birgə
iclasında müzakirəyə çıxarılan
“Konstitusiya və Suverenlik İli” çərçivəsində
amnistiya elan edilməsi haqqında qanun layihəsində öz əksini
tapıb.
Layihəyə əsasən, təyin edilmiş cəzanın
müddətindən asılı olmayaraq,
aşağıdakı məhkumlar müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər
(bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd
edilən məhdudiyyətlər nəzərə
alınmaqla):
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda aparılan
döyüş əməliyyatlarında, o cümlədən
Vətən müharibəsində və 2023-cü il
sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında
iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda
həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumları;
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda aparılan
döyüş əməliyyatlarında, o cümlədən
Vətən müharibəsində və 2023-cü il
sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında
iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə
görə Azərbaycan Respublikasının orden və
medalları ilə təltif olunmuş şəxslər
(qanunvericiliklə müəyyən edilmiş qaydada orden və
medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
- bu Qərar qüvvəyə mindiyi günədək,
o cümlədən Vətən müharibəsi
dövründə mülki əhaliyə qarşı Ermənistan
Respublikasının hərbi təxribatı nəticəsində
əlil olmuş şəxslər və ya həlak olmuş
şəxslərin yaxın qohumları;
- Xocalı soyqırımında əlil olmuş şəxslər,
həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumları;
- 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə,
terrorçuluq və soyqırımı siyasəti nəticəsində
Ermənistandan deportasiya olunmuş şəxslər;
- 1988-1993-cü illərdə Azərbaycan ərazisinin
bir hissəsinin Ermənistan tərəfindən
işğalı nəticəsində öz doğma
torpaqlarından məcburi köçkün
düşmüş şəxslər;
- 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar
əlilliyi müəyyən edilmiş şəxslər və
şəhid olmuş şəxslərin yaxın qohumları;
- Azərbaycan Respublikasının, habelə
keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində
beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı
əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin
həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar
həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumları;
- İkinci Dünya müharibəsi dövründə
faşizmə qarşı döyüşlərdə
iştirak etmiş, eləcə də həmin dövrdə
keçmiş SSRİ-nin Silahlı Qüvvələrində
və arxa cəbhədə xidmət etmiş və
qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər
tutulan şəxslər, həmçinin bu döyüşlərdə
həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumları,
habelə keçmiş SSRİ-nin orden və medalları ilə
təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən
edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər
istisna olmaqla);
- keçmiş SSRİ dövründə siyasi
repressiyaya məruz qalmış, sonradan səlahiyyətli
orqanların qərarları ilə bəraət almış
şəxslər və onların yaxın qohumları;
- Çernobıl qəzasının aradan
qaldırılmasında iştirak etmiş şəxslər və
onlara himayəçilik edən şəxslər (himayəçilik
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən
olunmuşdursa);
- qadınlar;
- cinayət törədərkən 18 yaşına
çatmamış şəxslər;
- bu Qərar qüvvəyə mindiyi günədək
60 yaşına çatmış şəxslər;
- bu Qərar qüvvəyə mindiyi günədək
orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə
əlilliyi müəyyən edilmiş şəxslər;
- öhdəsində (himayəsində) yetkinlik
yaşına çatmayan övladı, yaxud orqanizmin
funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş övladı olan şəxslər,
o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək
atalığı, övladlığa götürməsi, qəyyumluğu
və himayəçiliyi qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müəyyən olunmuş şəxslər.
- Bu Qərarın 1-ci hissəsində nəzərdə
tutulan şəxslərdən başqa,
aşağıdakı məhkumlar cəzadan azad edilsinlər
(bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər
nəzərə alınmaqla):
- yalnız böyük ictimai təhlükə törətməyən
cinayət törətdiklərinə görə müəyyən
müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmiş şəxslər;
- bu Qərarın 2.1-ci bəndində nəzərdə
tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan
cinayət törətdiklərinə görə 5 ildən
artıq olmayan müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum olunmuş şəxslər;
- bu Qərarın 2.2-ci bəndində nəzərdə
tutulan şəxslərdən başqa, az ağır cinayət
törətdiklərinə görə təyin edilmiş
müəyyən müddətə azadlıqdan məhrum etmə
cəzasının bu Qərar qüvvəyə mindiyi günədək
çəkilməmiş hissəsi 1 ildən artıq olmayan
şəxslər;
- bu Qərarın 2.2-ci bəndində nəzərdə
tutulan şəxslərdən başqa, ilk dəfə
ağır cinayət törətdiklərinə görə təyin
edilmiş müəyyən müddətə azadlıqdan məhrum
etmə cəzasının bu Qərar qüvvəyə mindiyi
günədək çəkilməmiş hissəsi 6 aydan
artıq olmayan şəxslər;
- intizam xarakterli hərbi hissədə saxlama cəzasına
məhkum edilmiş şəxslər;
- azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş şəxslər;
- hərbi xidmət üzrə məhdudlaşdırma
cəzasına məhkum edilmiş şəxslər;
- islah işləri cəzasına məhkum edilmiş
şəxslər;
- ictimai işlər cəzasına məhkum edilmiş
şəxslər;
- əsas cəza kimi müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə cəzasına məhkum
edilmiş şəxslər;
- böyük ictimai təhlükə törətməyən
cinayət törətdiklərinə görə əsas və
ya əlavə cəza kimi cərimə cəzasına məhkum
edilmiş şəxslər, habelə əsas və ya əlavə
cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə
cəzasına məhkum edilmiş və ya bu Qərarın
tetbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş
hissəsi üç min manatdan artıq olmayan şəxslər;
- böyük ictimai təhlükə törətməyən
və ya az ağır cinayət törətdiklərinə
görə azadlıqdan məhrum etmə cəzasına şərti
məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq
vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın
çəkilməsi təxirə salınmış şəxslər;
- azadlıqdan məhrum etmə ilə bağlı
olmayan cəzaya şərti məhkum edilmiş və ya bu
növ cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi
təxirə salınmış şəxslər.
Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə
tutulan şəxslərdən başqa,
aşağıdakı məhkumların cəzası 6 ay
azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd
edilən məhdudiyyətlər nəzərə
alınmaqla):
- az ağır cinayət törətməyə
görə təyin edilmiş müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzasının bu Qərar
qüvvəyə mindiyi günədək çəkilməmiş
hissəsi 1 ildən artıq olan şəxslər;
- ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə
görə təyin edilmiş 5 ildən artıq müddətə
azadlıqdan məhrum etmə cəzasının bu Qərar
qüvvəyə mindiyi günədək çəkilməmiş
hissəsi 6 aydan artıq olan şəxslər.
- Bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə
tutulan şəxslər, habelə böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş şəxslər
haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən
amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır,
başlanılmış cinayət təqibinə isə xitam
verilir (bu Qərarın 6-cı və 7-ci hissələrində
qeyd edilən məhdudiyyətlər nəzərə
alınmaqla).
- Məhkəmələr:
- icraatında olan bu Qərar qüvvəyə mindiyi
günədək baxılmamış cinayət işləri
və məhkəməyədək sadələşdirilmiş
icraat materialları üzrə bu Qərarın 1.1-1.16-ñı bəndlərində
nəzərdə tutulan şəxslər, habelə
böyük ictimai təhlükə törətməyən
cinayət törətmiş şəxslər barəsində
cinayət təqibinə xitam verir və ya həmin şəxsləri
təyin edilmiş cəzadan azad etməklə ittiham
hökmü çıxarırlar (bu Qərarın 6-cı və
7-ci hissələrində qeyd edilən məhdudiyyətlər
nəzərə alınmaqla);
Bu Qərar qüvvəyə mindiyi günədək
çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək
apellyasiya qaydasında mübahisələndirilməyən
qanuni qüvvəyə minməmiş hökmlər üzrə:
Bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə
tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər
(bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd
edilən məhdudiyyətlər nəzərə
alınmaqla);
- bu Qərarın 2-ci hissəsində nəzərdə
tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər
(bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər
nəzərə alınmaqla);
- bu Qərarın 3-cü hissəsində nəzərdə
tutulan şəxslərin cəzalarını azaldırlar (bu
Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər
nəzərə alınmaqla);
- icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri
(protestləri) üzrə işlərə baxarkən bu Qərarın
5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına
müvafiq olaraq amnistiya tətbiq edirlər.
525-ci qəzet .- 2025.- 17 dekabr (¹230).- S.4.