Mətbuat
Şurasının İdarə Heyəti 2025-ci ildə son
iclasını keçirdi
Bu gün Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin 2025-ci ildəki son iclası
keçirilib. Toplantını giriş sözü ilə
açan MŞ sədri Rəşad Məcid gündəliyi
elan edib. Gündəlik səsə qoyularaq qəbul olunub.
İclasda əvvəlcə MŞ sədrinin İH-nin
oktyabrda keçirilmiş son iclasından indiyədək
görülmüş işlərə dair məlumatı dinlənilib.
R.Məcid bildirib ki, Mətbuat Şurasında
ömrünü-gününü jurnalist peşəsinə həsr
etmiş 3 jurnalistlə bağlı yubuiley toplantısı
keçirilib. Həmçinin, Şura 3 media qurumunun və 1
jurnalistin yubileyi ilə bağlı təbrik, 2 jurnalistin vəfatı
ilə bağlı başsağlığı mətni
yayıb. Bundan başqa, qurum Azərbaycan jurnalistləri
adından 8 noyabr - Zəfər Gününün 5-ci
ildönümü münasibəti ilə Prezident İlham
Əliyevə təbrik məktubu ünvanlayıb. Noyabrın
7-də Mətbuat Şurası Medianın İnkişafı
Agentliyi ilə birgə "Mediada Azərbaycan ədəbi
dilinin normalarının düzgün tətbiqi"
mövzusunda konfrans keçirib.
Noyabrın 8-də Türkiyənin Alanya şəhərində
Azərbaycan Mətbuat Şurası
ilə Türkiyə Qlobal Jurnalistlər Şurası
(Küresel Gazeteciler Konseyi – KGK) arasında əməkdaşlıq
protokolu imzalanıb. Bu sənədlə tərəflər
media təhsili və peşəkar inkişaf
proqramlarının təşkilini, jurnalist mübadiləsini
və ortaq təlimlərin keçirilməsini, media
etikası və ictimaiyyətlə əlaqələr sahəsində
birgə layihələrin gerçəkləşdirilməsini
planlaşdırıblar. Həmçinin,
qarşılıqlı səfərlərin, forum və
konfransların reallaşdırılması, ortaq nəşrlərin
hazırlanması və informasiya mübadiləsinin genişləndirilməsi
də protokolun əsas iş istiqamətləri
sırasındadır. Ümumən, bu sənəd media əməkdaşlığının
institusional əsasda inkişafını, regional və beynəlxalq
informasiya mübadiləsinin yeni səviyyəyə yüksəldilməsini
hədəf seçir.
R.Məcid onu da bildirib ki, Mətbuat
Şurasının İdarə Heyətinin üzvləri
ölkəmizdə təşkil olunmuş Türk Dövlətləri
Təşkilatının Media Forumunda və “İctimai
etimadın formalaşdırılmasında medianın rolu və
informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan
Media Forumunda, “Dialoqun, əməkdaşlığın və
regional həmrəyliyin təşviq edilməsi” mövzusunda
D-8 Media Forumunda fəal iştirak ediblər.
Şikayətlərin araşdırılması ilə
bağlı fəaliyyət
İclasda müzakirəyə çıxarılan
ikinci məsələ Mətbuat Şurasına şikayətlərlə
bağlı olub. MŞ sədrinin müavini, Şikayətlər
üzrə Komissiyanın sədri Səadət Məmmədova
bildirib ki, rəhbərlik etdiyi komissiya İH-nin iclasından əvvəl
öz iclasını keçirib. O, həmin toplantıda 6
şikayətin nəzərdən keçirildiyini bildirib və
deyib ki, şikayətlərdən biri bilavasitə Mətbuat
Şurasının səlahiyyət dairəsinə aid olmasa
da, Şuranın Katibliyi tərəfindən orada adları
çəkilən jurnalistlərlə söhbət aparılb
və problem yoluna qoyulub, bununla bağlı müvafiq məlumatlandırma
işi aparılıb.
Mətbuat Şurasının səyləri ilə
şikayətə səbəb olmuş iki məsələ həllini
tapıb ki, bu zaman cavabdeh media orqanı narazılıq
doğurmuş materialı öz veb-saytından silməyi təklif
edib və belə mövqe şikayətçi tərəfindən
məqbul qarşılanıb.
S.Məmmədovanın məlumatına görə,
Şikayətlər üzrə Komissiyada müzakirə edilən
daha bir məsələ üzrə cavabdeh kimi göstərilən
media orqanı “Milli TV” “Youtube” kanalının rəhbərinin
jurnalist kimi davranmadığını, aşkar tərəf
tutduğunu, təqdim etdiyi materialda faktlarla deyil, ümumi ifadələrlə
ittiham tonuna üstünlük verdiyini müəyyənləşdirib.
Eyni zamanda, “Milli TV” tərəfindən Şuranın
Katibliyinin problemin həllinə dair
çağırışına zəruri reaksiya göstərilməyib.
Buna görə bu media orqanı ilə bağlı Mətbuat
Şurasının qərarının qəbulu vacibdir. Daha
bir məsələ üzrə isə cavabdeh media
orqanının şikayətçi tərəfin
mövqeyinin işıqlandırılmasına razı
olduğu tərəflər arasındakı mübahisənin
aradan qaldırılması baxımından vacib
sayılıb.
Mətbuat Şurasının Dil Komissiyasının tərkibi
müəyyənləşdi
Mətbuat Şurasının İdarə Heyətinin
iclasında Şuranın Dil Komissiyasının fəaliyyətinin
gücləndirilməsi məsələsi müzakirə
olunub. Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham
Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illiyinə həsr olunmuş
yığıncaqdakı çıxışında ana
dilimizlə bağlı həssas məqamlara toxundu. Dilimizə
yad təsirlərin artmasından narahatlığını
ifadə edən dövlətimizin başçısı onun
saflığını qorumağın hər bir vətəndaşın
işi olduğunu vurğuladı. Prezident, eyni zamanda, həm
televiziya, həm də yazılı media məkanındakı
mənfi tendensiyalara diqqət çəkərək, dilimizin
lazımınca qorunmamasının milli kimliyimizə təhlükə
yaratmasından da söz açdı, bu istiqamətdəki
durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini
bildirdi.
R.Məcid bildirib ki, Prezident İlham Əliyevin fikirləri
Mətbuat Şurası qarşısında da məsuliyyət
müəyyənləşdirir və Şuranın İdarə
Heyəti üzvlərinin təklifləri qurumun bununla
bağlı fəaliyyətinin konkret konturlarının müəyyənləşdirilməsində
mühüm rol oynayacaq. Müzakirələrdən sonra sədr
Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil
Komissiyasının yeni tərkibi müəyyənləşdi.
Qərara alındı ki, tərkibdə İH üzvlərindən
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin
deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət
Universitetinin professoru Qulu Məhərrəmli, “Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlı ilə yanaşı,
Şuranın Nəzarət Təftiş Komissiyasının
üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru
Elşən Əliyev və “525-ci qəzet”in baş redaktor
müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, həmçinin
dilçi alimlərin də komissiyanın işinə cəlb
edilmələri istiqamətində tədbirlər
görülsün. Qurumun fəaliyyətinə gəlincə,
mövcud istiqamətdə konkret iş planı hazırlanacaq
və görüləcək işlər dəqiqləşdiriləcək.
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin
yaradılması
İclasda bildirildi ki, ölkədə fəaliyyət
göstərən jurnalist təşkilatlarının daha
çox beynəlxalq miqyasda söz və ifadə
azadlığı ilə bağlı qlobal trendlərə
qoşulmalarına, onların ayrı-ayrı beynəlxalq
konfranslarda daha institsional şəkildə iştiraklarına
ehtiyac var. Çünki söz və ifadə
azadlığı ilə əlaqəli məsələlər
ölkələrin beynəlxalq nüfuzu baxımından qiymətləndirilir.
Belə durumlarda jurnalist təşkilatlarının fəallığı
mütləqdir. Onların işlərinin sistemləşdirilməsi
lazımdır. Bu baxımdan Mətbuat Şurasının nəznində
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi
yaradılmasına ehtiyac var. İclasda məsələ ilə
bağlı “Azərbaycan Jurnalistlər Şəbəkəsi”
İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənildi
və təkliflər irəli sürüldü. Qərara
alındı ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət
göstərəcək koordinasiya mərkəzi gələn
il konkret iş strategiyasını və mərkəzdə təmsil
olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.
“Azərbaycan milli mətbuatının 150 illiyi
(1875–2025)” Azərbaycan Respublikasının yubiley
medalının təqdimatı
Mətbuat Şurasının İdarə Heyətinin
son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il
tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan
milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan
Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə
təqdim olunub. Şura sədri R.Məcid yubiley
medalını Azərbaycan dövlətinin həm jurnalist əməyinə,
həm də milli mətbuatımızın keçdiyi şərəfli
yola dəyərinin növbəti bariz nümunəsi kimi qiymətləndirib
və medalı təltif etmək səlahiyyətinə malik
Medianın İnkişafı Agentliyinin rəhbərliyinə
təşəkkürünü bildirib.
525-ci qəzet .- 2025.- 20 dekabr (¹ 233). - S.8.